“Sportcal” Azərbaycanın idman ölkəsi kimi nüfuzunu çox yüksək qiymətləndirib
30.01.2016 [10:18]
Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, ölkəmizin idman sahəsində qazandığı uğurlar, əldə etdikləri nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Bununla yanaşı, idman sahəsində ixtisaslaşmış bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın idman ölkəsi kimi nüfuzunu çox yüksək dəyərləndirir. Bu qurumlardan biri də ölkələrdə idmanın inkişafını araşdırma qurumu olan “Sportcal”dır.
AZƏRTAC xəbər verir ki, “Sportcal” resursu dünyanın 97 faizini əhatə edən 190 ölkədə idmanın hazırkı inkişaf durumunu araşdırır. Bu resurs Qlobal İdman Təsiri layihəsinin əsas tərəfdaşlarından biridir. Layihənin məqsədi idmanın insanların həyatına təsirini müəyyənləşdirmək üçün dünya səviyyəsində qəbul edilən metodologiyanın yaradılmasıdır. İdmanın insanların gündəlik həyatında mühüm rolunu nəzərə alaraq reallaşdırılan bu layihə çərçivəsində resurs dünyanın onlarla ölkəsində və şəhərində idmanın cəmiyyətdəki rolunu müəyyənləşdirmək üçün araşdırma aparıb. Resursun hazırladığı reytinq cədvəlinə əsasən 4111 xalla Azərbaycan 81 ölkə arasında 37-ci yerə layiq görülüb.
Bundan başqa, “Sportcal” dünya şəhərlərində idmanın insanların həyatına təsirini qiymətləndirmək üçün də araşdırma aparıb. Ölkəmizin paytaxtı Bakı 100 şəhər arasında 26-cı yerdə qərarlaşıb. Şəhərlərin müəyyənləşdirilməsi zamanı paytaxtımız 3974 xalla bu yerə layiq görülüb. Resurs araşdırma apardığı ölkənin, o cümlədən şəhərin ev sahibliyi etdiyi idman tədbirlərini, bu tədbirlərdə iştirak edənlərin sayını, yaradılan idman infrastrukturunu əsas götürüb. Beləliklə, beynəlxalq idman ictimaiyyəti tərəfindən qəbul edilən belə bir mühüm idman qurumunun ölkəmizə verdiyi bu qiymət heç də təsadüfi deyil.
Azərbaycan son dövrlərdə olduqca mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edib, ölkəmizdə müasir idman infrastrukturu yaradılıb, idmançılarımız mühüm beynəlxalq idman tədbirlərində tarixi qələbələrə imza atıblar. Ötən il Bakıda yüksək səviyyədə keçirilən birinci Avropa Oyunları da Azərbaycanın beynəlxalq idman nüfuzunu artırıb, ölkəmizi dünyada layiqincə tanıdıb.
“Sportcal” kimi qurumun Azərbaycanda idmana verdiyi qiymətdə bu amil də mühüm rol oynayıb.
Xəbər lenti
Hamısına baxElm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04

