Formula-1 Avropa Qran-prisi Çinin kütləvi informasiya vasitələrinin diqqətində olub
21.06.2016 [10:15]
Çin idmansevərlərinin də böyük maraqla izlədiyi Formula-1 Avropa Qran-prisi Bakıda uğurla təşkil olundu. Bu yarış idman aləminin diqqətini paytaxt Bakıya yönəltməklə Azərbaycanın idman ölkəsi kimi dünyaya bir daha təqdimatı baxımından gözəl fürsət oldu. Bununla yanaşı, Formula-1 yarışı vasitəsilə bütün dünya Şərq və Qərb koloritlərini özündə cəmləşdirən Azərbaycan paytaxtının ənənəvi və müasir memarlığına şahid oldu. Çinin kütləvi informasiya vasitələri də Formula-1 Avropa Qran-prisini ilk dəfə keçirən Azərbaycanın idman tədbirlərinin yüksək səviyyədə təşkilatçısı olmaqla yanaşı, son illər dünyada öz inkişafı ilə diqqəti cəlb etdiyini xüsusi vurğulayır.
Bu ölkənin rəsmi xəbər agentliyi Sinxua ilə yanaşı, nüfuzlu idman qəzetləri və portallarından www.hinews.cn, www.sports.sina.com.cn, www.sports.163.com, www.f1.sports.sohu.com və digər kütləvi informasiya vasitələri Bakı trekinin özünəməxsusluğundan, gərgin keçən mübarizədə “Mercedes”in pilotu Niko Rosberqin qələbəsindən söz açıb. Qeyd olunub ki, Bakı Qran-prisində trekin uzunluğu 6 kilometrdir. Pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurublar. Ən sürətli yarışlar kateqoriyasına daxil olan Bakı mərhələsində maksimum sürət saatda 364 kilometr olub.
Çin mətbuatı yazır ki, almaniyalı Herman Tilke tərəfindən layihələndirilən Bakı treki yarışı tribunadan və televiziyadan izləyənlərin şəhərin memarlıq abidələrini görə bilmələrinə imkan yaradıb. Formula-1 Avropa Qran-prisi və Bakı haqqında fotosessiya ilə zəngin olan xəbərlərdə qeyd olunur ki, növbəti illərdə də Bakıda keçiriləcək bu yarış Azərbaycana turist axınının artmasına da müsbət təsir göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24

