Bu gün Bakıda bədii gimnastika üzrə 25-ci Avropa Çempionatı start götürəcək
15.05.2009 [14:04]
UEG-in bədii gimnastika üzrə Texniki Komitəsinin rəhbəri Hayde Bruneder də təşkilati məsələlərdən razılığını ifadə edib. O, Azərbaycanın digər ölkələrlə müqayisədə qonaqpərvərliyi və səmimiliyi ilə daha çox diqqət çəkdiyini vurğulayıb.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov bədii gimnastlarımızın Avropa çempionatına hazır olduqlarını bildirib. O, yeganə problemin gimnastlarımızın psixoloji hazırlıqları ilə bağlı ola biləcəyini söyləyib: “İki il öncə Bakıda keçirilmiş Avropa çempionatında gimnastımız Aliyə Qarayeva qızıl medal qazanmışdı. Bu səbəbdən, o, psixoloji təzyiqlə üzləşə bilər. Amma idmançılarımız yarışa yüksək səviyyədə hazırlaşıblar. Ona görə də bu maneəni aradan qaldırmağa müvəffəq olacağımızı düşünürəm”.
AGF-nin baş katibi Fərid Qayıbov isə təşkilati işlərdən danışıb. Onun sözlərinə görə, Bakı şəhəri bədii gimnastika üzrə 25-ci Avropa çempionatına tam hazırdır.
Milli komandamızın baş məşqçisi Marina Vasilyeva bədii gimnastlarımızın yüksək nəticələr göstərəcəklərinə ümidvar olduğunu vurğulayıb. O, milli komandamızın üzvləri - Aliyə Qarayeva ilə yanaşı, Anna Qurbanovanın da dünyada lider gimnastlardan olduğunu söyləyib: “Bilirik ki, Avropa çempionatında böyük ənənələrə malik Rusiya, Ukrayna, Belarus kimi ölkələrin gimnastları çıxış edəcəklər. Amma biz də yaxşı hazırlıq keçmişik. 7 aydır ki, müntəzəm və plana uyğun hazırlıq prosesi keçirik. A.Qarayeva iki il öncə Avropa çempionu olub. Anna Qurbanova da onun kimi, dünyanın lider gimnastlarındandır. Onlarla yanaşı, Zeynəb Cavadlıya ümidlərimiz böyükdür”.
Qeyd edək ki, 3 gün davam edəcək Avropa çempionatı Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq. Nüfuzlu yarışa 32 ölkənin 186 bədii gimnastı qatılacaq. Fərdi proqramda 31 ölkədən 75 idmançı, yeniyetmələrin qrup hərəkətləri üzrə komanda mübarizəsində isə 17 kollektiv 6 dəst medalın müqəddəratını həll edəcək.
Fərdi proqramda ölkəmizi Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlı, qrup komandalarının mübarizəsində isə Səbinə Abbasova, Nigar Əbdülsəlimova, Yevgeniya Jidkova, Aelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova təmsil edəcəklər.
Xəbər lenti
Hamısına baxElm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45

