Tanış olun: Olimpiya çempionu Radik İsayev
23.08.2016 [09:29]
Azərbaycan taekvondoçusu Radik İsayev Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının çempionu adını qazanaraq xalqımıza qələbə sevinci bəxş edib.
AZƏRTAC xəbər verir ki, yarışlarda 80 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu, “Bakı-2015”in qalibi Radik İsayev finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşərək rəqibinə böyük üstünlüklə qalib gələrək “Rio-2016”da Azərbaycanın hesabına ilk qızıl medalı yazdırıb. Bu həm də Azərbaycan taekvondosu tarixində Olimpiya Oyunlarında ilk qızıl medaldır.
Olimpiya zirvəsinədək çətin yol keçən Radik İsayev səkkizdəbir final mərhələsində qazaxıstanlı Ruslan Japarovu 11:2 hesabı ilə məğlub edib. Daha sonra Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqminə 12:8 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Təmsilçimiz yarımfinal mərhələsində Mahama Ço (Böyük Britaniya) ilə döyüşü də qələbə ilə başa vuraraq Olimpiya Oyunlarının finalına yüksəlib.
Radik İsayev həlledici döyüşdə Afrika oyunlarının qalibi Abdulrazak İssufu Alfaqa (Nigeriya) ilə qarşılaşıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib və sonuncu raundda ikinci dəqiq zərbə ilə hesabına daha üç xal əlavə edib - 6:0. Nigerli idmançının gücü yalnız 2 xal qazanmağa yetib.
Olimpiya çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Dövlət Bayrağımız ucaldılıb.
AZƏRTAC-ın arayışı:
Radik İsayev dünya və Avropa çempionatlarının, eləcə də bir çox beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. O, Azərbaycanın taekvondo üzrə yığma komandasının heyətinə 2012-ci ilin sonlarında daxil edilib. 2013-cü ildə Meksikada keçirilən dünya çempionatının bürünc mükafatını, bir il sonra isə Bakıda təşkil edilən Avropa çempionatının qızıl medalını qazanıb. 2015-ci ildə Cənubi Koreyada hərbçilərin VI dünya oyunlarında üçüncü, həmin il Meksikada komandalararası dünya kubokunda birinci yeri tutub. Ötən il Rusiyada keçirilmiş dünya çempionatının qalibidir.
Milli komandamızın liderlərindən biri olan Radik İsayev Dünya Taekvondo Federasiyasının Olimpiya reytinqinə əsasən, “Rio-2016” ərəfəsində üçüncü pillədə qərarlaşıb. O, “Bakı-2015” birinci Avropa Oyunlarında qazandığı qızıl medala görə Azərbaycan Prezidentinin 2015-ci il 29 iyun Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16

