Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Türkiyə və İran milliləri su polosu yarışının finalına yüksəliblər

Türkiyə və İran milliləri su polosu yarışının finalına yüksəliblər

17.05.2017 [10:16]

Azərbaycan və Səudiyyə Ərəbistanı yığma komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar
Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarının dördüncü günündə iki qarşılaşma oynanılıb və finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, günün birinci qarşılaşması İndoneziya və İran milliləri arasında oynanılıb. İranlı idmançılar bu dəfə də maraqlı oyun nümayiş etdirərək növbəti dəfə qalib gəliblər - 15:7.
Günün ikinci yarısında Türkiyə və Səudiyyə Ərəbistanı komandaları mübarizə aparıblar. Görüşdə üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri böyük hesabla rəqiblərinə qalib gəliblər - 16:5.
Beləliklə, su polosu yarışında ardıcıl üçüncü qələbəsini qazanan Türkiyə millisi finala yüksəlib. Finalda türkiyəli atletlərin rəqibi İran millisi olacaq.
Azərbaycan milli komandası isə üçüncü yer uğrunda Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
Su polosu yarışlarına mayın 17-də yekun vurulacaq.

Paylaş:
Baxılıb: 1160 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30