“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi açılıb
12.07.2017 [09:11]
İyulun 11-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, “Azəridmanservis” MMC-nin dəstəyi, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və nazirliyin mətbu orqanı olan “İdman” qəzetinin informasiya dəstəyi ilə Muzey Mərkəzində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərginin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ən maraqlı və yaddaqalan məqamlarının nümayiş etdirilməsi, eləcə də bu mötəbər idman nailiyyətinin geniş təbliği baxımından fotosərginin əhəmiyyətini xüsusi vurğulayıb. O, Azərbaycan idmanının inkişafına göstərilən yüksək diqqət və qayğıya, həmçinin İslamiadanın uğurlu təşkilinə görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Çingiz Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq aləmdə imicini daha da möhkəmləndirdiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycan fotomüxbirləri isə obyektivin gözü ilə bu mötəbər tədbirin möhtəşəmliyini sənət əsərinə çeviriblər. Dünyanın 50-dən çox ölkəsindən 3 mindən çox idmançının qatıldığı bu mötəbər yarışın ən unudulmaz məqamlarını Azərbaycan fotomüxbirləri tarixin yaddaşına həkk ediblər.
Sonra ölkəmizdə fotoqrafiya sənətinin inkişafına göstərdiyi dəstəyə görə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Fotoqraflar Birliyi adından fəxri diplomla mükafatlandırılıb.
Daha sonra IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasında yüksək fəallıq nümayiş etdirən fotomüxbirlər təltif olunublar. Mükafatlara layiq görülən ən yaxşı fotoşəkillərin müəllifləri arasında AZƏRTAC-ın fotomüxbirləri də var.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.
“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş etdirilir.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

