Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu-2017” keçiriləcək
14.08.2017 [10:14]
Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu-2017” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın qədim tarixə sahib Gəncə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq.
Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.
“Gəncə Marafonu-2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.
“Gəncə Marafonu-2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyat avqustun 14-dən sentyabrın 17-dək aşağıdakı ünvanlarda aparılacaq:
1) “Azercell Telekom”un Gəncə şəhərindəki ofislərində;
2) “Azercell Telekom”un Bakı şəhərindəki ofislərində;
3) Gəncə “ASAN xidmət” mərkəzində;
4) Azərbaycan Dövlət Aqrar Universitetində;
5) Gəncə Dövlət Universitetində;
6) Azərbaycan Dövlət Texnologiya Universitetində;
7) Gəncədəki “Gənclər evi”ndə.
Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışçılar iştirak üçün heç bir ödəniş etməyəcəklər.
“Gəncə Marafonu-2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Belə ki, marafonun kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3000 AZN, 2-ci yerin qalibi 2000 AZN, 3-cü yerin qalibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.
Marafonla bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər, qeydiyyat prosesi barədə ətraflı məlumat “Gəncə Marafonu-2017”nin rəsmi Facebook səhifəsi - facebook.com/ganjamarathon və www.ganja.marathon.az saytında təqdim olunacaq.
Qeyd edək ki, “Gəncə Marafonu-2017” ilə əlaqədar məlumat mərkəzi də fəaliyyət göstərəcək. Marafon iştirakçıları və tədbirlə maraqlananlar (012) 310 13 31 nömrəsi ilə əlaqə saxlayaraq suallarını ünvanlaya bilərlər.
Xatırladaq ki, bu vaxtadək Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı və 2017-ci illərdə paytaxt Bakıda “Küləyə qalib gəl!” şüarı altında “Bakı Marafonu” təşkil olunub. Ardıcıl olaraq keçirilən marafonlara ümumilikdə Azərbaycandan və digər ölkələrdən 20000-dən çox iştirakçı qoşulub. Marafon region sakinləri tərəfindən böyük maraqla qarşılandığından yarışın Gəncə şəhərində də keçirilməsinə qərar verilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25

