Milli Atçılıq Festivalı çərçivəsində bir neçə yerli və beynəlxalq turnir təşkil olunacaq
01.06.2018 [08:52]
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 2-17-də Bakıda Milli Atçılıq Festivalı keçiriləcək. Festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnir təşkil olunacaq. Festivalda atçılığın cıdır, konkur, çövkən, polo növləri üzrə yarışlar baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edəcəyi festivalla əlaqədar mayın 31-də “Elite Horse & Polo Club”da keçirilən mətbuat konfransında festivalın Təşkilat Komitəsinin sədri Bəsirət Quliyev deyib.
Təşkilat Komitəsinin sədri vurğulayıb ki, festivalda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş yarış da keçiriləcək. İyunun 8-də “Elite Horse & Polo Club”un yaşıl arenasında atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri təşkil ediləcək. Turnir iki kateqoriyadan ibarət olacaq. İlk kateqoriyada maneələrin hündürlüyü 125, ikinci kateqoriyada isə 145 santimetr təşkil edəcək. Yarışların mükafat fondunun 34 min manat olacağını vurğulayan B.Quliyev iştirakçılara uğurlar arzulayıb.
ARAF-ın vitse-prezidenti, Təşkilat Komitəsinin üzvü Elşad Abbasov qeyd edib ki, festival cıdır yarışları ilə başlayacaq. Yarışlarda bütün milli klublar iştirak edəcəklər. İyunun 2-də Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 illik yubiley kuboku” keçiriləcək. Kubok uğrunda 24 at və jokeyin mübarizəyə qoşulması gözlənilir. Tədbirə gələcək qonaqlar, ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə parad izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 min manatdır.
O bildirib ki, Təşkilat Komitəsi festivalın açılış mərasiminin möhtəşəm və yaddaqalan olması üçün böyük səy göstərir. Festival çərçivəsində bir çox məşhur müğənnilər çıxış edəcəklər.
E.Abbasovun sözlərinə görə, yarışlarda Qarabağ və Dilbaz atlarına üstünlük verilib. Ancaq ikinci yarışda ingilis atları da iştirak edəcək. Üçüncü hissədə isə dörd yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışacaq.
Çövkən yarışları ilə bağlı məlumat verən Təşkilat Komitəsinin üzvü Natiq Zeynalov son illər çövkən milli atçılıq oyunun bütün dünyada yayılmağa başladığını və inkişaf etdiyini bildirib. Qeyd edib ki, iyunun 5-7-də və 9-da çövkən milli atüstü oyunu üzrə “100 illik yubiley kuboku” turniri keçiriləcək. Turnirdə 8 komanda iştirak edəcək. İyunun 5-də və 6-da təsnifat mərhələləri, bir gün sonra yarımfinal oyunları keçiriləcək. İyunun 9-da isə üçüncülük uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Bu yarışın mükafat fondu 50 min manat təşkil edəcək.
Təşkilat Komitəsinin digər üzvü Əbülfəz Məlikov iyunun 15-17-də Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə ölkəmizdə altıncı dəfə arena polo üzrə dünya kuboku yarışlarının keçiriləcəyini bildirib. Diqqətə çatdırıb ki, üç gün davam edəcək turnirdə ümumilikdə altı görüş olacaq. Azərbaycanı təmsil edən milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması, yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcək.
O, polonun çövkən milli oyununun müasir formasının və idmanın bu növünün vətəninin Azərbaycan olduğunu bütün dünyanın bildiyini vurğulayıb.
Sonra Milli Atçılıq Festivalına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra festival çərçivəsində keçiriləcək çövkən yarışlarının püşkü atılıb. Püşkün nəticələrinə əsasən, ilk oyunlarda “Kövsər” ilə “Omar”, “Buta Golden” ilə “Murad” komandaları qarşılaşacaqlar. “Kövsər” - “Omar” cütlüyünün qalibi “Ağstafa”, “Buta Golden” - “Murad” cütlüyünün qalibi isə “Ağcabədi” komandası ilə üz-üzə gələcək. “Kövsər”, “Omar” və “Ağstafa” klublarının mübarizəsindən qalib gələcək komanda yarımfinalda “Polad” ilə qarşılaşacaq, “Buta Golden”, “Murad” və “Ağcabədi” kollektivləri arasında qalib olacaq komanda isə yarımfinalda “Sərhədçi” ilə üz-üzə gələcək. Ən güclülər finalda birincilik uğrunda qalib gəlməyə çalışacaqlar.
Sonda mayda Britaniya Kraliçası II Elizabetin doğum günü münasibətilə keçirilən tədbirlərdə Azərbaycan nümayəndə heyətinin möhtəşəm şou proqramla çıxışına dair videoçarx göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

