“Qarabağ” dünya sıralamasında yerini qoruyur
11.10.2022 [10:38]
Günel ABBAS
Ötən gün verilən məlumata görə, klubların dünya sıralaması müəyyənləşib. IFFHS-in açıqladığı reytinqdə 305 klubun qərarlaşdığı cədvəldə ölkəmizi yalnız “Qarabağ” təmsil edir. Keçən ay reytinqdə geriləyən “Qarabağ” bu dəfə yerində qalıb. Ağdam təmsilçisi aktivindəki 130,5 xalla 91-ci pillədədir. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Olimpiakos”da isə geriləmə müşahidə olunub. Yunanıstan təmsilçisi bir ay ərzində 63-cü yerdən 109-cu pilləyə düşüb.
“Qarabağ”ı zirvələrə aparan qələbə, “Olimpiakos”la oyunun təfərrüatları
“Olimpiakos”la oyun Qarabağa öz gücünü göstərmək üçün böyük fürsətlər verdi. “Qarabağ” “Nant”la oyundan sonra növbəti darmadağını da məhz burada gerçəkləşdirdi. Oyunun əvvəlində həm rəqib komandanın azarkeşlərində olan ermənipərəst mövqe, həm də səfərdə olmağın həyəcanı oyunçularda hiss olunurdu. Ancaq “Qarabağ” bu dəfə də səfər oyununda rəqibi mat etməyə getmişdi və öz üzərinə düşəni yerinə yetirdi. Futbolçularımızda təlaş və həyəcan vardı. 45 dəqiqəyə bu həyəcanı ata bilmədilər. Əvvəlki oyunlarda da müşahidə etmişik, “Qarabağ” öz oyununu oynayanda istənilən rəqiblə sona qədər mübarizə aparır, ən azından baxımlı oyun göstərir. Birinci hissədə ələ düşən fürsətlərin bəziləri boşa getsə də, ikinci hissədə bütün məsələ həll olundu.
İkinci hissədə rəqiblə hesabı ilk açan oyunçu Ovusu oldu. Əvvəlki oyunlarda göstərdiyi performanslara görə azarkeşlərin xüsusi rəğbət bəslədiyi oyunçu bu dəfə də gözləntiləri cavabsız qoymadı. İkinci qol Marko Veşoviçdən gəldi. Artıq bir neçə oyundur, stadionda öz məharətlərini göstərən Ramil Şeydayev üçüncü qolu vurdu və komanda əvəzsiz mübarizəsi ilə oyunun 3-0 öz xeyrinə bitməsinə nail oldu. Oyundan sonra bütün azarkeşlərin bir növ ürəyinə su səpildi. Az öncə də qeyd etdiyimiz kimi, ermənipərəst mövqe göstərənlərə görə bu komanda ilə qalibiyyət önəmli idi.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov da bu qarşılaşmanın vacibliyinə toxunmuşdu. O bildirmişdi ki, əldə edilən 3 xal olduqca vacibdir və bu səbəbdən oyunçulara təbrik düşür. Onun sözlərinə görə, çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri olan komandaya qarşı oynamaq xoş olub. Ancaq bunun mənəvi tərəfləri də var. Biz də bilirik ki, belə oyunlar nə qədər xoş təsir bağışlasa da bir o qədər ağırdır. Qurban Qurbanov hər zaman olduğu kimi, bu oyunun da nəticələri ilə kifayətlənmədi. O bildirmişdi ki, bu qələbə hələ heç nə demək deyil və qarşıda komandanı daha üç oyun gözləyir. İndi hər kəs Bakıda keçiriləcək cavab oyununa köklənib. Komandamızın rəqibə bu dəfə də layiqli cavabı verəcəyinə inamımız tamdır.
“Qarabağ” bu oyunda tarixdən dəm vuranlara tarix yazdı. Sübut etdi ki, bu “Qarabağ” tarixin ən güclü “Qarabağ”ıdır. “Qarabağ” Yunanıstanın ən titullu klublarından biri olan “Olimpiakos”a 3-0 hesabı ilə qalib gələrək, yunanları fəth etdi. Bu, azarkeşləri olduqca sevindirirdi. Bəlkə də ən çətin günümüzdə belə bizə sevinc və qələbə, qürur bəxş etdiyinə görə “Qarabağ” bu qədər sevilir. “Qarabağ” həm də bu gün tarixinin ən qızıl dövrünü yaşayır və istənilən komandaya onların aspektindən yanaşanda problem yaratmaq gücündədir. Odur ki, “Qarabağ”ın budəfəki qələbəsi də hər kəsi təsirləndirdi. Bu oyundan sonra azarkeşlər son anlara qədər, ermənipərəstlər isə görünür səhərə qədər yuxusuz qaldı.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

