Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Uyğunsuzluq aradan qaldırıldı

Uyğunsuzluq aradan qaldırıldı

02.07.2024 [10:55]

“Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, Azərbaycanda bir sıra vəzifəli şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib. Belə ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlar, eləcə də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olanlar, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) və Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan şəxslər bu dəyişikliklərdən faydalanacaqlar. Bu qərar, Naxçıvan Muxtar Respublikası MSK üzvlərinə, Naxçıvan Ombudsmanı kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan şəxslərə, eləcə də  Naxçıvan Hesablama Palatasının üzvlərinə də şamil olunacaq.

Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna görə, sabiq deputat, MSK üzvləri və Ombudsmanın, HP üzvlərinin pensiyası ilə bağlı müəyyən uyğunsuzluqlar var idi. Həmin uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Əmək pensiyaları haqqında” qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrinə edilmiş dəyişikliklə, həmin şəxslərin də qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi nəzərdə tutulub. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasına vahid yanaşma tətbiq olunacaq.

Bundan əlavə, layihəyə əlavə edilmiş keçid müddəaya əsasən həmin şəxslər bu Qanunun qüvvəyə mindiyi tarixədək 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrdə nəzərdə tutulmuş sığorta stajını topladığı halda onlara əvvəlki normalar tətbiq olunacaq. Bu dəyişiklik də qanunun 20-ci maddəsində yarım maddələr arasında uyğunluğu təmin edəcək və hər hansı əlavə maliyyə yükü yaratmayacaq.

Həmçinin pensiya qanunvericliyinə edilmiş dəyişikliyə əsasən, qeyd edilən sosial qrupların əlilliyi ilə bağlı yeni tənzimlər qüvvəyə minir. Belə ki, 2024-cü il iyulun 1-dən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputatlara səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarında pensiya təyin ediləcək. 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınacaq. Bu yanaşma yuxarıda qeyd olunan MSK, Ombudsman və Hesablama Palatasının üzvlərinə münasibətdə də şamil olunacaq.

Ancaq bir məsələ var ki, qanuna dəyişikliklər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş, həmçinin Milli Məclisin, eləcə də Naxçıvan MR Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlara şamil olunmayacaq.

Ümumilikdə, son aylarda pensiya qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər əsas etibarilə qulluq stajına görə əmək pensiyalarına əlavələrin hesablanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini özündə ehtiva edir. Bu prinsiplər isə sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlılığının artmasına xidmət etməklə, əmək pensiyası hüququ yaranmış şəxslərin rifahının artmasında əhəmiyyətli rol oynayır.

Elbrus

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31