İqtisadi əməkdaşlığın yeni gündəliyi...
10.12.2024 [09:19]
Səudiyyə Ərəbistanı Azərbaycanda “yaşıl layihələr”ə yeni sərmayə niyyətlərini bəyan edib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində iki ölkə arasında ticarət və investisiyaların təşviqi imkanları müzakirə edilib. Krallığın investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycanla iqtisadi əlaqələrin son illərdə inkişafında biznes dairələri arasında işgüzar münasibətlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səudiyyə Ərəbistanının energetika naziri Əbdül Əziz bin Salman Əl-Səud isə hazırda ölkələr arasında daha çox sərmayə təşviqlərinə səbəb olan “yaşıl enerji” gündəliyinin uğurlarına diqqət çəkib. Nazir qeyd edib ki, bərpa olunan təmiz enerjiyə keçid hər iki ölkənin dövlət siyasətinə çevrilib və bu çərçivəyə əsasən, potensial layihələr üzrə əməkdaşlıq genişləndirilməkdədir. Səudiyyənin “yaşıl enerji” sahəsində nüfuzlu şirkətləri Azərbaycana bu sahədə bütün zəruri dəstəyi verməyə və sərmayə imkanlarını artırmağa hazırdır.
Birgə İşgüzar Şura ticari-investisiya mübadiləsini təşviq edəcək
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələr əvvəlki illərdə əsas etibarilə neft-qaz və ənənəvi enerji sahələrinə söykənirdisə, son 2 ildə iqtisadi coğrafiya həm sahələr üzrə, həm də dinamika baxımdan xeyli genişlənib. Münasibətlərin ritmində qeyri-neft sektoru ön plana çıxmaqla biznes blokları arasında işgüzar təmasları da şaxələndirib. Hazırda Səudiyyə şirkətləri ölkəmizin sənaye, nəqliyyat, rabitə, İKT, infrastruktur, turizm, rəqəmsal innovasiyalar, əmək, məşğulluq və digər sahələrdə təmsil olunmaqla iqtisadi panoramını zənginləşdirib.
2022-ci ildə Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə İnkişaf Fondu arasında imzalanmış Anlaşma Memorandumu prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə dərin zəmin yaradıb, ərəb sərmayəçiləri sənaye və aqrar sahələrdə bir sıra layihələrə maliyyə ayrılmasını təmin edib.
2022-ci ildə yaradılmış Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası əməkdaşlığın yeni gündəliyini müəyyən edib. Qurum sahibkarların təşəbbüslərini dəstəkləmək, onlar arasında birbaşa əlaqələrin qurulmasını təşviq etmək, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək etmək, bizneslər arasında mal mübadiləsini həyata keçirmək, ticarət mübadiləsini artırmaq missiyası daşıyır. 2023-cü ildə ticarət dövriyyəsinin dəyəri 14 milyon dollar təşkil etsə də, tərəflər bundan razı deyil. Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizinin vurğuladığı kimi, iki ölkə arasındakı iqtisadi-ticarət əlaqələr mövcud potensialları tam əks etdirmir, ticari imkanlar daha böyükdür. Ona görə də, mal mübadiləsini dəfələrlə artırmaq imkanları var və müzakirələrdə bu məsələ ilk yerlərdən birini tutur.
5 milyard dollar həcmində “yaşıl investisiya”...
Səudiyyə Ərəbistanı “yaşıl enerji” sahəsində əməkdaşlığın perspektivlərinə də inamla yanaşır, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə yürütdüyü iradəli siyasətin və region ölkələri ilə bu istiqamətdə sıx əməkdaşlığın onun üçün də fayda verəcəyinə əmindir. Xüsusilə də Azərbaycanın COP29-a Sədr ölkə kimi ekoloji məsələlərdə daha təşəbbüskar mövqe nümayiş etdirməsi bu ölkə üçün böyük maraq doğurur. Bu baxımdan rəsmi Ər-Riyad iqlim dəyişikliyinin fəsadları ilə üzləşən ölkələrdən biri kimi ekoloji platformalarda yer almaq, irəli sürülən qlobal çağırışlardan faydalanmaq istəyir.
Alternativ enerji strategiyası üzrə yeni planlara əsasən, ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları daha da böyüyüb, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Azərbaycanda 240 MVT-lıq külək enerjisi parkının qurulması ilə bağlı imzalanmış müqavilə yaşıl hidrogen sahəsində dərin əməkdaşlığın əsasını qoyub. Ötən il şirkət 246 milyon dollarlıq maliyyə sazişini təsdiq edib və qarşıdakı dövrdə daha irihəcmli sərmayə layihələrinin gerçəkləşməsi nəzərdə tutulur. “Acwa Power” şirkətinin regional direktoru Abid Malik bildirib ki, investisiya əsasən Azərbaycanın bərpaolunan enerji sahəsinə 5 milyard dollara yaxın sərmayə yatırılacaq.
Səudiyyə kapitalı azad ərazilərdə...
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa proseslərini, “Böyük Qayıdış” proqramını diqqətlə izləyən və bu bölgənin reinteqrasiya proseslərində xarici iş adamlarına yaradılan əlverişli iş imkanlarını müsbət qiymətləndirən səudiyyəli iş adamları investisiya qoyuluşunda iştirak məsələsini istisna etmirlər. Qeyd edək ki, 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Həmin səfər zamanı Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin Qarabağın bərpası prosesində iştirakının nəzərdən keçirildiyi vurğulanıb, Səudiyyə İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaitinin ayrılacağı bildirilib.
Səudiyyə Ərəbistanı və Azərbaycan arasında təşkil edilkən işgüzar görüşlər, forumlar iqtisadi-ticari mübadiləni genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir və öz nəticələrini verməkdədir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

