Azərbaycan Moldovanın enerji təhlükəsizliyini təmin edəcək
15.04.2025 [10:50]
Tərəflər yeni iqtisadi hədəflər üzrə əməkdaşlıq niyyətlərini bəyan edib
Azərbaycan və Moldova 30 ildən artıq diplomatik əlaqələri olan dost ölkə və etibarlı tərəfdaşlardır. Tərəflər arasında birgə səmimi etimad mühitinin möhkəmlənməsi, əlaqələrin yüksək səviyyəyə çatmasında dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayıb. Habelə iqtisadi qurumlar arasında aktiv ünsiyyətin artırılması, birgə hökumətlərarası komissiyaların qəbul etdiyi qərarların icrası əməkdaşlığın inkişafını təmin edib. Hər iki ölkə ticarət, enerji, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə sıx əməkdaşlıq istiqamətlərini müəyyən edib.
Hazırda regionda baş verən yeni geosiyasi və iqtisadi reallıqlar Moldovanın Azərbaycanla münasibətlərində bir sıra məsələləri ön plan çıxarıb. İlk növbədə, Avrasiya coğrafiyasında müəyyənləşən yeni enerji-nəqliyyat-logistika xətləri Moldovanın bu proseslərdə fəal yer almaq maraqlarını intensivləşdirib.
Moldova Ukrayna vasitəsilə Qara dənizə çıxış əldə etmək və Orta Dəhliz ailəsinə inteqrasiyanı nəzərdə tutur. Bu konteksdə Moldova-Azərbaycan əlaqələrində nəqliyyat-logistika şəbəkəsinin əlaqələndirilməsi, Şimal-Cənub və Orta Dəhliz arteriyaları üzrə marşrutların şaxələndirilməsi, həmçinin dayanıqlı logistika zəncirlərinin yaradılması istiqamətində fəal iş aparılır.
Moldova Orta Dəhlizə qoşulmaqda maraqlıdır
Rəsmi Kişineo Avrasiya nəqliyyat dəhlizlərinin inkişafı kontekstində öz liman infrastrukturunu təkmilləşdirir, bu ölkədə iki liman fəaliyyət göstərir - biri özəl, digəri isə İnfrastruktur və Regional İnkişaf Nazirliyinin tabeliyində olan dövlət limanı. Dövlət limanı hazırda aktiv modernləşdirilmə mərhələsindədir, özəl liman zonası isə yaxın vaxtlarda investisiya cəlb olunmaqla modernləşdiriləcək. Moldovanın liman potensialı və logistika infrastrukturu inkişaf etdikcə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında birbaşa əlaqələrin qurulması təmin olunacaq.
Avrasiya nəqliyyat marşrutları çərçivəsində prosedurların sadələşdirilməsi və transsərhəd daşımaların sürətləndirilməsi üçün “yaşıl dəhliz”in yaradılması isə bütün tərəflər arasında qarşılıqlı ticarət dövriyyəsinin artmasına imkan verəcək.
Hazırda Moldova və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi təxminən 10 milyon dollar təşkil edir ki, bu, mövcud potensialdan qat-qaz azdır. Buna görə də, tərəflər ticari əlaqələri artırmaq üçün müxtəlif təşviqedici alətlərin tətbiqini zəruri hesab edir.
Biznes-forum ikitərəfli əlaqələr üçün yeni imkanlar açır
İki ölkə arasında iqtisadi dialoqun daha da güclənməsində investisiya tərəfdaşlığı mühüm amillərdən biridir və bu prosesdə hər iki ölkənin investisiya şirkətlərinin rolu böyükdür. Hazırda Moldovada 110-dan çox Azərbaycan kapitallı şirkət fəaliyyət göstərir ki, onlar müxtəlif sektorlara sərmayə yatırımlarında fəal iştirak edir. Həmçinin, dövlət müəssisələri də bu ölkəyə sərmayə qoyulmasında aktiv rol oynayır. Azərbaycan Moldovada xarici investisiyaların həcminə görə 33-cü yerdə dayanır. 2023-2024-cü illərdə bu dövlətə investisiya yatırımı 5 milyon təşkil edib. Hər iki ölkə qarşılıqlı investisiyları artırmaq niyyətindədir.
Bakıda keçirilən biznes-forumda ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Qeyd olunub ki, sənaye, investisiya, ticarət, aqrar və digər istiqamətlər üzrə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı üçün böyük imkanlar var. Forumda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına imkan verir ki, bundan da səmərəli istifadə etmək lazımdır. Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea isə vurğulayıb ki, Moldova aqrar ölkə olaraq Azərbaycana daha çox məhsul ixrac etmək imkanına malikdir. Bununla yanaşı, Azərbaycan da Moldovanın ehtiyacı olan məhsulları ixrac edə bilər. Azərbaycan hazırda neft və neft məhsulları, ağac, meyvə və tərəvəz ixrac edir. Hər iki ölkə böyük bazara sahibdir və ticarət əlaqələrinin qarşılıqlı olaraq inkişaf etdirmək üçün böyük fürsət var.
SOCAR-ın investisiya planları
Azərbaycan Moldovanın enerji təhlükəsizliyinin gücləndirilməsinə də töhfə vermək niyyətindədir. Moldova Azərbaycandan Avropaya mövcud enerji marşrutlarına, xüsusilə Cənub Qaz Dəhlizinə qoşulmaqda maraqlıdır və bu istiqamətdə mövcud qaz şəbəkələrini nəql konnektoruna birləşdirmək üçün çalışır. Moldova 2023-cü ildə Avropa İttifaqının (Aİ) qaz nəqli sisteminə qoşulub. Yassı-Ungenı-Kişineu qaz kəmərinin istismara verilməsi və 2024-cü ildə Şaquli dəhlizə qoşulmanın təmin edilməsi Cənub Qaz Dəhlizinə inteqrasiya üçün əlverişli imkan yaradır. Azərbaycanın yaxın illərdə Avropaya qaz nəqlinin artması Moldovanın da bu dəhlizdə yanacaq əldə etməsini reallaşdıracaq.
Dövlət Neft Şirkəti (SOCAR) isə Moldovada böyük neft emalı kompleksi qurmağı planlaşdırır. SOCAR-ın Rumıniyadakı logistika bazası bu ölkədə mövcud yanacaq-enerji infrastrukturuna inteqrasiyanı asanlaşdırır. Bundan başqa, SOCAR-ın istehsal etdiyi mineral gübrələrin yerli aqrar-sənaye kompleksinə qoşulması da nəzərdə tutulur.
Azərbaycanlı investorlar rəqəmsal sektorda
Azərbaycan Moldovanın enerji infrastrukturunun inkişafına, o cümlədən bərpaolunan enerji mənbələri seqmentinə və şəbəkələrin modernləşdirilməsinə də investisiyalar cəlb etməyi planlaşdırır. Moldovada bioqaz istehsalı üçün səmərəli şəkildə istifadə edilə bilən böyük miqdarda kütlə var və SOCAR-ın bu bölməyə də investisiyalar qoyması istisna deyil.
Moldova azərbaycanlı investorları dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinə də dəvət edir. Xüsusilə də ağıllı texnologiyalar və sənaye innovasiyaları üzrə müəssisələrin özəlləşdirilməsində daha yaxşı potensial yaradılıb. Ölkənin İqtisadi İnkişaf və Rəqəmsallaşdırma Nazirliyinin dövlət katibi Viorel Qarats bildirib ki, son illərdə Moldova rəqəmsal texnologiyalar sahəsində beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Texnologiyaların və startapların inkişafı üçün hökumətin təmin etdiyi geniş iqtisadi stimullar, güzəşt imkanları bu baxımdan azərbaycanlı investorların həmin sektorda təmsil olunmasını asanlaşdırır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 May 23:34

YAP xəbərləri
22 May 23:16

Dünya
22 May 23:07

YAP xəbərləri
22 May 22:43

İdman
22 May 22:35

YAP xəbərləri
22 May 22:14

YAP xəbərləri
22 May 21:52

Dünya
22 May 21:34

YAP xəbərləri
22 May 21:10

İdman
22 May 20:53

YAP xəbərləri
22 May 20:39

Dünya
22 May 20:13

YAP xəbərləri
22 May 19:47

YAP xəbərləri
22 May 19:26

Hadisə
22 May 19:11

YAP xəbərləri
22 May 18:54

YAP xəbərləri
22 May 18:12

YAP xəbərləri
22 May 17:51

Xəbər lenti
22 May 17:37

Xəbər lenti
22 May 17:26
YAP xəbərləri
22 May 17:21

Siyasət
22 May 16:50

Sosial
22 May 16:32

YAP xəbərləri
22 May 16:25
YAP xəbərləri
22 May 16:11

YAP xəbərləri
22 May 16:09

YAP xəbərləri
22 May 16:08

YAP xəbərləri
22 May 16:05

YAP xəbərləri
22 May 16:03
YAP xəbərləri
22 May 16:01

Sosial
22 May 15:49

YAP xəbərləri
22 May 15:34

Mədəniyyət
22 May 15:26

Mədəniyyət
22 May 15:25

Dünya
22 May 15:08

YAP xəbərləri
22 May 15:03

Gündəm
22 May 14:59

Gündəm
22 May 14:58

Gündəm
22 May 14:57

YAP xəbərləri
22 May 14:30

İqtisadiyyat
22 May 14:26

Sosial
22 May 14:24

Hərbi
22 May 13:48

YAP xəbərləri
22 May 13:29

Sosial
22 May 13:02

YAP xəbərləri
22 May 12:59

YAP xəbərləri
22 May 12:31

Din
22 May 12:23

Sosial
22 May 12:22

Dünya
22 May 11:23

Gündəm
22 May 11:17

İqtisadiyyat
22 May 10:47

İdman
22 May 10:40

Sosial
22 May 10:38

İqtisadiyyat
22 May 10:36

İqtisadiyyat
22 May 10:35

Siyasət
22 May 10:31

Analitik
22 May 10:19

İqtisadiyyat
22 May 09:56

Analitik
22 May 09:42

Analitik
22 May 09:25

Dünya
22 May 09:11

Mədəniyyət
22 May 08:50

MEDİA
22 May 08:34

Sosial
22 May 08:16

Sosial
21 May 23:45

İdman
21 May 23:38

Sosial
21 May 23:17

Sosial
21 May 22:52

Dünya
21 May 22:35
