Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Astanada beynəlxalq aqrosənaye sərgisi keçiriləcək

Astanada beynəlxalq aqrosənaye sərgisi keçiriləcək

19.10.2026 [16:46]

Oktyabrın 21-dən 23-dək Astanada 25 ölkədən 300-dən çox şirkəti bir araya gətirən beynəlxalq aqrosənaye sərgisi – “KazAgroFarm-2026” keçiriləcək. Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC tədbirin rəsmi beynəlxalq media tərəfdaşıdır.

“ExpoGroup” tərəfindən təşkil edilən sərgi EXPO Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Qazaxıstanın dövlət qurumlarının, xarici nümayəndə heyətlərinin, diplomatik nümayəndəliklərin, beynəlxalq aqrobizneslərin və fermer təsərrüfatlarının nümayəndələrinin iştirakı gözlənilir.

Sərgi iki əsas sahəni birləşdirəcək: bitkiçilik (“KazAgro”) və heyvandarlıq (“KazFarm”). Müasir kənd təsərrüfatı texnologiyaları, maşın və avadanlıqlar, eləcə də rəqəmsallaşdırma, süni intellekt, robototexnika və dəqiq əkinçilik sahələrində həllər nümayiş etdiriləcək.

İşgüzar proqrama konfranslar, panel müzakirələri, seminarlar və peşəkar görüşlər daxildir. Mərkəzi tədbirlərdən biri Qazaxıstanın 75 illik yubileyinə həsr olunmuş “Akbas” – “Ağbaş” mal-qara cinsi Günü olacaq.

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31