Cari mövsümdə respublika tarixində ilk dəfə olaraq rekord məhsuldarlıq əldə edilib
08.09.2015 [10:05]
İmran Cümşüdov: Bazarlarda qiymət artımı və məhsul qıtlığı ilə bağlı hər hansı təhlükəli meyl gözlənilmir
Məlum olduğu kimi, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar sektorun inkişafına xüsusi diqqət yetirilir. Əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı istiqamətində bir sıra işlər görülür. Bu işlərin nəticəsi olaraq cari mövsümdə, respublika tarixində ilk dəfə olaraq rekord məhsuldarlıq əldə edilib. Bu barədə qəzetimizə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov məlumat verib. Onun sözlərinə görə, 2015-ci il respublikamızda taxılçılıqda çox əlverişli il olub: “Respublika üzrə orta məhsuldarlıq 30,3 sent/ha təşkil edib. Bu il taxıl üzrə məhsuldarlıq ötən ilə nəzərən 34, buğda üzrə 33,8 faiz yüksəkdir. Bu il quraqlıq müşahidə edilmədiyindən məhsuldarlıq da bol olub”.
Məhsul yığımının demək olar ki, yekunlaşmaq üzrə olduğunu deyən İ.Cümşüdov, həmçinin, bildirib ki, əkin sahələrində artıq 90 faiz biçin həyata keçirilib. Yerdə qalan 10 faiz də dağlıq zonaların payına düşdüyündən o da iki həftəyə yekunlaşdırılacaq: “Bu il 915 min 212 hektardan dənli bitkilərin 780 min 19 hektarı, yəni 88,8 faizi biçilib. Hektardan 30,3 sentner olmaqla 2,4 milyon ton taxıl əldə edilib. O cümlədən, 539 min 915 hektar buğda sahəsinin 425 min 370 hektarı, yəni 78,8 faizi biçilib. Hektardan 31,7 sentner olmaqla 1,4 milyon ton ərzaq buğdası əldə edilib. Hazırda quraqlığa qarşı ehtiyat tədbirlər görülür. Taxıl yığımı yekunlaşır və növbəti il - 2016-cı il üçün səpin işlərinə hazırlıq tədbirləri görülür”.
Bu il ölkədə taxıl məhsulları ilə yanaşı bir sıra kənd təsərrüfatı məhsulları, əsasən də, meyvə-tərəvəz bitkilərinin də bol olduğunu deyən İ.Cümşüdov becərilmə işlərinin hələ də davam etdiyini bildirib. O, həmçinin, fermerlərə keyfiyyətli məhsul əldə etmək və ola biləcək quraqlıqdan əziyyət çəkməmək üçün məsləhətlərini də verib: “Dünyada baş verən iqlim dəyişikliyi quraqlıqla müşahidə olunur. Buna görə də müəyyən qabaqlayıcı tədbirlərdən istifadə etmək lazımdır. Taxılla bağlı qabaqlayıcı tədbir kimi, Elmi Tədqiqat İnstitutlarında quraqlığadavamlı sortlar yaradılır. Əkinçilik İnstitutu tərəfindən quraqlığa, xəstəliyə, toza və digər amillərə davamlı sortlar yaradılır. Eyni zamanda, bizdə tərəvəzçilik, bağçılıq institutu da var. Hərəsi öz sahəsi ilə bağlı, iqlim dəyişikliyini nəzərə alaraq sortların, yəni toxumların istehsalını həyata keçirirlər. Fermerlərə tövsiyə olunur ki, hər bir rayona uyğun, rayonlaşmış, o bölgədə davamlılıq göstərən sortlardan istifadə etsinlər ki, quraqlıq da müşahidə olunarsa, əziyyət çəkməsinlər”.
Ölkədə məhsul bolluğunun bazarlarda qiymətlərin sabit qalmasına da təsirsiz ötüşməyəcəyini deyən İ.Cümşüdov, həmçinin, məhsulunu satmaq istəyən hər bir fermer üçün lazımi şəraitin yaradıldığını da bildirib. Bazarlarda süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərinin gücləndirildiyini deyən İ.Cümşüdov, həmçinin, nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarında süni bahalaşmanın qarşısının alınması üçün stimullaşdırıcı tədbirlərin görüldüyünü və bazarlarda bolluq yaratmağa çalışdıqlarını bildirib: “Süni qiymət artımının qarşısını almaq məqsədilə tərəfimizdən bazarlara daimi nəzarət edilir. Bizim məqsədimiz bazarda stimullaşdırıcı tədbirlər görərək bolluq yaratmaqdır. Yeri gəlmişkən qeyd edim ki, bazarlarda qiymət artımı və məhsul qıtlığı ilə bağlı hər hansı təhlükəli meyil gözlənilmir”.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxElanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11

