Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Fevralın 10-11-də Londonda Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Fevralın 10-11-də Londonda Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək

22.01.2016 [10:07]

İqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan hökumətinin islahatlar proqramı barədə məlumat verilib və bu sahədə Böyük Britaniya ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə, həmçinin Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də bu il fevralın 10-11-də Londonda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1131 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30