ƏDV qeydiyyatında olan vergiödəyiciləri üçün daha bir yenilik
08.06.2020 [17:32]
"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi" ilə bağlı Fərmana uyğun olaraq, banklar ƏDV qeydiyyatında olan vergiödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edəcək.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qanunvericiliyin həmin tələbini şərh edən iqtisadçı Mahmud Abasquliyevin sözlərinə görə, bunun əsas səbəbi 2020-ci il yanvarın 1-də Vergi Məcəlləsinin 166-cı maddəsinin dəyişdirilməsi və ƏDV-nin tanınmasının kassa metoduna uyğun aparılmasıdır: “Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergiödəyicisinin ƏDV öhdəliyi nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayıldığından vergi orqanı bank hesablamaları üzrə daxil olan vəsaitləri izləməlidir. Bu səbəbdən banklar yalnız ƏDV ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə bütün məlumatları hər ay vergi orqanına təqdim etməlidir. Vergi orqanı banklar tərəfindən verilən məlumatları vergiödəyicisinin təqdim etdiyi bəyannamənin göstəriciləri ilə müqayisə edəcək. Bu zaman hər hansı fərqlilik ortaya çıxarsa, vergiödəyicisinə kameral yoxlama əsasında bildiriş göndəriləcək”.
M.Abbasquliyev, həmçinin əlavə edib ki, belə bir addımın atılması kölgə iqtisadiyyatının səviyyəsinin azaldılmasına, şəffaflığın və bərabərliyin təmin edilməsinə, vergidən yayınmanın qarşısının alınmasına, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə və vergilərin tam həcmdə büdcəyə səfərbər olunmasına təsir edəcək.
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48

