Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Hökumət təmizlənir!

Hökumət təmizlənir!

27.07.2022 [09:47]

Görülən işlər bir məqsədə xidmət edir...

Nicat PAŞA

Dövlətin əsas məqsədi vətəndaşların sosial rifahının daha yaxşılaşdırılması, məmur-vətəndaş münasibətlərində mövcud olan bəzi boşluqların aradan qaldırılması, bununla da əhalinin firavan yaşamasının yüksək səviyyədə təmin edilməsidir. Dövlət başçımızın rəhbərliyi ilə bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Prezident İlham Əliyev öz davranışı, gördüyü işlərlə məmurlar üçün ən gözəl nümunəyə çevrilib. O, dəfələrlə dövlət məmurlarını məsuliyyətlərini artırmağa səsləyib ki: “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi.  Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”.

Heç kim qanundan üstün ola bilməz

Bütün bunlara baxmayaraq, əfsuslar olsun ki, ölkə liderinin apardığı dövlət siyasətinə kölgə salmağa çalışan, tutduqları vəzifədən sui-istifadə edən məmurlar hələ də var. Bununla da məmur-vətəndaş münasibətlərində ciddi problemlər yaşanır. Lakin dövlət başçımızın da dediyi kimi, heç kim qanundan üstün ola bilməz. Tutduğu vəzifədə saxtakarlığa, qanunsuzluğa yol vermiş məmurlarla mübarizə tədbirləri ən sərt şəkildə həyata keçirilir. Ölkəmizin rəhbəri bəzi vəzifəli şəxslərin fəaliyyətini hər zaman xüsusi diqqət mərkəzində saxlayır,  ciddi nöqsanlara yol verən məmurlara ən sərt cəza tədbirlərinin görülməsi ilə bağlı öz tapşırıqlarını verir.

Artıq bir neçə ildir ki, kadr islahatları, gəncləşmə siyasəti geniş vüsət alıb. Savadlı, idarəetmə qabiliyyəti yüksən olan, yüksək potensiallı şəxslərin, ələlxüsus gənclərin rəhbər vəzifələrə təyin edilməsində məqsəd bu sahədə mövcud olan boşluqların aradan qaldırılması, vətəndaşlara göstərilən dövlət xidmətlərinin və şəffaflığın səviyyəsinin daha da yüksəldilməsidir.

İcra başçıları nümunə olmalıdırlar

Ölkəmizdə kadr islahatları, korrupsiyaya qarşı sərt mübarizə tədbirləri bu gün də davam etməkdədir. Dövlətimizin başçısı iki gün öncə Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bu məsələlər barədə bir daha danışıb: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Ciddi xəbərdarlıq

Dövlətimizin başçısı vəzifə səlahiyyətlərini aşan, fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlara bir daha ciddi xəbərdarlıq edib. Prezident İlham Əliyev idarəetmədə ciddi islahatların aparıldığı barədə də söz açıb: “Əfsuslar olsun ki, belə hallar çoxdur. Bu gün bir daha demək istəyirəm ki, bu hallara qarşı çox ciddi mübarizə aparılır. Çünki idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”.

Beləliklə, qeyd edilən məqamlar onu deməyə əsas verir ki, son vaxtlar ölkəmizdə həyata keçirilən çoxvektorlu islahatlar, idarəetmə sahəsininin daha da təkmilləşdirilməsi, ümumilikdə görülən işlər bir məqsədə xidmət edir: vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasını təmin etmək, ölkəmizi daha da gücləndirmək.

Paylaş:
Baxılıb: 123 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31