ABŞ böhran astanasında...
27.05.2023 [11:50]
Birjalar çökəcək, işsizlik artacaq, hökumət sosial müavinətləri dayandıracaq
Murad Köhnəqala
Hazırda dünya iqtisadiyyatının ən çox müzakirə olunan xəbərlərindən biri də ABŞ-ın xarici borcunun rekord həddə artaraq 31 trilyon dolları keçməsidir. Ölkə iqtisadiyyatının ümumi həcmi isə 29 trilyona bərabərdir. Böyük Britaniyanın “The Economist” jurnalı yazır ki, ABŞ dövləti prezident Co Bayden “defolt etməyəcəyik” qərarından imtina etməlidir: “Defolt üsulu aydın və başadüşüləndir. ABŞ-ın hələ iyunun 1-dək borc limitini, federal borclanma üzrə müəyyən edilmiş tavanı hazırda 31,4 trilyon dollara qədər yüksəltmək üçün vaxtı var. Əks halda dövlətin pulu tükənəcək və o artıq hərbçilərə maaş, pensiyaçılara təqaüd verilməsi, istiqrazlara faizlərin ödənilməsi kimi öhdəlikləri tam yerinə yetirə bilməyəcək”.
ABŞ konstitusiyasına görə, ali qanunvericilik səlahiyyəti Konqresə məxsusdur. “The Economist” ABŞ-ın üzləşdiyi bu ağır problemi məhz Konqresin həll edə biləcəyini yazır.
Doğrudur, ABŞ tarixi boyunca dəfələrlə analoji duruma düşüb, lakin hər dəfə son anda borc limitini artırıb və situasiyadan müvəqqəti çıxıb. Hazırda ABŞ hökuməti hələ də limiti artıra biləcəyini və nə olursa olsun, defolta getməyəcəyini bildirir.
Sosial xərclərin azalması yoxsulluğu artıracaq
Əgər ABŞ Konqresi borc limitini artırmazsa, Federal Ehtiyat Sistemi ilə birgə çalışan Maliyyə Departamentinin “B planı” işə düşə bilər. Buna “ödənişin prioritetləşdirilməsi” deyilir. Bu plana görə, istiqrazlara faiz ödəməklə və əlavə xərclərə mümkün qədər qənaət etməklə defolt gecikdirilə bilər. Lakin ekspertlər düşünürlər ki, bu halda da istiqraz sahiblərinə üstünlük vermək, təqaüdçüləri və ordunu marginallaşdırmaq xeyli zərərli və ağılsız hərəkətdir.
Üstəlik, belə bir prioritetləşdirmə maliyyə istiqrazlarını yaxınlaşan ödəmə müddətləri ilə əvəz etmək üçün keçiriləcək hərracların uğurlu olmasını sual altında qoyur. Paralel olaraq investorların hökumətin bu uğursuz siyasətinə inanacağına da heç bir zəmanət yoxdur. Hazırda hər ötən gün defoltu qaçılmaz edir. “Defolt bizə iki formada gələ bilər. Bu, qısamüddətli kritik vəziyyət və ya uzunmüddətli böhran ola bilər. Həm birincinin, həm də ikincinin nəticələri fəlakətdir, lakin uzunmüddətli böhran daha pisdir. Ancaq istənilən variantda ABŞ Federal Ehtiyat Sistemi nəticələrin qarşısının alınmasında mühüm rol oynayacaq. Lakin Mərkəzi bankın nə etməsindən asılı olmayaraq, Amerikada bütün bazarlar və bütün iqtisadi sistem ağrı hiss edəcək”, - deyə “Nyu York Tayms” nəşri yazır.
ABŞ dünyanın ən böyük suveren borc bazarına malikdir. Dövlətə məxsus istiqrazların həcmi 25 trilyon dollar təşkil edir. Bu da qlobal həcmin üçdə birindən daha çoxdur. Dünyanın hər yerində dövlət büdcəsi və maliyyə nazirlikləri pul menecerlərinə, xarici hökumətlərə, nəhəng və kiçik investorlara zəmanətli gəlir təklif etmək üçün ən təhlükəsiz yer hesab olunur.
Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının məlumatına görə, böhranın ilk aylarında fond bazarı 45% ucuzlaşacaq. Hesablamalara görə, eniş təxminən 20% olacaq, paralel olaraq işsizlik 5 faiz artacaq. Bu isə o deməkdir ki, təxminən səkkiz milyon amerikalı işini itirəcək. Nəticədə borc tavanı tavana dirənən hökumət iqtisadi tənəzzülə qarşılıq verə bilməyəcək və böhran daha da dərinləşəcək.
Lakin problem bunlarla bitmir. Mütəxəssislərin proqnozlarına görə, kredit reytinqinin aşağı salınması ilk vaxtlarda daha da dərinləşəcək. 2011-ci ildə borc tavanı ilə bağlı illər öncəki qarşıdurma zamanı “Standard & Poor’s” ABŞ-ın reytinqini AAA reytinqindən bir pillə aşağı endirmişdi. Defoltdan sonra reytinq agentlikləri yenidən buna əməl edəcəklər. Mənfi zəncirvari reaksiyanın başlanğıcı artıq var. Bundan başqa, ipoteka maliyyələşdirməsinin ən mühüm mənbəyi olan Federal Milli İpoteka Assosiasiyası kimi ABŞ hökuməti tərəfindən dəstəklənən qurumlar üçün də reytinqlər aşağı düşəcək. Bu da öz növbəsində ipoteka faizlərini yüksəldəcək və xüsusilə vacib olan daşınmaz əmlak sektoruna zərər verəcək.
Veyhertin proqnozları
İnvestorlar nağd pul tapmağa tələsdikcə korporativ istiqrazların gəlirləri yüksələcək. Banklar kredit verməyi dayandıracaq, iqtisadi böhran güclənəcək.
Bütün bu bədbin proqnozların fonunda ABŞ-ın keçmiş Konqres üzvü və geosiyasi analitik Brandon Veyhert ölkəsinin ağır vəziyyətdən çıxması ilə bağlı bir sıra təkliflər irəli sürüb. O hesab edir ki, defolt baş verməsə, dövlət borcları qaytarmaq proqramını işə salmalı və xüsusilə sosial layihələrin maliyyələşdirilməsini dayandırmalıdır. “Vergiləri inanılmaz dərəcədə artırmalıyıq”,- deyən analitik “19 FortyFive” saytında çap olunmuş məqaləsində bu yükün hər bir amerikalının çiyninə düşəcəyini yazır. Mütəxəssis böhranın onilliklər ərzində davam edəcəyini proqnozlaşdırıb.
Alim eləcə də dolları dünya valyutasına çevirmək üçün ABŞ-ın milyardlar xərcləməsini “israfçılıq” və “dövrü bitmiş mexanizm” adlandırıb: “Hazırda inkişaf etməkdə olan bir çox ölkə alternativ kimi Çin valyutasını, eləcə də digər variantları nəzərdən keçirir. Zaman keçdikcə dollarsızlaşdırma hərəkatı güclənəcək, dolların gücü azalacaq. Bizim ehtiyatsız xərcləmələrimiz, amerikalı siyasətçilərin öz əli ilə dolların devalvasiyası və valyuta şantajı fonunda dünyanın qalan hissəsi iqtisadi zərbə üçün real stimula malikdir. Bu baş verən kimi zahirən abstrakt görünən trilyonlarla dollarlıq dövlət borcu hər bir amerikalının çiyninə düşəcək”.
“Pulu kosmik tədqiqatlara yatırmalıyıq”
Veyhertin proqnozları tamamilə pessimist deyil. Analitikin üzərində dayandığı çıxış yollarından biri də elmi-texniki tərəqqiyə yatırılan invesitisiyalardır. Keçmiş konqresmen iddia edir ki, böyük miqyaslı infrastruktur proqramları elmi tədqiqatlar və texniki inkişafa qoyulan geniş investisiyalarla birləşərsə, bu, irəliyə doğru həlledici addım olacaq: “O zaman Dördüncü Sənaye İnqilabının paytaxtının Çin deyil, ABŞ olacağına ümid edə bilərik. Uzunmüddətli perspektivdə kosmik iqtisadiyyat (xüsusən də kosmosda mədənçilik) Birləşmiş Ştatları iflasdan xilas edə bilər. Düşünülür ki, məhz elə bu sahədə dünyanın ilk trilyonçusu da peyda ola bilər”, - deyən tanınmış analitik elmi nailiyyətlərin gələcək perspektivinə böyük ümid bəslədiyini ifadə edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

