Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Həqiqətləri dünyaya necə çatdıraq?

Həqiqətləri dünyaya necə çatdıraq?

14.06.2024 [10:39]

İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan işğal edilmiş torpaqlarımız və ermənilər tərəfindən öldürülmüş vətəndaşlarımızın hüquqlarının qorunması üçün lazım olan addımları atmışdı. Beynəlxalq ictimaiyyət qarşısında çıxışlar edilirdi, həqiqətlərimizin dünyaya çatdırılması üçün bütün işlər görülürdü. Ancaq xalqımıza və dövlətimizə dəyən mənəvi-maddi ziyanlarla bağlı beynəlxalq təşkilatlar hər zaman səssizlik nümayiş etdiriblər.

Vətən müharibəsindən ötən 4 ilə yaxın müddət ərzində də ölkəmiz müharibə vaxtı ermənilərin törətdiyi terror aktları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Azərbaycan həqiqətlərin dünyaya çatdırılması uğrunda hər zaman mübarizəsini davam etdirib.

Xalqımıza qarşı sülh və insanlıq əleyinə törədilmiş cinayətlərin dünyaya çatdırılması üçün başqa hansı işlər görülə bilər?

Sualımızı cavablandıran politoloq Turan Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bundan sonra atacağımız addımlar ermənilərin qeyri-qanuni əməllərinin faktiki olaraq Azərbaycan ərazisində törədildiyi ilə bağlı davamlı beynəlxalq ictimaiyyəti davamlı şəkildə maarifləndirməkdir: “Düzdür, bu istiqamətdə hər zaman işlər görülüb. Emənilərin Azərbaycan ərazisində xalqımıza qarşı cinayətlər törətdiyi barədə yetərli faktlar var. Ancaq çox vaxt Ermənistanın bu istiqamətdə yanlış informasiyalar yaydığını da unutmamalıyıq. Bunun dəfələrlə şahidi olmuşuq”.

Müharibə cinayətləri və medianın gücü...

Politoloq qeyd edib ki, ermənilərin hərbi cinayətlərini dünyaya çatdırmaq üçün ilk növbədə informasiya savaşı davam etməlidir: “İnformasiya savaşının bizim üçün ən önəmli tərəfi ondan ibarətdir ki, bütün baş verən erməni cinayətləri barədə məlumatları beynəlxalq ictimaiyyətə rus, ingilis və başqa dillərdə çatdırmağı bacaraq. Ona görə də, ilk növbədə bu vəzifələri həyata keçirmək iqtidarında olan hazırlıqlı kadrlar lazımdır”.

Təbliğatın digər yolu...

T.Rzayevin sözlərinə görə, ermənilərin müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətdə təbliğatın aparılması üçün maarifləndirmə, elmi istiqamət vacibdir: “Hüquq, tarix sahəsində olan alimlərimizin potensialından istifadə edə bilərik. Alimlərin bu istiqamətə yönəlik elmi tədqiqatlarını da beynəlxalq ictimaiyyətə müxtəlif dillərdə çatdırmalıyıq”.

Ermənilərin törətdiyi 4 əsas cinayət...

Politoloq qeyd edib ki, ermənilərin törətdiyi dörd əsas beynəlxalq cinayət var. Bunlar hərbi təcavüz cinayəti, müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırım? cinayətidir: “Həmin cinayətləri mühakimə etməkdən ötrü mütləq şəkildə erməni fərdləri, onların hərbi-siyasi rəhbərliyi mühakimə edilməlidir. Beynəlxalq hüquqda beynəlxalq cinayət məhkəməsi deyilən deyilən qurum yaradılıb. Bu məhkəmə Roma Statutu əsasında fəaliyyət göstərir. Lakin burada bir problem var ki, Azərbaycan həmin beynəlxalq məhkəmənin statutunu hələ ratfikasiya etməyib. Ona görə də bu cinayətlərlə bağlı həmin məhkəməyə müraciət etmək imkanına malik deyilik.

Fikrimcə, gələcəkdə bu hüquqi vasitədən- beynəlxalq cinayət məhkəməsindən istifadə edib, erməni cinayətlərinə lazım olan hüquqi qiymət verilməsi ilə bağlı addımlar ata bilərik”.

Milli məhkəmələrimizin rolu...

Politoloq qeyd edib ki, universal cinayət yurisdiksiyası prinsipinə əsasən, milli məhkəmələrimiz də sadaladığımız dörd cinayətə görə hüquqi mühakiməni həyata keçirə bilər: “Bu da öz sərəncamımızda olan hüquqi vasitələrdən biridir. 2020-ci ilin sentyabr-oktyabr aylarında Ermənistan tərəfindən Azərbaycanın hərbi əməliyyatlar zonasından tamamilə kənarda olan-Tərtər, Bərdə, Gəncə, Mingəçevir, Xızı, Abşeron, Yevlax, Beyləqan və digər yerlərdə sivil vətəndaşlar, mülki obyektlər hədəf kimi seçilmişdi. Bu, təbii ki, beynəlxalq hüquqla qadağan olunmuş əməl idi”.

Beynəlxalq məhkəmələr və ikili standart

T.Rzayev bildirib ki, Ermənistan 44 günlük müharibədə beynəlxalq hüquqla qadağan olunmuş silahlardan da müntəzəm olaraq istifadə edirdi: “30 il ərzində gördük ki, bütün beynəlxalq təşkilatlar hər zaman Ermənistanın Azərbaycana hərbi təcavüzü məsələsində ikili standartlardan çıxış edib, ədalətli mövqe göstərməyiblər. Buna baxmayaraq, yenə də ədalətə inamımızı itirmirik və yenə də beynəlxalq qurumlara müraciət edirik. Gələcəkdə onların bu məsələdə hansı addım atacaqları, ədalətli mövqeyimizi dəstəkləyəcəyi və ya dəstəkləməyəcəyi artıq onların vicdanına qalmış məsələ olacaq!”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31