Məktəblər yeni sistemə keçir...
05.07.2024 [10:37]
Adambaşına maliyyələşmə nədir?
Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdəki orta məktəblərdə yeni layihənin həyata keçiriləcəyini bildirib. Nazir bu barədə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı açıqlama verib. Onun sözlərinə görə, ilin sonuna kimi məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır.
E.Əmrullayev qeyd edib ki, bu, bir neçə məktəbdə pilot layihə kimi həyata keçiriləcək. Onun sözlərinə görə, sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin formalaşacaq.
Məktəblərin məsuliyyətini artıracaq...
Yeni layihə barədə Elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, adambaşına maliyyələşmə modelinə keçid həm də məktəblərin məsuliyyətini artıracaq: “Şagird bir məktəbdən çıxıb başqa məktəbə gedərsə, həmin maliyyə də digər məktəbə keçmiş olacaq. Beləliklə, məktəblərdə idarəetmə mexanizmləri də müəyyən qədər dəyişəcək. Bu, hazırda pilot layihədir. Bir qrup məktəblərdə həyata keçiriləcək. Bu il bir neçə məktəbdə layihəyə start veriləcək, lakin 2026-cı ilə qədər 100 məktəbə şamil olunacaq. Artıq məktəb maraqlı olacaq ki, şagird cəlb etsin. Yeni layihənin müəllimlərin maaşına təsiri ilə bağlı danışmaq isə hələ tezdir”.
Şagirdlərə ədalətli imkanlar yaradılır
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, məktəblərdə adambaşına maliyyələşmə layihəsi “2022-2026-cı il Sosial İnkişaf Strategiyası”nda öz əksini tapıb. Onun sözlərinə görə, adambaşına maliyyələşməyə əsasən, orta məktəblərdəki ümumi vəsait hər bir şagirdə hesablanır: “Bu, o deməkdir ki, hansı məktəbdə oxumasından asılı olmayaraq, şagirdlərə bərabər vəsait və bərabər imkanlar ayrılır. Yəni rayonlarda, kəndlərdə və yaxud şəhərdəki orta məktəblər, fərq etməz, vəsaitlər adambaşına hər şagirdə uyğun şəkildə hesablanır ki, ədalətli imkanlar yaransın”.
Hesabatlılıq artacaq...
E.Əfəndi qeyd edib ki, yeni layihə həmçinin məktəblərdə hesabatlılığı artıracaq: “Yeni layihə imkan verəcək ki, məktəblər şagirdlərin tədrisinə daha həssas və diqqətlə yanaşsınlar. Məlumdur ki, hər bir məktəbin özünəməxsus ehtiyacları var. İndiki halda resurslar mərkəzdən paylanır və hər məktəbə bəlli bir resurslar göndərilir. Adambaşına maliyyələşmədə məktəblərin özünün şagird sayına uyğun olaraq bəlli bir büdcəsi olacaq və hər məktəb özünün resurs ehtiyacları üçün vəsaiti spesifik istiqamətlərə xərcləyə biləcək. Məsələn, hansısa fənn istiqamətində əlavə resurs ayırmaq istəyirlərsə, məktəb idarəçilərinin muxtariyyəti, büdcədən istifadə etmək imkanları olacaq. Son nəticədə bu hal təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcək bir prosesdir. Yəqin ki, gələcəkdə adambaşına maliyyələşməyə keçid məktəblərin idarəetmə sturukturlarında da yanaşmanın dəyişməsinə gətirib çıxaracaq”.
Proses kifayət qədər ciddi və ağırdır
Təhsil eksperti Elşən Qafarov Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normativlər əsasında ümumtəhsil məktəblərinin növü və tipinə uyğun olaraq, hər bir şagird üçün maliyyə ayrıldığını bildirib. Ekspert qeyd edib ki, 100 məktəbdə adambaşına maliyyələşmə sisteminə 2026-cı ildən başlanılmalı idi, ancaq, görünür, proses sürətləndirilir: “2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsil müəssisləri bu sistemlə idarə olunur. 13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Proses kifayət qədər ciddi və ağırdır. Prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir, Elm və təhsil naziri isə sözügedən prosesin şəffaf keçirilməsinə nəzarət edir”.
Tələsmək böyük fəsadlar törədə bilər...
Ekspert bildirib ki, uğurlu nəticə əldə etmək üçün adambaşına maliyyə sisteminə keçiddən öncə bir sıra məsələlər həllini tapmalıdır: “Əvvəla, hər bir ümumtəhsil məktəbinə görə maliyyə normativləri açıqlanmalıdır, məsələn, adambaşına nə qədər xərc düşür? Bundan sonra məktəb rəhbərləri bu maliyyəni idarə edə biləcək qədər bilik və bacarıqlara malik olmalıdır. Qarşıda rentabelli olması üçün isə kiçik məktəblərin daha böyük məktəblərlə birləşdirilməsi, sonra isə məktəblərin tam orta təhsil səviyyəsinin ayrılması kimi xeyli işlər durur. Ona görə də bu məsələdə tələsmək daha böyük fəsadlar törədə bilər. Amma hədəf Azərbaycan təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdırılmasıdır və bu proses qaçılmazdır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

