“29 İqlim söhbəti”...
06.07.2024 [11:00]
Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti keçirilib
Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Sammiti keçirilib. BMT-nin Azərbaycan nümayəndəliyi və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Sammit ölkəmizin 2024-cü ilin noyabrında ev sahibliyi edəcəyi COP29-a həsr olunub.
Kollektiv tərəqqi üçün...
Qeyd edək ki, Sammitdə “29 İqlim söhbəti: COP29-a aparan yol” təşəbbüsü çərçivəsində “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları” mövzusunda fikir mübadiləsi aparılıb. Sammitdə çıxış edən Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bildirib ki, özəl sektorun öz ambisiyalarını yüksəltməsi və kollektiv tərəqqi üçün davamlılıq öhdəliklərini sürətləndirməsi lazımdır: “Birgə işləməklə dövlət və özəl qurumların ESG-nin həyata keçirilməsində anlayışlar, strategiyalar və ən yaxşı təcrübələri paylaşa biləcəyi əməkdaşlıq mühitini inkişaf etdirmək səylərini dəstəkləyə bilərik. Ortaq problemlərimiz üçün işlək həll yolları tapılması məqsədilə özəl sektora ehtiyacımız var. Maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik. Ümid edirik ki, şirkətlər kapitalı necə bölüşdürdükləri və investisiya qərarlarının iqlim məqsədlərimizə uyğun olmasını necə təmin etdiklərini göstərə biləcək şəkildə COP29-a hazır gələ bilərlər”.
Nazir qeyd edib ki, iqlimə müsbət təsir göstərən iqtisadi modellər yarada bilmək məqsədilə “yaşıl kapital” bazarlarını dərinləşdirmək üçün maliyyə xidmətləri sənayesinə ehtiyac var.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, ESG Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində fəaliyyətin və tərəqqinin sürətləndirilməsi üçün platforma rolunu oynayır. S.Məmmədov bildirib ki, bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir.
Dünyanın beş ölkəsindən biri...
Nazir müavini qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə bağlı üzərinə öhdəlik götürüb: “Bugünkü işimiz inklüzivliyi, səmərəliliyi və dayanıqlılığı təşviq edir. ESG tərəfində hesabatlılıq və şəffaflığa gəldikdə, qeyd etmək istərdim ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə 7 Milli Hesabatını təqdim edən dünyanın bir neçə ölkəsi sırasındadır və dünyanın beş ölkəsindən biri 4-cü Könüllü Milli İcmalını təqdim etmək niyyətindədir”.
S.Məmmədov bildirib ki, Azərbaycanda Ətraf Mühit, Sosial və İdarəetmə çərçivələrinin ümumiləşdirilməsi davamlı və məsuliyyətli biznes təcrübələrinin ölkənin korporativ və maliyyə sistemlərinə inteqrasiyasını nəzərdə tutur.
İlk genişmiqyaslı sorğu...
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, keçən il KOBİA tərəfindən cəlb edilən peşəkar sorğu şirkəti Azərbaycanda ESG-nin cari vəziyyətini göstərən ilk genişmiqyaslı sorğu aparıb: “Sorğu ölkənin bütün ərazisini və müxtəlif sektorları əhatə etməklə 300-ə yaxın respondent arasında keçirilib və ESG sahəsində mövcud statusun öyrənilməsi baxımından ilk əhatəli araşdırma hesab oluna bilər. Sorğunun göstəricilərinə əsasən, ESG prinsipləri barədə ölkədəki məlumatlılıq səviyyəsi 7 faiz, tətbiq səviyyəsi isə 3,5 faiz təşkil edir. Təchizatçı seçimində ESG prinsiplərini nəzərə alma səviyyəsi 2,5 faiz, ESG prinsipləri barədə hesabatlılıq səviyyəsi 1,4 faizdir”.
ESG təcrübələrinin inteqrasiyası...
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda dövlət və özəl sektorlar arasında əməkdaşlığın həlledici rolunu vurğulayıb. O, bildirib ki, ESG təcrübələrinin inteqrasiyası təkcə uyğunluqdan ibarət deyil - bu, dəyər yaratmaq, riskləri idarə etmək və gələcək nəsillər üçün dayanıqlı gələcəyə töhfə verməkdən ibarətdir.
İqlim dəyişikliyi ilə bağlı mühüm platforma
“PwC”nin Azərbaycan üzrə idarəedici partnyoru Shaukat Tapia çıxışında deyib: “ESG prinsiplərinin biznes strategiyalarına inteqrasiyasının uzunmüddətli uğur və dayanıqlılıq üçün vacib olduğunu hesab edirik. Bu sammit iqlim dəyişikliyi ilə bağlı mürəkkəb problemlərin həlli üçün çox vacib olan dövlət-özəl əməkdaşlığının təşviqi üçün mühüm platforma təqdim edir. Birlikdə işləməklə dayanıqlı inkişafı dəstəkləyən, maraqlı tərəflərin inamını artıran və təsir göstərən möhkəm çərçivələr yarada bilərik. Burada paylaşılan fikirlər və strategiyalar Azərbaycan şirkətlərinə ESG səyahətlərində yol göstərmək və daha möhkəm gələcəyə töhfə verməkdə mühüm rol oynayacaq”.
Daha sonra isə “Yaşıl gündəliyin müxtəlif perspektivləri” adlı sessiya keçirilib. Sessiyada iqlimlə bağlı fəaliyyətdə dövlət-özəl sektor sinerjisi, SDG İnvestor Platforması və yaşıl inkişafı təşviq etmək məqsədilə strategiyalar mövzusunda təqdimatlarla çıxışlar edilib. Bundan başqa, “Azərbaycan hökumətinin siyasətlərinə və korporativ strategiyalarına ESG-nin inteqrasiyası” və “Özəl sektor perspektivi” mövzularında keçirilən panel müzakirələrində ESG prinsiplərinin Azərbaycanın hökumət siyasətinə və korporativ strategiyalarına inteqrasiyasına dair müzakirələr aparılıb.
Qeyd edək ki, iyulun 3-də işə başlayan Sammit iyulun 4-də öz işini yekunlaşdırıb.
Y.SƏLİM
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

