İlk dəfə...
11.07.2024 [10:34]
Parlament seçkiləri suveren Azərbaycanın bütün ərazilərində!
Demokratik və şəffaf seçkilərin təşkili sözsüz ki, hər bir ölkədə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasından, təşəkkülündən xəbər verir. Elə buna görə də azad və ədalətli seçkiləri hüquqi dövlət quruculuğunun əsas elementi hesab edirlər.
BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin 21-ci maddəsində də seçki hüquqi ümumbəşəri sərvət, vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas prinsipi kimi səciyyələndirilib.
Mühüm tarixi əhəmiyyətə malik sənəd...
1990-cı illərdə Azərbaycanda hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə Konstitusiyamız qəbul olundu. Həqiqətən də bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri öz əksini tapır. Bütün bunlar Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin göstəricisidir. Tarixi əhəmiyyətə malik bu mühüm sənəd ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir.
Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində işlər uğurla davam etdirilir. Məlumdur ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında ?srəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Artıq respublikamızın bütün ərazisində seçkilərə hazırlıq işlərinə start verilib. İlk dəfə olaraq parlament seçkiləri respublikamızın bütün ərazisində baş tutacaq. Söz yox ki, bu ilin əvvəlində keçirilmiş növbədənkənar prezident seçkiləri də ölkəmizin bütün ərazisini əhatə etmişdi. Hətta Prezident İlham Əliyev öz ailə üzvləri ilə birlikdə Xankəndi şəhərindəki seçki məntəqəsində səs vermişdi. Bundan bir qədər sonra növbədənkənar parlament seçkilərinin də işğaldan azad edilmiş bütün ərazilərimizdə keçirilməsi bir daha “Qarabağ Azərbaycandır!” reallığını təsdiqləyir.
Azad edilmiş ərazilərdə yeni məntəqələr...
Dünən növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. Müşavirədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov, ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, ölkəmizdə fevral ayında baş tutan Prezident seçkiləri suveren Azərbaycanın bütün ərazilərində keçirildiyinə görə, Zəfər seçkisi adlandırılmışdı: “Parlament seçkiləri də ilk dəfə suveren Azərbaycanın bütün ərazilərində keçiriləcək və olduqca vacib prosesdir. 125 seçki dairəsi üzrə 6 400-dən artıq məntəqədə seçkilərin keçirilməsi üçün şərait yaradırıq. Xüsusilə, azad olunmuş ərazilərdəki seçkilərdə də vətəndaşlar ilk dəfə səs verəcək”.
34 məntəqə fəaliyyət göstərəcək...
M.Pənahov qeyd edib ki, azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq: “Ötən gün orada 8 məntəqə yaratdıq. Beləliklə, azad edilmiş ərazilərdəki parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu dəfə azad olunmuş ərazilərdə seçkilər daha geniş şəraitdə keçiriləcək. Həmin bölgədəki seçkilərə xüsusi fikir veririk”.
Beləliklə, ölkəmiz müasir tarixində növbəti mühüm seçkiləri yüksək səviyyədə keçirməyə hazırlaşır. Hər zaman olduğu kimi, bu seçkilərin də şəffaf, demokratik və ədalətli keçirilməsi üçün zəruri imkan yaradılıb. Vətəndaşlar əmindir ki, 1 sentyabr seçkiləri yüksək standartlara uyğun keçiriləcək və səsvermə prosesinin yekunları seçici iradəsini əks etdirəcək. Dövlətin hər zaman olduğu kimi qətiyyətli mövqeyi də qarşıdakı parlament seçkilərinin ədalətli keçiriləcəyinə, xalqın iradəsini əks etdirəcəyinə və ölkədə demokratiyanın inkişafı prosesində mühüm addım atılacağına inamı daha da gücləndirir.
Odur ki, vətəndaşların hər biri sentyabr ayının 1-də baş tutacaq parlament seçkilərinin hüquqi dövlət quruculuğu prosesinə öz töhfəsini verəcəyinə inanır.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 23:49
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54

