Yanlış məlumatlar!
12.07.2024 [10:35]
Dezinformasiyaların yayılma səbəbi və çıxış yolları...
Y.SAHİB
Təsdiqini tapmayan, yanlış və heç bir əsası olmayan informasiyaların mediada yayılması hər zaman jurnalistikada arzuedilməz hallardan biri olub. Bəzi məqamlarda, xüsusilə gündəmdə olan hansısa bir mövzu ilə bağlı yanlış xəbərlər tirajlanır. Hətta bu kimi hallar kütləvi xarakter də daşıya bilir. Belə ki, bir çox media resurları, xəbər saytları informasiyanın həqiqəti əks etdirib-etdirmədiyini araşdırmadan digər saytlara istinad edərək həmin xəbəri yayırlar.
Təəssüf ki, əksər hallarda belə mənzərənin yaranmasında əsas məqsəd daha çox oxucu qazanmaq, İP əldə etməkdir. Lakin təsdiqini tapmayan, qısa müddətlik səs-səda yaradan bu kimi xəbərlərin sayı çoxalsa da, dezinformasiyalar oxucularda xoş düşüncə formalaşdırmır.
İnsanlara psixoloji təsir göstərir...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da təsdiqini tapmayan xəbərlərin mediada dərc olunmasını arzuolunmaz hal kimi qiymətləndirib: “Dezinformasiyanın verilməsi bəzi hallarda təxribatların, propaqandaların yayılmasını genişləndirə bilər. Bu kimi xəbərlər hər hansı bir hadisə baş verdikdə zəncirvari hal almağa başlayır, günü-gündən sayları daha da artır. Dezinformasiyalar insanlara psixoloji təsir göstərir və onlar bu xəbərlərlə daha çox maraqlanmağa başlayırlar”.
Jurnalistika aləminin “virus”u
V.Zifəroğlu qeyd edib ki, dezinformasiyaların yayılmasının digər səbəbi bəzi KİV-lərin qabağa düşmək istəməsi cəhdi və daha tez informasiya verməsi ilə bağlıdır: “Əsas səbəb KİV-lərin informasiya çatışmazlığından qaynaqlanır və onlar da sensasiya yaratmaq istəyi ilə çıxış edirlər. Cəmiyyətə informasiya vermək adı ilə belə məlumatlar, yəni dezinformasiyalar ötürülür və bu “virus” gələcəkdə qəbul olunacaq reaksiyanı müəyyənləşdirməyə kömək edir”.
Əsas səbəb xəbərin faktlarla işlənməməsidir
Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli də dezinformasiyaların yayılmasını jurnalistika üçün çox ciddi nöqsan hesab edir: “Çünki jurnalist xəbər hazırlayanda faktlara əsaslanmalıdır, hər hansı insanın dediyi sözə yox. Həmin faktlar da mənbələrdə öz təsdiqini tapmalıdır. Bundan sonra məlumat cəmiyyətə ötürülə bilər. Amma çox əfsuslar olsun ki, ölkəmizdə informasiya almaqda çox böyük çətinliklər var. Çünki informasiyanı verməli olan adamlar, qurumlar bu informasiyanı jurnalistlərə vermirlər.
Hansısa bir informasiyanı almağın üsulları var. Bəzən jurnalistlər informasiyanı dəqiqləşdirib onu daha çox genişləndirə bilmirlər. Nəticədə isə faktlara söykənməyən yazılar meydana çıxır ki, bu da sonda dezinformasiya yaradır. Dezinformasiyanın yaranmasında əsas səbəb jurnalistlərin faktlar əsasında işləməməsidir. Nəticədə onların sayı o qədər artır ki, artıq cəmiyyətin, ümumilikdə, mətbuata inamı azalır”.
Nə etməli?
Belə informasiyaların qarşısını almaq məsələsinə gəlincə, C.Məmmədli dezinformasiyaların qarşısına hər hansı bir səddin çəkilməsini mümkünsüz sayıb: “Yalan xəbərlər, şayiələr ordu deyil ki, qarşısına sədd qoyasan. Dezinformasiyanı müşayiət etmək və onu mövcud stiuasiyada dəyişmək lazımdır. Şayiələrin yayılmasının qarşısını cəmiyyətə düzgün və bol informasiya verməklə almaq olar. Jurnalistlər üçün, eləcə də informasiya almaq istəyən cəmiyyət üzvləri üçün lazımı şərait yaradılmalıdır ki, dezinformasiya xəbərlər yayılmasın”.
Yalan xəbərlərin qarşısının alınmasında cəmiyyətin də daha aktiv olmasını məsləhət görən professor yaxşını pisdən seçməyi vacib sayır: “Cəmiyyət yaxşıları qiymətləndirərsə, pislərə qarşı çıxarsa, onları qınaq obyektinə çevirərsə, belə deziformasiya yayan KİV-lər cəmiyyət içərisində özlərinə yer tapmayıb, yox olacaqlar”.
Bütün dünyada problemdir...
Professor dünyanın ən aparıcı informasiya agentliklərin də dezinformasiyalardan istifadə etdiyini diqqətə çatdırıb: “Əsasən də müharibə və ekstremal şəraitdə dezinformasiyalardan daha geniş istifadə olunur. Bu cür şəraitdə hər bir ölkə öz xeyirinə olan dezinformasiyalara əl atır. Müəyyən məqsədli şəkildə dezinformasiyalar var və həmişə də olacaq. Ölkədə baş verən hər hansı hadisə ilə bağlı mənbəyi məlum olmayan informasiyalar jurnalistlərə verilir və onlarda bu xəbərləri cəmiyyətə ötürürlər. Amma belə xəbərlərin yayılması yolverilməzdir. Peşəkar jurnalistlər bu cür hallara yol verməməlidir, ən azından jurnalistika qaydalarına əməl etməlidirlər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

