Ali dəyərlərimizdən biri...
09.08.2024 [10:08]
Ölkəmizdə insan hüquqları necə qorunur?
Hər kəsin toxunulmaz hüquq və azadlıqları var. Bu hüquq və azadlıqlar insanın cəmiyyət və digər şəxslər qarşısında məsuliyyət və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.
Beynəlxalq aləmdə insan haqları BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsi ilə qanuniləşdirilib. Bu sənəddə qeyd olunub ki, hər bir insan onun mənsub olduğu irqdən, cinsindən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, insan haqlarına və azad olmaq hüququna malikdir. Ölkələrin konstitusiyalarında da insan haqları mühüm hüquq kimi xarakterizə edilir.
Hər bir vətəndaşımızın hüququ təmin edilir...
“Konstitusiya Araşdırmaları Fondu”nun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsi, eyni zamanda, vətəndaşların siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi tək Azərbaycanda deyil, bütün dünyada müzakirə olunan məsələlərdən hesab olunur: “Dünyada söz sahibinə çevrilən Azərbaycanda insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübənin formalaşmasına imkan yaradıb. Azərbaycanın müasir inkişaf dövründə insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Respublikamızın ana qanunu olan Konstitusiyamızda insanların hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar xüsusi müddəalar təsbit olunub. 2016-ci ildə keçirilən ümumxalq səsvermə yolu ilə Konstitusiyamızın 42 maddəsinin 22-də edilən dəyişikliklərlə insanların hüquq və azadlıqlarının əhatə dairəsi daha da genişləndirilib. Prezidentin 27 dekabr 2011-ci il Sərəncamı ilə Azərbaycan Respublikasında hüquq və azadlıqların müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib. Milli Fəaliyyət Proqramı 6 fəsildən ibarət olmaqla insanların hüquq və azadlıqlarının beynəlxalq normalara uyğun təmin olunması istiqamətində təşkili ilə bağlı çox əhatəli tədbirləri özündə əks etdirir. Milli Fəaliyyət Proqramında ictimai həyatın bütün təbəqələrinin, o cümlədən uşaqların, miqrantların, siyasi fəaliyyətlə məşğul olanların, erməni işğalı nəticəsində hüquqları pozulmuş keçmiş qaçqın və məcburi köçkünlərin, məhbus həyatını yaşayanların hüquq və azadlıqlarının təmin edilməsinə geniş yer verilib. Bu gün ölkəmizdə formalaşmış vətəndaş institutları və vətəndaş cəmiyyəti azad şəkildə fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizənin genişləndirilməsi və vətəndaşlara xidmətlərin şəffaf təqdim olunması dövlətimizin gündəlik fəaliyyətinə daxil edilib”.
Ölkəmizdə yeni siyasi mədəniyyət formalaşır
Ə.Nuriyevin sözlərinə görə, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə bütün vətəndaşlara bərabər hüquq və şərait yaradılıb: “Azərbaycan dünyanın çox az ölkələrindədir ki, multikulturalizim və tolerantlıq siyasəti gündəlik həyat tərzi kimi qəbul edilib. Dövlətimizin yaratdığı bərabər şərait sayəsində hər bir şəxs özünün azad və firavan həyatını qura bilir. Eyni zamanda, hüquq və azadlıqların təmin olunması cəmiyyətdə həm də yeni siyasi mədəniyyət formalaşdırır. Ölkəmizdə aparılan geniş islahatlar yeni siyasi konfiqurasiyanı yaradıb”.
Dövlətimiz inkişaf etdikcə baxışlar da dəyişir
Hüquq müdafiəçisi ölkəmizdə siyasi mədəniyyət səviyyəsinin qənaətbəxş olduğunu qeyd edib: “Bunun təzahürü olaraq xalqımız və dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən vacib məqamlarda bütün siyasi qüvvələrin birləşməsi və öz siyasi baxışlarını kənara qoyub eyni mövqedən çıxış edərək qərar qəbul etmək mədəniyyəti formalaşdığını qeyd etmək olar. 44 günlük Vətən müharibəsində 1-2 radikal qüvvə istisna olmaqla, ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyaların mövqeyi üst-üstə düşüb və beynəlxalq ictimaiyyətə vacib çağırışlar edilib.
Ümumilikdə, ölkəmiz inkişaf etdikcə baxışlar da dəyişilir. Dövlətin insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində atdığı addımların əhatə dairəsi genişlənir və hər bir vətəndaşın hüquqları yüksək səviyyədə təmin olunur. Məhz bunun göstəricisidir ki, hüquqi dövlətimiz möhkəm təməllər üzərində qurulub”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

