Vətənə sevgi ailədən başlayır...
14.09.2024 [08:20]
Vətənpərvərlik tərbiyəsi məqsədli təşkil olunmalıdır
Gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi dövlətin gənclər siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə həyata keçirilən işlər də çoxşaxəlidir. Etiraf edək ki, gənclərin vətənpərvərlik ruhunda böyüməsinin mühüm istiqamətlərindən birini təhsil müəssisələrindəki təlim-tərbiyə işləri təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün imkanlar olduqca genişdir.
Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş dövlətçilik durur. Gənclərdə vətənpərvərliyi formalaşdırmaq üçün bir sıra amillər nəzərə alınmalıdır. Buna misal olaraq Azərbaycan xalqının yaxın və uzaq keçmişi, elm, mədəniyyət, dövlətçilik, siyasət sahəsində əldə etdiyi nailiyyətləri, qəhramanlıq tarixi, dövlətin müasir inkişaf göstəricilərini qeyd edə bilərik.
Müəllimin vəzifəsi təkcə bilik verməklə məhdudlaşmır...
Mövzunu “Yeni Azərbaycan” a dəyərləndirən təhsil üzrə ekspert Elşən Qafarovun sözlərinə görə, hər bir dövlətin varlığı və gələcəyi, həm də gənclərin tərbiyəsindən aslıdır. Ekspert bildirib ki, gənclərin ideoloji baxımdan hazırlığı, düşünülmüş ardıcıl gənclər siyasətinin nəticəsidir: “Cəmiyyəti inkişaf etdirən, irəli aparan vətəndaşlar ilk olaraq məktəbdə tərbiyə alır və formalaşır. Danılmaz faktdır ki, təhsil ocaqlarımızda təbliğ edilən vətənpərvərlik ideyaları gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hissləri aşılayır. Məktəbdə müəllimin vəzifəsi təkcə bilik verməklə məhdudlaşmır, onun borcu həmdə vətənə layiqli şəxsiyyət yetişdirməkdir.
Ölkəmizdə vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Çünki Azərbaycanı dünyaya tanıdan dövlət xadimlərinin, ziyalılarının nümunələri də gənc nəsl üçün bir tərbiyə məktəbidir. Bu bir həqiqətdir ki, biz şanlı tariximizdə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. İgid sərkərdələrimizin şəxsi nümunəsi sübut edir ki, Azərbaycan xalqı qəhrəman xalqdır və bu xalq minlərlə qəhrəman, vətənpərvər yetişdirib”.
Vətənpərvərliyin təbliği təkcə təhsil müəssisələrində aparılmamalıdır
E.Qafarov qeyd edib ki, insanın ən ali hissi olan vətənpərvərlik anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir: “Yeniyetmə və gənclərimizin bu ruhda tərbiyəsi həmişə təlim-tərbiyə işinin, istər ailədə, istərsə də təhsil ocaqlarında ən mühüm istiqamətlərdən biri olmalıdır. Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi təhsildə prioritet tələbdir və bu şəkildə də müəyyənləşdirilməlidir. Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi çox əhəmiyyətli və xüsusi yer tutur. 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində xüsusi bir hadisədir. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu itirdiyimiz torpaqları özümüzə qaytardı. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə deyil, eyni zamanda, şəxsi şücaətləri ilə yadda qaldı. Qəlbi Vətən eşqi ilə yanan mərd oğullarımız şanlı tariximizə öz qanları ilə yeni qələbə yazdılar.
Gənclərimizdə vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərdəndir. Şübhəsiz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Onu da qeyd etmək istəyirəm ki, vətənpərvərliyin təbliği təkcə tərbiyə və təhsil müəssisələrində aparılmamalıdır”.
Uşaqlara vətən sevgisini aşılamaq üçün...
Ekspertin fikrincə, vətənpərvərlik tərbiyəsində hər bir gəncin doğulub, boya-başa çatdığı ailənin də böyük rolu var: “Gənclərin bir vətəndaş kimi yetişməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Gənclər bir insan, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Təcrübə göstərir ki, ailədə vətənpərvərlik tərbiyəsi yalnız özbaşına, k?r-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlara vətən sevgisi aşılamaq üçün ilk növbədə valideynlər o ruhda olmalıdırlar.
Son dövrlərdə gənclərimizin vətənpərvərlik tərbiyəsinə diqqət daha da artırılıb. Təhsil müəssisələrinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması üçün müəyyən vəzifələr qoyulub. Bu məqsədə çatmaq üçün məktəb və ailə uşaqlarda vətənə, xalqa məhəbbət hissi tərbiyə etməklə yanaşı, onlarda vətən qarşısında şərəf və borc hissini də qüvvətləndirilməlidir”.
Yeganə BAYRAMOVA,
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14

