İnvestisiyaların təşviqi...
08.11.2024 [09:38]
Regionların sosial-iqtisadi inkişafı üçün mühüm amil!
Azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması bu gün Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi həyata keçirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyil. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi Azərbaycanda ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaq.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı strategiya hazırda azad edilmiş əraziləri də əhatə edir və dövlət dəstəyi tədbirləri bu bölgədə icra olunan müxtəlif infrastruktur layihələrində özünü göstərir. Bir zamanlar ermənilər tərəfindən dağıdılmış, viran qoyulmuş həmin rayonların dirçəldilməsi hökumət üçün əsas prioritet təşkil edir. Həmin ərazilərdə müxtəlif obyektlərin tikilib istifadəyə verilməsi, yenilərinin təməlinin qoyulması ilə yanaşı, yeni avtomobil magistrallarının, dəmir yollarının, hətta beynəlxalq səviyyəli hava limanlarının istifadəyə verilməsi, yenilərinin də inşası bu kompleks tədbirlərin tərkib hissəsidir.
Məqsədimiz kənd təsərrüfatını inkişaf etdirməkdir
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib ki, yerli və xarici investisiyaların həcmi artır və bu da həmin bölgənin inkişafının təmin edilməsində mühüm rol oynayır: “Yaxın illərdə bu tədbirlər sayəsində ölkəmiz iqtisadi baxımdan mühüm yerlərdən birinə çevirəcək. Hazırda Qarabağda infrastruktur layihələr üzrə işlər davam etməkdədir. İnsanların doğma yurd-yuvasına böyük qayıdış layihəsini həyata keçirmək üçün ilk öncə onlara yaşayış məntəqələri tikmək lazımdır. Bundan başqa iş yerləri açılmalıdır. Hazırda Qarabağda planlı şəkildə işlər gedir. Burada kənd təsərrüfatı obyektləri, gələcəkdə emal müəssisələri yaradılacaq. Ən böyük problem hazırda minalardır. Təbii ki, vaxt itirmədən gündəlik işlər görülür. Amma yenə də məlumatlar gəlir ki, mülki insanlar, mütəxəssislər mina partlaması nəticəsində xəsarət alıb, həyatını itirib. Bizim əsas məqsədimiz kənd təsərrüfatını regionlarda sürətlə inkişaf etdirməkdir ki, emal zavodları ora köçsün. Düşünürəm ki, bu baxımdan kiçik və orta sahibkarlığın, fermer təsərrüfatının inkişafının böyük rolu var”.
Makroiqtisadi göstəricilərimiz yüksəlir
Millət vəkili qeyd edib ki, hazırda regionlarımızda sosial-iqtisadi inkişaf gedir. Dövlətin də birmənalı siyasəti bu templəri sürətlə artırmaqdır: “Məsələn, bütün makroiqtisadi göstəricilərimiz artım tempi ilə yüksəlir. Bu, birmənalıdır və o deməkdir ki, Prezidentin iqtisadi siyasəti tamamilə düzgündür və uğurludur. Biz daha çox kiçik və orta sahibkarlığın inkişafına önəm veririk. Əsas diqqət həmin sahənin inkişaf etdirilməsinə yönəlməlidir və ÜDM-də payının artması təşviq olunmalıdır. İnkişaf etmiş ölkələrdə, o cümlədən Yaponiyada, ABŞ-da, Avropada ümumi daxili məhsulda kiçik və orta sahibkarlığın ümumi çəkisi 55 faizi keçir. Bu, İspaniyada 65 faizdir. Ona görə də bizim ölkədə də orta sahibkarlığın milli məhsulda dəyərinin artırılmasına nail olmaq lazımdır. Bu siyasət həm də işsizliyin səviyyəsinin daha da aşağı salınmasında mühüm rol oynaya bilər”.
Regionlara investisiyaların cəlb edilməsi artır
Deputatın sözlərinə görə, Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlanıb: “Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması regionlarımızdakı iqtisadiyyatın ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi üçün hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyulur. Eyni zamanda, regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Demək olar ki, bir çox regionlara ixtisaslaşdırılmış şəkildə investisiyaların cəlb edilməsi artmaqdadır. Çünki investisiyaların təşviqi sahəsində görülən işlər regionların inkişafına müsbət təsir göstərir.
Hazırda icra olunan dövlət proqramı da bölgələrin sürətli inkişafını özündə ehtiva edir. Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27

