Bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilir
21.09.2016 [10:07]
Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr nəticəsində indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təchiz olunurlar
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Spesifik milli inkişaf modelinə malik olan Azərbaycanın tərəqqisi konseptual əsaslara söykənir və müasir çağırışlara cavab verir. Buna paralel olaraq Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Qeyd edək ki, indiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda isə əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yerinə yetirilməkdədir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Əlamətdar haldır ki, bütün ölkə boyu inkişaf ilbəil daha intensiv hal alır və bu cəhətdən 2016-cı ilin arxada qalan ayları da istisna olmayıb.
Bu məqamda vurğulamaq yerinə düşər ki, son illər həm paytaxt Bakıda, həm də bölgələrdə ardıcıllıqla və yüksək səviyyədə həyata keçirilən, həmçinin bütün sahələri əhatə edən infrastruktur layihələri sayəsində Azərbaycan ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Məhz bu kontekstdə son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Məhz bunun nəticəsində bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Ümumiyyətlə, bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Belə ki, sentyabrın 2-də Göyçayın Çərəcə və Yeniarx kəndlərinə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 162 abonenti olan Çərəcə kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8479 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 162 sayğac və fərdi tənzimləyici quraşdırılıb. 239 abonenti olan Yeniarx kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 20826 metr müxtəlif diametrli polietilen və 20 min metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, evlər sayğac və fərdi tənzimləyici ilə təmin olunub.
Hazırda Göyçay rayonunun daha 5 kəndində - Çaxırlı, Ləkçılpak, Şəkər, Bəydövül və Çərəkə kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Həmin gün, eyni zamanda, Samux rayonunun Qırmızı Samux qəsəbəsinə ilk dəfə təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, 394 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 19 min 987 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər də uğurla davam etdirilir. Məlumata görə, sentyabrın 10-da rayonun Birinci Biləcik, Şorsu və Qudula kəndlərində 1050 abonentə təbii qaz verilib. Bu münasibətlə Birinci Biləcik kəndində keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin və Şəki şəhər İcra Hakimiyyətinin rəsmiləri, kənd sakinləri iştirak ediblər.
421 abonenti olan Birinci Biləcik kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 min 758 metr polietilen və 22 min 596 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək, ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verib. Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, ölkənin yaşayış məntəqələrinin qazlaşdırılması işi sürətlə davam etdirilir. 10 il əvvəl Azərbaycanın yaşayış məntəqələrinin cəmi 40 faizinin qazlaşdırıldığını diqqətə çatdıran SOCAR-ın prezidenti artıq əhali abonentləri üzrə bu göstəricinin 92 faiz təşkil etdiyini bildirib. Qeyd olunub ki, hazırda Şəkinin daha 6 kəndinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlər başa çatdıqdan sonra Şəki rayonu üzrə qazlaşma 85 faiz təşkil edəcək. Bu, dağlıq ərazidə yerləşən rayonlar üçün ən yüksək göstərici hesab olunur.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və kənd ağsaqqalı Həşim Məmmədov çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə, Qurban bayramı ərəfəsində gerçəkləşdirilən belə dəyərli hədiyyəyə görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Həmin gün rayonun Şorsu və Qudula kəndlərinə də “mavi yanacaq” verilib. 432 abonenti olan Şorsu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29 min metr polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qudula kəndində isə 22 min 509 metr qaz xətti çəkilib, mənzillərə 197 sayğac və fərdi tənzimləyici qoyulub.
Qazlaşdırmadan söz düşmüşkən, bildirək ki, Qəbələ rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Nic qəsəbəsinə ilk dəfə təbii qaz verilib. Qəsəbəyə təbii qazın verilməsi münasibətilə sentyabrın 17-də keçirilən mərasimə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri qatılıblar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qəsəbə sakinlərini ilk dəfə təbii qazdan istifadəyə başlamaları münasibətilə təbrik ediblər. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən Fəttah Heydərov hər kənddə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını, respublika üzrə qazlaşdırmanın uğurla başa çatdırılacağını bildirib.
Qeyd olunub ki, 1525 abonenti olan Nic qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1505 metr müxtəlif diametrli polietilen və 194 min 966 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 1525 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qəsəbə ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə ilk dəfə təbii qazın verilməsinin əsil bayrama çevrildiyini bildiriblər. Çıxışlardan sonra qəsəbəyə təbii qazın verilməsi münasibətilə rəmzi məşəl alovlandırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq 26 illik fasilədən sonra, sentyabrın 19-da Lənkəran rayonunun Ləj kəndinə də təbii qaz verilib. 349 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1286 metr polietilen və 16854 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac quraşdırılıb.
Kənddə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Rəfail Novruzov sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər. Tədbirdə çıxış edən Ləj inzibati ərazi nümayəndəsi Bayram Cəfərov, kənd ağsaqqallarından Ələkbər Əliyev, Nizam Cəfərov, kəndin axundu Samit Quliyev əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində rayonun 64 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Bu, rayonda olan abunəçilərin 91 faizini təşkil edir.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, həyata keçirilən uğurlu daxili siyasət sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı intensiv xarakter daşıyır və əldə edilən nailiyyətlər bu inkişafın davamlı olacağına əminlik yaradır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

