Azərbaycanın regionlarında sahibkarlığın inkişafına geniş imkanlar yaradılıb
20.03.2018 [08:59]
Müvafiq Dövlət proqramları çərçivəsində görülən tədbirlər və aparılan islahatlar KOS subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə, onlara institusional dəstək mexanizmlərinin formalaşmasına hərtərəfli zəmin yaradıb
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında bölgələrdə özəl bölmənin istehsal imkanlarının artırılmasına yönələn genişmiqyaslı tədbirlər nəzərdə tutulub. Bəhs olunan Dövlət proqramları çərçivəsində regionların maliyyə və infrastruktur təminatının genişləndirilməsi sahibkarların öz layihələrini həyata keçirmələrinə, aktiv şəkildə iqtisadi proseslərə qoşulmalarına yeni imkanlar açıb.
Bundan başqa, yeni şəraitdə Azərbaycanda aparılan islahatların böyük qismi özəl sektorda aktivliyin artmasına, ölkə boyu biznes mühitinin optimallaşdırılmasına hesablanıb. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixdə imzaladığı “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı əsasında respublikamızda özəl bölmənin dəstəklənməsi məqsədilə kompleks tədbirlər intensiv şəkildə davam etdirilir. Respublikada sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi təmin olunub.
İdarəetmənin təkmilləşdirilməsi regionlarda KOS subyektlərinin qarşısında geniş perspektivlər açıb
Respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırıb. Ölkədə aparılan islahatların bir qismi isə kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəldilib. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 28 dekabr 2017-ci ildə imzaladığı müvafiq Fərmana əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılması ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOS subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsi məqsədi daşıyır. Sənəddə vurğulanıb ki, Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılsın. Onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.
Regionlarda sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması baxımından ölkədə aparılan islahatlar çərçivəsində “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi də böyük aktuallıq daşıyır. Bəhs olunan sənəddə ölkədə kiçik və orta sahibkarlığın (KOS) vəziyyəti təhlil edilib, xüsusilə bu sahədə görülmüş işlər, həyata keçirilmiş islahatlar, mövcud statistika barədə ətraflı məlumat verilib. Yol xəritəsində 2020-ci ilədək strateji, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əhatə edilir. Yol xəritəsində adıçəkilən baxışlarda nəzərdə tutulan məqsədlərə nail olmaq üçün 5 strateji hədəf müəyyən edilib.
Sahibkarlar regionlarda aqrar sahənin inkişafına göstərilən dəstək tədbirlərindən geniş şəkildə bəhrələnirlər
Eyni zamanda, ölkədə aqrar sektorun hərtərəfli şəkildə dəstəklənməsi regionlarda sahibkarlığın inkişafı üçün geniş perspektivlər açıb. Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 15 və 22 sentyabr, 5 oktyabr 2016-cı il tarixli sərəncamlarına və 5 aprel 2017-ci il tarixli Fərmanına əsasən ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi, həmin məhsulların istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə barama, pambıq, tütün, habelə şəkər çuğunduru istehsalçılarına subsidiya verilməsi müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2016-cı il tarixli 439 nömrəli Qərarı ilə “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası” təsdiqlənib.
İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, 16 noyabr 2016-cı il tarixli 2442 saylı müvafiq Sərəncama əsasən, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhər və rayonların tələbatı nəzərə alınmaqla məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub. Ötən dövrdə Çindən gətirilən tut tingləri əvvəlcədən müəyyənləşdirilən bölgü əsasında regionlarda fermerlərə paylanılıb.
Bundan başqa, “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 11 aprel 2017-ci il tarixli müvafiq Sərəncamda kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi (maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi, kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması, innovativ və girovsuz kreditlərin tətbiqi, həmçinin risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması, girov bazasının genişləndirilməsi, istehsalçıların maliyyə savadlılığının artırılması, kreditləşmənin stimullaşdırılması), aqrar sığortanın inkişaf etdirilməsi (qanunvericiliyin təkmilləşdirilməsi, sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, Sığorta Hadisələri Reyestrinin hazırlanması, karantin rejiminin tətbiqi ilə bağlı istehsalçılara dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması, istehsalçıların sığorta savadlılığının artırılması) və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi (aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi, investisiya layihələrinin hazırlanması və investisiya mühitinin yaxşılaşdırılması) məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Hazırda ölkənin bütün bölgələrində qeyd olunan sənədlərdə aqrar sektorun dəstəklənməsi məqsədilə nəzərdə tutulan tədbirlərin icrası istiqamətində intensiv iş aparılır. Öz növbəsində sahibkarlar bölgələrdə aqrar sektorun inkişafı məqsədilə reallaşdırılan layihələrdən geniş şəkildə bəhrələnirlər. Təsadüfi deyil ki, son vaxtlarda regionlarda özəl bölmə təmsilçilərinin iştirakı ilə yeni təsərrüfat subyektləri yaradılıb, fermerlər onlara məxsus torpaq sahələrində pambıq, tütün, şəkər çuğunduru becərilməsinə böyük maraq göstərirlər. Qeyd edək ki, son vaxtlarda regionlarda özəl sahibkarlıq subyektlərinin investisiyaları hesabına yaradılan aqroparklarda, iri fermer təsərrüfatlarında məhsuldarlıq ənənəvi təsərrüfatlardakından əhəmiyyətli dərəcədə yüksəkdir.
Şəkər çuğunduru istehsalçılarına illik 3 faizlə güzəştli kreditlər verilib
Martın 15-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı” ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Niyyət Protokoluna əsasən, “Azərbaycan Sənaye Bankı” ASC İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kreditləri şəkər çuğundurunun əkilməsi məqsədilə illik faiz dərəcəsi 3%-dən artıq olmamaqla verilməsinə vasitəçilik edəcək, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC güzəştli kreditlərin əkinçilik mövsümü ərzində şəkər çuğunduru istehsalçısı olan fermerlərə verilməsini və əldə olunmuş xammalın tədarükünü təmin edəcək. Bununla bağlı İmişlidə keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, imzalanmış Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlükləri barədə məlumat verib. Qeyd edilib ki, şəkər çuğundurunun istehsalına ayrılan dövlətin güzəştli kreditləri İmişlidə yerləşən emal müəssisəsinin yerli xammalla təminatını artıracaq, bu sahədə idxaldan asılılığın azalmasına imkan verəcək.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azərbaycan Sənaye Bankı” ASC vasitəsilə şəkər çuğunduru istehsalına illik 3 faiz olmaqla 7 milyon manat güzəştli kredit verilib. Bu, 1472 fermer tərəfindən 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsinə imkan verir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

