/ / Azərbaycançılıq ideologiyasının dünya azərbaycanlılarını vahid amal uğurunda birləşdirən mühüm amilə çevrilməsində Azərbaycan dilinin müstəsna rolu var
Azərbaycançılıq ideologiyasının dünya azərbaycanlılarını vahid amal uğurunda birləşdirən mühüm amilə çevrilməsində Azərbaycan dilinin müstəsna rolu var
18.08.2020 [08:43]
Azərbaycan dilinin saflığının qorunması və daha da zənginləşdirilməsi dövlətçilik ənənələrimizin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir
Hər bir xalqın milli ideologiyası o xalqın dilinin saflığının qorunmasını və inkişafını şərtləndirir. Öz növbəsində, dövlət dili milli ideologiyanın gerçək mahiyyətinin çoxmilyonlu daşıyıcılara, cəmiyyətə çatdırılmasında, real təsir gücünün artmasında əvəzolunmaz amil qismində çıxış edir. Bu baxımdan xüsusi olaraq vurğulamaq yerinə düşər ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının möhkəmlənməsində, bütün dünya azərbaycanlılarını vahid amal uğurunda birləşdirən mühüm amilə çevrilməsində Azərbaycan dilinin müstəsna rolu var. Xalqımızın əsrlər boyu yaratdığı böyük mədəniyyət, zəngin adət-ənənələr məhz Azərbaycan dili vasitəsilə nəsildən-nəsilə ötürülərək bu günümüzədək gəlib çatıb. Bu gün Azərbaycan dili getdikcə güclənən, bütün dünyada qüdrətli, nüfuzlu dövlət kimi qəbul edilən Azərbaycan Respublikasının müstəqilliyinin çox mühüm atributlarından biri qismində çıxış edir. Dilimizin rəsmi dövlət tədbirlərində, həmçinin mötəbər beynəlxalq qurumların tribunalarından əzəmətlə səslənməsi hər bir azərbaycanlıda özünün tarixdən gələn milli dəyərlərinə görə sonsuz iftixar hissi yaradır ki, bu amil də dövlət quruculuğu, həmçinin müstəqilliyin möhkəmlənməsi üçün çox vacibdir.
Bu və ya digər amillər indiki qloballaşma şəraitində Azərbaycan dilinin saf və zəngin olması ilə bağlı çağırışın aktuallığı barədə konkret təsəvvür yaradır. Milli dilimiz nə qədər saf və zəngin olarsa, mənəvi varlığımızı dolğun ifadə edərsə, birliyimiz, həmrəyliyimiz də bir o qədər möhkəm və sarsılmaz olar. Məhz bu baxımdan, müstəqillik yolunda inamla irəliləyən respublikamızda müasir dövrün çağırışları nəzərə alınmaqla Azərbaycan dilinin saflığının qorunması və dilimizin daha da zənginləşdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Dilimizin saflığının qorunması ilə bağlı məsələlərin davamlı şəkildə diqqət mərkəzində saxlanılması Azərbaycan dövlətinin xalqımızın milli-mənəvi dəyərlərinə həssas yanaşmasının bariz ifadəsidir.
Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan dilinin qorunmasına və inkişafına müstəsna diqqət göstərib
Məlum olduğu kimi, Azərbaycan dili bugünkü yüksək inkişaf səviyyəsinə çatanadək bir sıra mərhələlərdən keçib. Bu baxımdan Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycan dilinin qorunmasına və inkişafına göstərdiyi qayğını xüsusi qeyd etmək lazımdır. Ulu Öndər Azərbaycan dilinin xalqımızın ictimai-siyasi və mənəvi həyatında rolunu yüksək qiymətləndirərək həm də onun qorunmasına və inkişafına müstəsna diqqət göstərirdi. Beləliklə, 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirirdi. Sovet rejimindəki bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. Bundan başqa, ötən əsrin 70-80-ci illərində məhz Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda milli mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafında güclü irəliləyiş baş verdi. Bütün bunların nəticəsində də Azərbaycan dilinin ictimai-siyasi və mədəni mövqeyi əhəmiyyətli dərəcədə möhkəmləndi.
Ümummilli Lider Heydər Əliyev həmçinin müstəqil Azərbaycanın dil siyasətini müəyyənləşdirib. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin əsas institutlarından biri olaraq təsbit edilib. Azərbaycan dilinin milli mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış vacib addımlardan biri də Heydər Əliyev tərəfindən 2001-ci il iyulun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması olub. Fərmana əsasən, respublikamızda 2001-ci il avqustun 1-dən etibarən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınıb. Ümummilli Lider Heydər Əliyevin həmin il avqustun 9-da imzaladığı digər Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilib. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli Fərmanına əsasən Azərbaycan dilinin statusu daha da möhkəmlənib.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır
Ulu Öndərin həm keçmiş sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycan üçün gördüyü əzəmətli işlərin əsasında ilk növbədə Onun vətənpərvərliyi dayanırdı. O, bütün varlığı ilə Vətəninə, xalqına möhkəm tellərlə bağlı bir insan idi. Buna görə də əlindən gələni edirdi ki, Azərbaycanın adı həmişə uca zirvələrdə səslənsin. “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ulu Öndərimiz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda da doğma Vətənə, milli-mənəvi dəyərlərimizə eyni bağlılığı görmək istəyirdi. Ulu Öndər arzulayırdı ki, hər bir azərbaycanlı tarixi keçmişimizlə bu günümüz arasında körpü yaradan, bizi birləşdirən dilimizi qorusun, yaşatsın və inkişaf etdirsin. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı mütləq orada yaşayan azərbaycanlılarla görüşür və onlara Özünün dəyərli tövsiyələrini verirdi. Belə görüşlərdə Onun xaricdə yaşayan azərbaycanlara verdiyi tövsiyələrdən biri mütləq dilimizin yaşadılmasının zəruriliyi ilə bağlı olurdu. Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi geniş nitqində bütün həmvətənlərimizə çağırış edərək vurğulamışdı: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dilinin inkişafı haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır. Biz Azərbaycanın latın əlifbasına keçməsi haqqında qərar qəbul etdik. İndi Azərbaycanda hamı, bütün dövlət orqanları yalnız latın əlifbasından istifadə edir. Bu da bizim milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amildir. Biz bundan sonra da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik. Bilirsiniz, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox da olsa, öz xidmətini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitədə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin”.
Milli dilimizə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir
Dünya azərbaycanlılarının əvəzolunmaz mənəvi sərvəti olan Azərbaycan dilinə qayğı siyasəti sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlət dilinin tətbiq dairəsinin genişləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 14-də imzaladığı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da imzaladığı “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar bu istiqamətdə əhəmiyyətli rol oynayıb. Dövlət başçısının müvafiq sərəncamları ilə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu əhəmiyyətli dərəcədə zənginləşdirib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamla təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30

