/ / Azərbaycançılıq ideologiyasının dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirən mühüm amilə çevrilməsində Azərbaycan dilinin müstəsna rolu var
Azərbaycançılıq ideologiyasının dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirən mühüm amilə çevrilməsində Azərbaycan dilinin müstəsna rolu var
19.08.2020 [08:44]
Azərbaycan dilinin saflığının qorunması və daha da zənginləşdirilməsi dövlətçilik ənənələrimizin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir
(əvvəli ötən sayımızda)
Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəddə vurğulanır ki, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi, ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması, dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi, dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi, dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi, dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi, dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi, Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi Dövlət Proqramının əsas vəzifələri kimi müəyyənləşdirilib.
İndiki dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, heç şübhəsiz ki, milli dillərin tətbiqi sferasına öz təsirini göstərir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin 17 iyul 2018-ci il tarixində imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı xüsusi aktuallıq daşıyır. Sənəddə vurğulanır ki, bu gün Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.
Azərbaycan Respublikasında hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir. Sərəncamda bu kimi reallıqlar nəzərə alınaraq müvafiq qurumlara müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə zəruri tədbirlərin görülməsi tapşırılıb.
Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır. Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayında ifadə etdiyi aşağıdakı fikirlər də Onun Azərbaycan dilinə və azərbaycançılıq ideologiyasına necə böyük önəm verdiyini bir daha təsdiqləyir. “Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”, - deyə dövlətimizin başçısı bəhs olunan qurultaydakı nitqində vurğulayıb.
Xaricdə ana dilində təhsil dünya azərbaycanlılarının doğma Vətənlə əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif səviyyəli tədbirlərdə xarici ölkələrdə soydaşlarımızın yaratdıqları diaspor təşkilatlarını doğma Vətənlə əlaqələrini dərinləşdirməyə, yaşadıqları ölkələrdə milli maraqlarımızı qorumağa, respublikamız barədə daha dolğun informasiya yaymağa, mədəniyyətimizi layiqincə təbliğ etməyə çağırıb. Dünya azərbaycanlıları Prezident İlham Əliyevin çağırışına məmnuniyyətlə qoşularaq ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında yüksək fəallıq nümayiş etdirirlər. Burada son illərdə ayrı-ayrı ölkələrdə Azərbaycandilli məktəblər şəbəkəsinin genişlənməsinin də rolunu xüsusi qeyd edə bilərik. Ana dilində təhsil xarici ölkələrdəki diaspor təşkilatları arasında həmrəyliyin güclənməsinə, dünya azərbaycanlılarının ana Vətənlə əlaqələrinin genişlənməsinə müsbət təsir göstərir. Bu gün qardaş Türkiyədə Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin, Azərbaycan Təhsil və Kültür Dərnəyinin nəzdində Azərbaycan məktəbləri fəaliyyət göstərir. Bundan başqa, Qazaxıstanda , Özbəkistanda , Qırğızıstanda Azərbaycandilli məktəblər açılıb. Eyni zamanda, Amerikanın ayrı-ayrı ştatlarında, Danimarkada, İsveçrədə, Niderlandda, Fransada, Estoniyada, Litvada yaradılan müvafiq məktəblərdə soydaşlarımız ana dilində təhsil almaq imkanı qazanıblar. Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin Odessa, Nikolayev, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdəki regional bölmələrinin nəzdində də Azərbaycan dili üzrə şənbə-bazar sinifləri fəaliyyət göstərir ki, bu siniflərdə də dilimiz, mədəniyyətimiz və tariximiz haqqında məlumatlar verilir. Rusiyada Azərbaycandilli məktəblərin şəbəkəsi daha genişdir. Bu ölkədəki bir sıra diaspor təşkilatlarının nəzdində Azərbaycan dilində həftəsonu məktəbləri var. O cümlədən Moskva, Sankt-Peterburq, Kursk, Krasnoyarsk, Vladivostok, Voronej, Tambov, Tula, Kalininqrad, Çuvaşiya, Perm, Tomsk, Novosibirsk, Çita, Orenburq, Stavropol, İvanovo, Tümen, Arxangelsk, Çelyabinsk, Amur, Murmansk və digər şəhərlərdə Azərbaycan dili və mədəniyyətini öyrədən məktəblər fəaliyyət göstərir. Ümumilikdə, Rusiya Federasiyasının 50-dən çox regionunda Azərbaycan dilini, tariximizi, mədəniyyətimizi tədris edən həftəsonu məktəbləri açılıb. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının ayrı-ayrı dövlət orqanları, o cümlədən də Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaradılan Azərbaycandilli məktəblərin maddi-texniki təchizatına, dərs vəsaitləri ilə təminatına, həmçinin kadrların hazırlanmasına lazımi köməklik göstərirlər.
Qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunmasında KİV-in üzərinə böyük məsuliyyət düşür
Ölkələr, müxtəlif mədəniyyətlər arasında inteqrasiyanın dərinləşdiyi qloballaşma dövründə milli dillərin kənar təsirlərdən qorunması ilə bağlı çağırışlar xüsusi aktuallıq daşıyır. Gizlətmək lazım deyil ki, qloballaşma şəraitində digər milli dillər kimi, Azərbaycan dili də müəyyən xarici təsirlərə məruz qalır, həmçinin dilimizin norma və prinsipləri heç də bütün hallarda lazımi səviyyədə qorunmur. Bu gün dilimizin müxtəlif səviyyələrdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu müşahidə edilir. Təəssüf doğuran haldır ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad sözlər dilimizə gətirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı keçirilən toplantıdakı nitqində dövlət dilinin kənar təsirlərdən qorunması və saflığının təmin olunmasının vacibliyini qeyd edib, lüzumsuz yerə dilimizdə yad kəlmələrin işlədilməsinin əleyhinə olduğunu bildirib.
Qloballaşma şəraitində dilimizin saflığının qorunmasında KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Mətbuat, necə deyərlər, xarici və daxili auditoriya üçün bir növ əlaqələndirici vasitə rolunu oynayır, yəni arzuolunmaz təsirlər məhz mətbuat üzərindən cəmiyyətlərə ötürülür. Belə vəziyyətdə KİV-lərin məsuliyyəti hədsiz dərəcədə yüksək olmalıdır. Əməkdaşlar bir tərəfdən dilimizin normalarını, qrammatik qaydalarını mükəmməl bilməli, digər tərəfdən özlərinin intellektual səviyyələrini artırmaq qayğısına qalmalıdırlar. Etiraf etmək lazımdır ki, bu gün KİV-lərdə bəzən yerli-yersiz xarici söz və ifadələrin işlənməsinə, ədəbi dil normalarının kobud şəkildə pozulmasına rast gəlinir. Halbuki KİV-lərdə ədəbi dil norma və prinsiplərinin pozulması qətiyyən yolverilməzdir. Media dövlət dilinin qorunması, inkişaf etdirilməsi və zənginləşdirilməsi baxımından böyük imkanlara malikdir və bu imkanlardan səmərəli şəkildə istifadə edilməlidir.
Sonda onu da qeyd etmək yerinə düşər ki, tarixin süzgəcindən keçən, gözəl musiqi ahənginə malik olan muğamlarda xalqımızın yaşam fəlsəfəsi əks olunub. Eyni zamanda, muğamlarımızda dilimizin zənginliyi ifadə olunur. Prezident İlham Əliyev Ağdamda Onun və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən Muğam Mərkəzi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdəki çıxışında diqqəti muğamların dilimizin saflığının qorunmasında da müstəsna rol oynadığına çəkərək bildirib: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir”.
Muğam bütün dünya azərbaycanlılarının çox sevdiyi, onu canında, ruhunda yaşatdığ bir sənətdir. Xalqımız muğamı tarix boyu müxtəlif yad təsirlərdən qoruyub və ona əbədiyaşarlıq qazandırıb. Bu isə o deməkdir ki, muğamlarımız kimi, gözəl, saf Azərbaycan dilimiz də xalqımız tərəfindən daim yaşadılacaq və daha da zənginləşdiriləcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

