Ölkəmizdə gənclərin sosial fəallığı yüksəkdir
29.10.2021 [09:45]
Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlayıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradır. Bundan yararlanmaqla gənclər inteqrasiya, iştirakçılıq, mübadilə, faydalanma imkanı qazana bilərlər.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara cavab verən Gənclər mərkəzləri, Uşaq yaradıcılıq mərkəzləri istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Bu gün ölkədə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan gənclərinin təşkilatlanması da əsas məqsədlərdəndir. Uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün onların ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatları yaradılıb, onların fəaliyyətlərinin təşkili üçün hər cür şərait qurulub. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişaflarını təmin etmələri, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmalarıdır.
Vacib məqamlardan biri də gənclərin sosial fəallığının artırılması, eyni zamanda onların bu baxımdan aktivliyinə töhfə verməkdən ibarətdir. Bəs bu istiqamətdə mövcud vəziyyət necədir? Bu barədə qəzetimizə açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev bildirib ki, hər bir dövlətin əsas missiyasından biri gələcəyini etibar edəcəyi sağlam düşüncəli yeni nəslin yetişdirilməsidir: “Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını artırmaq, ölkənin gələcək inkişafında məsuliyyətlərini yüksəltməkdir. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətin inkişafında olduqca mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri ölkəmizi gücləndirir. Aparılan siyasətin nəticəsidir ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Bir sözlə, gənclərimizin sosial fəallığı olduqca yüksəkdir”.
F.Nəbiyevin sözlərinə görə, Azərbaycanın bütün regionlarında da gənclərlə fəal iş aparılır. O, qeyd edib ki, görülən işlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirir, onların ictimai-siyasi fəallığının artmasına köməklik edir: “Bu gün gənclərin vətənpərvərlik və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyəsi prioritet istiqamətlərdəndir. Bölgələrdə gənclər üçün müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərin tikilib istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Belə obyektlər sırasında Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzləri xüsusi yer tutur. Həm azyaşlı uşaqların, həm yeniyetmələrin, həm də gənclərin sosiallaşmasında, cəmiyyətə inteqrasiyasında bu mərkəzlərin sanballı xidmətləri var. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə vaxtaşırı həyata keçirilən layihələr öz səmərəsini verir”.
Həmsöhbətimiz vurğulayıb ki, sosial fəallıq təkcə gəncləri əhatə etmir: “Ölkəmizdə çoxlu sayda fəal gənclər təşkilatı var ki, onların həyata keçirdiyi müəyyən layihələr də bu məqsədə xidmət edir. Bu layihələr vasitəsilə gənclər təşkilatları bütövlükdə vətəndaşların sosial fəallığının artırılmasına nail olurlar. Buna nümunə kimi pandemiya dövründə həyata keçirilən layihələri göstərə bilərik. Koronavirusdan qorunmaq, karantin qaydalarına əməl etmək, ahıl insanlara, aztəminatlı ailələrə dəstək və s. bağlı atılan addımlar, gerçəkləşən layihələr sosial baxımdan vətəndaşların fəallığını artırıb. Bütövlükdə isə vətəndaşların sosial fəallığının artması cəmiyyətimizin inkişafına xidmət edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48

