Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

Tolerantlıq Azərbaycan xalqının həyat tərzidir

28.01.2022 [10:08]

Avropada tüğyan edən radikalizm və diskriminasiya böyük təhlükələrin anonsudur

Pərviz SADAYOĞLU

Son dövrlərdə dünyada diskriminasiyanın, milli-dini ədavətin artan xəttlə inkişaf etməsi müşahidə olunmaqdadır. Qlobal problemə çevrilməkdə olan bu amil daha çox Avropa və Qərb dünyasında qabarıq şəkildə təzahür edir. Məsələn, demokratik ənənələri özünün yaşam prinsipi elan etmiş bəzi dövlətlərdə belə bu hal təhlükəli vəziyyət alır. Fərqli ölkələrdən Avropaya, Qərbə mühacirət edən insanlara qarşı açıq-aşkar ayrı-seçkiliklərin yaşanması, dini fərqliliyə qarşı radikal münasibət, tolerantlığın aradan qalxması bunu deməyə əsas verir. Fransa kimi Qərbin öndə gedən ölkəsində yəhudilərə qarşı edilən ayrı-seçkilik bunu bir daha sübut edir. Sinaqoqlara edilən hücumlar, məscidlərə qarşı radikal münasibətin sərgilənməsi mənzərəni daha aydın şəkildə ortaya qoyur. Yayılan məlumatlara görə, 60 mindən artıq yəhudi əsilli vətəndaş Fransadan getmək məcburiyyətində qalıb.

Bütün bunların əksinə, multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, birləşdirici funksiya daşıyır. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də, mədəni abidələrə qayğı və diqqətlə yanaşılır. 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və milli-dini tolerantlığı özündə əks etdirən siyasi kurs bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Əhalisinin böyük bir qismini müsəlmanların təşkil etdiyi Azərbaycanda İslam mədəniyyətinə məxsus olan abidələr, eləcə də maddi-mədəniyyət nümunələri ilə yanaşı, digər dinlərə məxsus abidələr də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə bütün dinlərə məxsus insanlara və milli etnik fərqliliyi olan xalqlara bayramlarını, dini rituallarını keçirilməsinə şərait yaradılır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır.

2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdəki dini-tarixi abidələrimiz də bərpa edilməkdədir. Bərpa prosesi dövründə isə Azərbaycan dövləti heç bir ayrı-seçkilik nümayiş etdirmir. Məsələn, işğaldan azad edilmiş Şuşa şəhərində yerləşən tarixi məscidlərlə yanaşı Qazançı kilsəsi də yenilənir. Bu, ölkəmizdəki tolerant mühitin növbəti təsdiqidir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov da söylədiklərimizlə razıdır. O, qəzetimizə müsahibəsində bildirib ki, demokratik ənənələri inkişaf etdirdiyini, insan hüquq və azadlıqlarını qoruduğunu iddia edən bir sıra dövlətlərdə dözümsüzlük ən pik həddə çatıb. Hətta Avropanın bəzi ölkələrində dini məkanlar belə basqınlara məruz qalır, yandırılır, təhqir edilir. Millət vəkili bildirib ki, bütün dünyada tolerantlıq nümunəsi sayılan Azərbaycanda isə mənzərə tamamilə fərqlidir. Ölkəmizdə dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir. Millət vəkili deyib ki, respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək üçün şərait yaradılıb. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğının Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini söyləyən millət vəkilinin fikrincə, bu siyasət sayəsində dövlət dini icmalara xüsusi ehtiram ilə yanaşır, hər il dövlət büdcəsindən onlara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir: “Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanda dövlət müstəqilliyindən əvvəl əgər 18 məscid mövcud idisə, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bu günədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində minə yaxın dini qurum dövlət qeydiyyatından keçib. 2014-cü ilin mayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan həqiqətlərinin və multikulturalizmin dünyada təbliğində sözügedən mərkəz müstəsna rola və əhəmiyyətə malikdir. Ümumiyyətlə, dini tolerantlıq ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Dinlərarası ədavət və münaqişələrin qarşısının alınmasında bütün cəmiyyət, dövlət və qeyri-dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür”.

Millət vəkili onu da bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbədən sonra 30 ilə yaxın işğal altında qalmış dini tarixi abidələrimizə qarşı ermənilər tərəfindən törədilən vəhşilikləri əyani şəkildə dünyaya nümayiş etdirdik. Azərbaycan dövləti isə bunun əksinə, digər dinlərə məxsus tarixi abidələri qorumaq, bərpa etmək üçün addımlar atmaqdadır. Bu, bir daha xalqımızın və dövlətimizin böyüklüyünün sübutudur. “Bu gün ölkəmizdə bütün dinlərin daşıyıcıları azad və rahat şəkildə öz inanclarına, dini dəyərlərinə sahib çıxır, ibadətlərini edirlər. İstər dövlət strukturlarında, istərsə də qeyri-hökumət təşkilatlarında müxtəlif etnik kökənli, fərqli dinlərə mənsub insanlar fəaliyyət göstərir. Onların hər biri Azərbaycan dövlətinin inkişafına xidmət edir. Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir”, - deyə C.Məmmədov əlavə edib.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31