Demoqrafik vəziyyət stabil artır
17.05.2022 [10:21]
Çoxuşaqlı ailələrin sayının azalması gənclərin planlaşdırması ilə bağlıdır
Günel ABBAS
Dünya əhalisinin demoqrafiyası mütəmadi dəyişikliyə məruz qalır. Bu dəyişikliklər özünü əsasən iki istiqamətdə büruzə verir: Əhalinin yüksək və aşağı təbii artımı, əhalinin təbii azalması. İkinci vəziyyət demoqrafik böhran hesab edilir və ölüm hallarının doğuşa nisbətdə üstünlük təşkil etməsi ilə ortaya çıxır. Digər tərəfdən, əhali arasında yaşlıların artması və uşaqların azalması ilə müşahidə edilir. Urbanizasiya prosesinin sürətli inkişafı, şəhər həyat tərzinin geniş yayılması, qadınların ictimai istehsala cəlb olunması, əhalinin mədəni məişət və s. təlabatının kəskin şəkildə artması, gec evlənmə, boşanma hallarının artması və uşağın böyüməsi üçün zəruri olan ümumi xərcin artması və s. demoqrafik böhrana səbəb olan başlıca amillərdir.
Hər nə qədər demoqrafik artım müsbət qiymətləndirilsə də, həddindən artıq olduğunda o da müəyyən problemlərə yol açır. Bu mənada, əhalinin yüksək artımı qeydə alınan ölkələrdə məşğulluq problemi, yoxsulluq, aclıq, müharibələr, kütləvi savadsızlıq, tibbi xidmətin keyfiyyətinin aşağı olması, xəstəliklərin yayılması, ekoloji problemlər (su qıtlığı, zibilliklərin artması, tıxac və s.) paralel şəkildə artmağa başlayır. Əhalinin aşağı təbii artımı isə yaşlı əhalinin xüsusi çəkisinin artması, əmək çatışmazlığının yaranması, təqaüd yaşının, immiqrasiyanın artması ilə nəticələnir.
Hazırda dünyada, o cümlədən qonşu ölkələrdə demoqrafik problemlər var. Qloballaşma əhalinin sayının artmasına mənfi təsir göstərməklə yanaşı, həm də miqrasiyaya yol açır. Beləliklə, əhalinin sayı azalır və nəticə etibarilə iqtisadi inkişafı təmin edə biləcək əmək resursları məhdudlaşmış olur. Bu isə milli inkişafın perspektivlərinə həm iqtisadi, həm də strateji müstəvidə mənfi təsir göstərir. Ancaq Azərbaycan bu sahədə müsbət irəliləyişlər əldə etməklə əhalinin dinamik artımına nail olur.
Son aylarda verilən məlumatlara görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 8098 nəfər artaraq 2022-ci il mart ayının 1-i vəziyyətinə 10164464 nəfərə çatıb. Cari ilin ilk iki ayı ərzində ölkədə 20462 doğulmuş körpə, 12557 ölüm halı qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 8,2-dən 7,7-yə düşüb. Deməli, Azərbaycanda əhalinin artımı həm də stabildir.
Milli Məclisin deputatı Ramin Məmmədovun sözlərinə görə, Azərbaycanda əhalinin sayı dinamik olaraq artmaqdadır: “Bu, bütövlükdə milli strateji maraqlar kontekstində mühüm bir hadisədir. Bu məsələlər, ilk növbədə, Azərbaycanda mövcud olan iqtisadi inkişaf və sosial siyasətlə bağlıdır. Çünki rifah olmayan ölkədə əhalinin artımını təmin etmək mümkün deyil. Ona görə də, cənab Prezident haqlı olaraq ölkəmizdə əhalinin artımının birbaşa sosial vəziyyətlə bağlı olduğunu vurğulayır”.
Demoqrafik göstəricilərin yüksək olması müsbət qiymətləndirilir. Ancaq son zamanlar verilən məlumatlara görə, çoxuşaqlı ailələrin sayında azalma var. Bu da cəmiyyətin müxtəlif üzvlərində narahatlığa səbəb olur.
Deputat bu məsələnin müasir gənclərin ailə həyatı qurarkən planlaşdırma aparmaları ilə bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, həm insan sayının, həm də qlobal problemlərin durmadan artdığı bir dövrdə çoxuşaqlı ailələrin sayının azalması böyük problem sayılmaya bilər: “Bu gün gənclər ailə büdcəsini həyat tərzlərinə uyğunlaşdırırlar. Yəni onlar dünyaya gələcək övladlarının sayını planlaşdırarkən ailə büdcəsini də nəzərə alırlar. Bu, yaxşı haldır, çünki dövrün tələblərinə görə insanların da tələbatı dəyişir, çoxalır. Dünyada baş verən müəyyən proseslər, müharibələr qiymət artımlarına səbəb olur. Bu da dünyaya gələcək hər uşağın xərcinin artması deməkdir. Həmin uşaqların təhsilinin, sosial vəziyyətinin daha yaxşı olması üçün müəyyən vəsait tələb olunur. Təbii ki, dövlət sosial rifahın yaxşılaşdırılması üçün mütəmadi islahatlar həyata keçirir. Lakin ailə büdcəsinə uyğun hərəkət etməyin özündə də fayda var”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50

