Əsas hədəf: Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl bölgələrindən birinə çevirmək
28.05.2022 [11:43]
Nardar BAYRAMLI
44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatmasından dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə start verilib. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq azad edilmiş ərazilərə səfər edərək görülən işlərlə şəxsən tanış olur, yeni-yeni təməllər atırlar. Dövlət başçısının və birinci xanımın 28 May - Müstəqillik Günü ərəfəsində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bu baxımdan əlamətdardır. Görülən bütün işlər isə vahid amala - Böyük Qayıdışa xidmət edir.
Cəbrayıl rayonunu təmsil edən millət vəkili Ceyhun Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, hazırda Azərbaycan xalqı Böyük Qayıdış dövrünü yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Onun sözlərinə görə, işğaldan azad olunduqdan sonra müəyyən ərazilər minalardan təmizlənib, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilib, dəmir və avtomobil yollarının çəkilişinə başlanılıb: “44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Bir daha aydın oldu ki, güclü iqtisadiyyata, hərbi potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə malik olan Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir. Postmüharibə dövrü də bu gerçəkliyi ifadə edir. Azərbaycan yeni mərhələdə qarşıda duran hədəfləri qətiyyətlə reallığa çevirir. Bu baxımdan Böyük Qayıdış planı xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi ictimai, siyasi, iqtisadi, mədəni, humanitar və strateji əhəmiyyətə malikdir. Bütövlükdə, bu səfərlər, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması müzəffər xalq kimi qayıtdığımızı, qurucu xalq kimi yaradacağımızı nümayiş etdirir. Yol infrastrukturunun yaradılması, avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir. “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi regional inkişafın yeni nümunəsinin yaradılmasıdır. Sakinlər üçün rahat həyat şəraitinin və əlçatanlığın təmin olunmasına xidmət edən bu layihələr həm də vətəndaş məmnunluğunun artırılması baxımından çox önəmlidir. Bununla yanaşı, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tərkib hissələrindən biri “yaşıl zona”nın yaradılmasıdır. Burada alternativ enerji mənbələrindən geniş istifadə olunması nəzərdə tutulur. Təbii ki, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjilərindən istifadə edilməsi Azərbaycana yeni iqtisadi imkanlar qazandıracaq”.
Millət vəkili qeyd edib ki, əsas hədəf Qarabağı və Şərqi Zəngəzuru dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir: “İşğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan kommunikasiya-infrastruktur layihələri həm də bütün region üçün önəmlidir. Füzulidə Beynəlxalq Hava Limanı ötən il istifadəyə verilib, Zəngilanda isə tikinti işləri davam edir. Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti çox böyükdür. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün istifadə olunacaq. Bir zamanlar işğal dövründə ermənilər də Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu niyyətləri puç oldu. Bu gün Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yollar çəkilir. Bu yollar Şərqi Zəngəzur iqtisadi rayonları arasında birləşməni təmin edəcəkdir. Eyni zamanda, Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq. Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın budəfəki səfəri zamanı Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Bu o deməkdir ki, artıq Böyük Qayıdış başlandı!”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

