Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Kosmik sənaye sahəsinin inkişafı...

Kosmik sənaye sahəsinin inkişafı...

06.07.2022 [10:31]

Ölkə iqtisadiyyatına əlavə üstünlüklər qazandırıb

Bu ilin yanvar-may aylarında Azərkosmos tərəfindən dünyanın 33 ölkəsinə 10,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac olunub

Pərviz SADAYOĞLU

Azərbaycan öz siyasətini ölkənin güclü iqtisadi potensialına və zamanın dəyişən çağırışlarına uyğun quran müasir dövlətdir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən respublikamızda yeni yanaşmaların tətbiqinə geniş yer verilir ki, bu da ölkənin inkişafına dinamizm gətirir. Müxtəlif sahələrdə qabaqcıl innovasiyaların tətbiqi Azərbaycanın müasir çağırışlara əsaslanan dinamik inkişafını təmin edən mühüm strateji faktorlardan biridir.

Müasir dövrdə ölkəmizdə yeni innovasiyalara əsaslanan və mühüm inkişaf yolu keçən sahələrdən biri məhz kosmik sənaye sahəsidir. Digər sahələrdə olduğu kimi bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olub. Belə ki, 2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb, 2009-cu ildə “Azərbaycanda Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, kommersiya fəaliyyətini genişləndirərək peyk layihələrinə yatırılan investisiyaların geri qaytarılması, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir. Bununla yanaşı, Azərbaycan dövləti bu sahənin inkişafı üçün mühüm addımlarını davam etdirməkdədir. Prezident İlham Əliyev 27 aprel 2021-ci il tarixində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Sənədə əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. Bu institusional dəyişiklik Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində əldə edilmiş uğurların və inkişafın davam etdirilməsi, dünyada gedən sürətli texnoloji tərəqqidən ölkəmizin daha çox faydalanması, kosmik fəaliyyət sahəsində idarəetmə, tənzimləmə, əlaqələndirmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Ötən qısa müddət ərzində isə Azərbaycanın dünya kosmos ailəsində öz mövqeyini möhkəmləndirməsi ölkə iqtisadiyyatına əlavə üstünlüklər qazandırıb. Məsələn, 2022-ci ilin yanvar-may aylarında Azərkosmos tərəfindən dünyanın 33 ölkəsinə 10,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub. Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizidir. Mayda isə Azərkosmos dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Beş ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,2 milyon dollar ilə Fransa, 1,8 milyon dollar ilə Lüksemburq, 1,1 milyon dollar ilə BƏƏ və 0,6 milyon dollar ilə Pakistan qərarlaşıb.

Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın aparıcı strukturları ilə də yaxından əməkdaşlıq edir. Ötən ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos Avropa Kosmik Agentliyinin (ESA) “Azo Space” inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq “Azo Space” inkubasiya mərkəzinin Yerin müşahidəsi və coğrafi informasiya xidmətlərinə dair həyata keçirdiyi proqramlarda ölkəmizin aktiv iştirak etməsinə imkan verəcək. Əməkdaşlığın davamı olaraq Azərkosmos kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri “Azo Space” mərkəzinin “Copernicus Masters” və “SpaceLeap” proqramlarında iştirak etməyə dəvət edir. “Copernicus Masters” proqramı Yerin müşahidə olunması haqqında məlumatların istifadəsi və onlar əsasında innovativ müsabiqələrin keçirildiyi platformadır. Bu platforma 2011-ci ildən etibarən hər il müsabiqələr elan edir və Yerin müşahidəsi, o cümlədən iqlim dəyişikliyi sahəsinə dair kreativ həllər və ideyalar üçün yeni imkanlar yaradır. Proqramın ümumi mükafat fondu 500 min avrodan çoxdur və qaliblərə müxtəlif mükafatlar qazanmaq şansı verilir. “Azo Space” mərkəzinin Yerin müşahidəsi sahəsinin inkişafı üçün həyata keçirdiyi digər bir təşəbbüs “SpaceLeap” proqramıdır. Bu proqram Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulub.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 116 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31