İdeala çevrilən ideologiyamız
29.07.2022 [10:18]
Gənclər Heydər Əliyev ideologiyasının işığında
Günel ABBAS
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası uzun illərdir həm xaricdə, həm də ölkəmizdə təbliğ olunur. Ümummilli Liderin böyük inam və etimad göstərdiyi Azərbaycan gəncliyi bu gün azərbaycançılıq məfkurəsinin işığı altında yetişir. Bu sahədə güclü maarifləndirmə işi aparılır. Çünki milli ideologiyasız millət şax, dik dayana bilməz. İdeologiya ideala çevriləndə nəticə verir. Gənclər arasında milli ideologiyanın sistemli təbliğ olunması dövlət üçün də faydalıdır. Ona görə ki, çağdaş dünyada təhsilli gənclərin aparıcı qüvvəyə çevrilməsi get-gedə sürətlənir. Gənc nəslin öz soy-kökünə bağlılığı Vətəninə, dövlətinə bağlılığının əsas şərtidir. Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir.
Hər bir Azərbaycan gənci bu ideyalarla yetişməli, yaşamalı və fəxr etməlidir. Ulu Öndərimiz xüsusilə gənclərlə görüşlərində bildirirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Xalqımız azərbaycançılıq ideologiyasının əhəmiyyətini II Qarabağ müharibəsi zamanı daha açıq şəkildə gördü. Müzəffər Ali Baş Komandanın bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarını işğaldan azad etmək üçün səfərbər oldu. Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət vəhdətinin daha da möhkəmlənməsinə yol açır.
Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Azərbaycan çoxmillətli dövlətdir və biz hər zaman bununla fəxr etmişik. Azərbaycanda yaşayan xalqlar heç zaman diskriminasiyaya uğramayıb və birgəyaşayış bizim həyat tərzimizə çevrilib. Bütün vətəndaşlarımız tam bərabərhüquqludur. Bunun əsasında azərbaycançılıq ideologiyası dayanır. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə bu ölkəni, dövləti, torpağı qorudu, onun uğrunda canından keçdi. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti üstün tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür.
Milli Məclisin üzvü Naqif Həmzəyev “Yeni Azərbaycan”a bildirib ki, dövlət gənclər siyasətində vətənpərvərlik əsas istiqamətlərdən biri kimi qeyd edilir: “Vətənpərvər olmaq, həm də azərbaycançı olmaq deməkdir. Çünki vətənpərvər olmayan biri deyə bilməz ki, azərbaycançıyam. Bu iki məhfum bir-birinə sıx bağlıdır. Azərbaycan gəncləri bütün zamanlarda öz vətənpərvərliyini nümayiş etdirib. Ancaq hər birimizin qürur hissi ilə bəhs etdiyimiz 44 günlük müharibə və Zəfərimiz gənclərdə vətənpərvərlik hisslərini, belə demək mümkünsə, yeni bir səviyyəyə qaldırdı. Gənclər arasında vətənpərvərlik hissləri nə qədər yüksək səviyyədə olsa da, yenə də bu istiqamətdə işləmək, davamlı və sistemli şəkildə iş aparmaq lazımdır”.
Onun sözlərinə görə, vahid ideologiya olmadıqda yaranmış boşluq dövlətin inkişafında bir əngələ çevrilir: “Belə bir boşluq Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə müşahidə olunurdu. Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi. Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Etiraf edək ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir”.
Deputat qeyd edib ki, azərbaycançılıq ideyalarının təbliği bu gün Prezident İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur: “Dövlətimizin başçısı xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızı daha fəal olmağa çağırır və bu istiqamətdə məqsədyönlü işlər aparır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Hazırda azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi, dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Bu gün gənclərin qarşısında duran əsas vəzifə Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək, azərbaycançılıq ideologiyasına sadiq qalmaqdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04

