Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / 30 illik tarixə malik əməkdaşlıq

30 illik tarixə malik əməkdaşlıq

17.09.2022 [10:45]

Azərbaycanla Dünya Bankı arasında

Azərbaycan qısa müstəqillik tarixində ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində beynəlxalq birliyə sıx inteqrasiya etməyə nail olub. Hazırda ölkəmiz işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, eləcə də Avropa İttifaqında (Aİ), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında (QH) təmsil olunan ölkələrlə yüksək səviyyəli münasibətlərə malikdir.

Respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı da uğurla inkişaf edir. Bu kontekstdə Azərbaycanla Birləşmiş Millətlər Təşkilatının (BMT) çətiri altında fəaliyyət göstərən Dünya Bankı (DB) arasında əlaqələrin artan dinamikaya malik olmasını da xüsusi qeyd edə bilərik.

1992-ci il 18 sentyabrdan başlayan əməkdaşlıq

1944-cü il iyulun 1-də Bretton-Vuds konfransında təsis olunmuş DB dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsü ilə məşğul olan ən böyük donor təşkilatlarından sayılır. İnkişaf edən ölkələrə çox aşağı faiz dərəcəsi ilə, hətta bəzən faizsiz uzunmüddətli kreditlər və qrantlar verən DB klassik mənada heç də bank deyil, daha dəqiq ifadə etsək, BMT-nin ixtisaslaşmış qurumlarından biridir. Hazırda 184 üzvü olan bu qurumun əsas məqsədi imkansız dövlətlərə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.

Azərbaycanın dünyanın ən böyük çoxtərəfli inkişaf maliyyəsi təşkilatı sayılan Dünya Bankı ilə əməkdaşlığının tarixi üç onilliyi əhatə e?ir. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən bir qədər sonra - 1992-ci il sentyabrın 18-də Dünya Bankına üzv olub. Həmin tarixdən etibarən ölkəmizlə qurum arasında əməkdaşlıq ilbəil genişlənib. Keçən 30 illik müddət ərzində yoxsulluğun azaldılmasından başlayaraq ümumi rifaha nail olunması sahəsində, habelə infrastrukturun yaradılması istiqamətində Dünya Bankı Azərbaycanı dəstəkləyib, böyük layihələri həyata keçirib. Tərəfdaşlığın 30 illiyi ərəfəsində - sentyabrın 14-də Prezident İlham Əliyev Dünya Bankının ölkəmizdə səfərdə olan Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerdeni qəbul edib. Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında 30 illik uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb. Görüşdə gələcək layihələr və Dünya Bankının Azərbaycan hökumətinə dəstəyi ilə bağlı məsələlər müzakirə olunub, strateji sahələrdə, o cümlədən enerji, kommunikasiya sahələrində və Qarabağın bərpasında Dünya Bankının iştirakı və tərəfdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Hökuməti və Dünya Bankı üç onillik ərzində əməkdaşlıq və tərəfdaşlığı qeyd etmək və Azərbaycanın gələcək inkişaf səyləri ilə bağlı müzakirələr aparmaq üçün inkişaf tərəfdaşları, özəl sektor, akademik dairələr və media ilə birlikdə “Azərbaycan: Dəyişən Qlobal İqtisadiyyatda artım perspektivləri” adlı forumda bir araya gəlib. Forumda iştirakçılar yaranmaqda olan qlobal iqtisadi meyilləri və onların Azərbaycanın iqtisadi artıma təkan verməsi perspektivlərini müzakirə ediblər.

Dünya Bankının respublikamızdakı fəaliyyəti çoxvektorlu olması ilə diqqət çəkir. Bu barədə forum iştirakçılarını salamlayan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, Dünya Bankının Azərbaycana dəstəyi dövlət sektoru, maliyyə və özəl sektorun inkişafı, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı, enerji, sosial müdafiə, təhsil və səhiyyə, nəqliyyat və bağlantılar kimi bir çox sektorları əhatə edib.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde Bakıda keçirilən forumda bildirib ki, son 30 il ərzində Bank Azərbaycanda milli prioritetlərin və ehtiyacların dəstəklənməsi üçün geniş spektrli bilik mübadiləsi, potensialın yaradılması və texniki yardım fəaliyyəti ilə yanaşı, 4,5 milyard ABŞ dollarından çox məbləğdə 50-dən artıq investisiya layihəsini maliyyələşdirib. “Biz Azərbaycan xalqının həyatını daha da yaxşılaşdırmaq üçün Azərbaycanla tərəfdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. Qlobal və regional miqyasda rəqabətədavamlı olmaq üçün Azərbaycan indi innovasiya, insan kapitalı, kommunikasiya bağlantıları və yaşıl inkişafın təklif etdiyi yeni artım drayverlərinə diqqət yetirməlidir”, - deyə A.Byerde vurğulayıb.

Yeni layihələr

Dünya Bankı hazırda da Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu sırada  “Azərbaycanda Məşğulluğa Dəstək” (2020-2025-ci illər), “Regional yollar və inkişaf” (2020-2026-cı illər), “Mütərəqqi Ədliyyə Xidmətləri və müasir məhkəmə infrastrukturu” (2020-2024-cü illər) layihələrini qeyd edə bilərik. Bu layihələr əhalinin sosial rifahının yüksəlməsi məqsədilə “kölgə iqtisadiyyatına” böyük zərbə vuraraq ədliyyə sisteminin, əmək münasibətlərinin, habelə beynəlxalq idxal və ixrac proseslərinin qanunvericiliyə uyğun tənzimlənməsi istiqamətində mühüm rol oynamaqdadır.

Dünya Bankının Azərbaycan parlamenti ilə əməkdaşlığı da diqqət çəkir. Bu barədə Milli Məclisin deputatı Məzahir Əfəndiyev KİV-ə müsahibəsində bildirib.  Onun sözlərinə görə, Azərbaycanın keçən müddət ərzində DB ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirdiyi layihələr, Dünya Bankı tərəfindən ötən illərdə dünyanın ən islahatçı on ölkəsindən biri kimi qiymətləndirilməsi 30 illik güvənə verdiyi dəyəri açıq formada sübut edib. “Dünya Bankının Azərbaycan parlamenti ilə də səmərəli və qarşılıqlı hörmətə əsaslanmış əməkdaşlığı olub. Bu gün Azərbaycan parlamenti də daxil olmaqla 140-dan çox ölkədən olan parlamentarilər üçün əsaslı bir müzakirə platforması sayılan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə Parlament Şəbəkəsi uğurla fəaliyyət göstərir. Bu platforma qlobal olaraq Dünya Bankı ilə Azərbaycan hökuməti arasında birgə həyata keçirilən layihələrin qanunvericilik bazasının yaradılması, o cümlədən təkmilləşdirilməsi baxımından qarşılıqlı texniki, ekspert yardımlarının faydalılığını və səmərəliliyini ortaya qoyur”, - deyə Milli Məclisin üzvü vurğulayıb.

Birgə fəaliyyətin ən önəmli mərhələsi  

Dünya Bankının Azərbaycanda fəaliyyətinin yeni bir istiqaməti başlayır. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, Azərbaycanın Dünya Bankı ilə 5 prioritet üzrə işləməsi nəzərdə tutulur ki, onlardan ən önəmlisi işğaldan azad olunan ərazilərə böyük qayıdışla bağlıdır. Nazir bildirib ki, bu ərazilərin inkişafi Dünya Bankı ilə tərəfdaşlığın 30-cu ildönümündə dayanıqlı artım və yaşıl enerji sistemlə?inin yaradılması ilə yanaşı, həmçinin çox ciddi investisiyalar da gətirə bilər. “Bu baxımdan biz gələcəyə baxaraq qeyd etmək istəyirik ki, bəhs olunan istiqamətdə müzakirələr əsasında bizim əməkdaşlığımız daha da dərinləşə və genişlənə bilər”, - deyə M.Cabbarov vurğulayıb.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region dövlətləri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

MÜBARİZ

Paylaş:
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sabah yağış yağacaq

06 Oktyabr 12:40

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Prezident bu gün

Prezident bu gün

06 Oktyabr 10:19

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31