Azərbaycan “Zero Waste”ə hazırdır?
04.10.2022 [11:10]
“Sıfır tullantı” anlayışı ölkəmiz üçün xəyaldır, ya gerçək?
MÜŞFİQƏ
Hazırda dünyada, eləcə də Azərbaycanda əsas ekoloji problemlər sırasında tullantıların tələb olunan səviyyədə idarə olunmaması gəlir. Xarici ölkələrdə bununla bağlı mübarizə tədbirləri aparılır. Buna misal olaraq, son günlərin məşhur trendinə çevrilən “Zero Waste”, yəni “sıfır tullantı”nı göstərə bilərik.
Məsələn, Yaponiyanın cənubunda yerləşən Kamikatsu şəhərində “sıfır tullantı” qəsəbəsi belə mövcuddur. Küçələrində zibil maşınları və zibil qutusu yoxdur, qapılarının önünə zibil zənbili qoyanları belə görə bilməzsiniz. Çünki bu kiçik şəhər 2003-cü ildən bəri dünyaya “Sıfır Tullantı” layihəsi ilə səsini çatdırmağa çalışır. Bəs bu insanların heç mi zibili olmur?. Əlbəttə olur, amma onlar zibillərini 45 kateqoriyaya bölərək (şüşə, kağız, batareya və. s) təkrar emal mərkəzinə aparırlar. Burada geyim, elektronika kimi məhsullar saxlanılaraq ehtiyacı olanlara pulsuz verilir. Sadalanan məhsullar sırasında plastiklərin adı belə çəkilmir. Çünki bu möcüzəvi şəhərdə plastikdən istifadə sıfıra bərabərdir.
Qarşılığında sakinlərə həvəsləndirici mükafatlar da verilir. Gətirilən tullantılar kateqoriyalarına uyğun qutulara qoyulur. Tullantıların dəqiq təsnifatı çox vacibdir, çünki müvafiq olaraq tətbiq olunan bal sistemi mövcuddur. Mərkəzə gətirilən tullantıların miqdarına və kateqoriyasına uyğun olaraq evlərə bal verilir. Təkrar emal mərkəzi tullantılara görə şəhər rəhbərliyinə pul ödəyir. Şəhər rəhbərliyi də bu pulu ballara görə ev təsərrüfatlarına bölür.
Bəs ölkəmizdə bu layihə nə qədər gerçək səslənir? Sevindirici haldır ki, vaxtilə binadan yollara zibillər atan zamanlarımız artıq geridə qaldı. Artıq insanlarımız bu mövzuya daha həssas yanaşırlar.
Vurğulamaq lazımdır ki, Balaxanıda inşa olunan bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarının fəaliyyətə başlamasından sonra ölkəmizdə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Zavod ölkədə təkrar emal sahəsini inkişaf etdirmək məqsədilə inşa edilib. İllik gücü 200 min ton olan zavod qabaqcıl alman texnologiyaları əsasında qurulub. Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olan kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır ki, bunun nəticəsində tullantıların ümumi həcmi azalır, ucuz xammal bazarı formalaşır, ölkədə təkrar emal qurulması üçün zəmin yaranır, enerjiyə qənaət olunur və ən önəmlisi - tullantıların ətraf mühitə mənfi təsiri azalır. Məişətdə əmələ gələn batareya və akkumulyator kimi təhlükəli tullantılar, o cümlədən bu qəbildən olan elektron tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyəti yerlərə göndərilir.
Bundan başqa, tullantı probleminin aradan qaldırılması üçün zibilin ilkin çeşidlənməsi prosesi başlayıb. Məişət tullantılarının çeşidlənməsi üçün paytaxtın müxtəlif rayonlarında rəngbərəng qutular qoyulub. Əgər məişət tullantılarını qutulara tələb olunan qaydada atılsa, təkrar emal ilə məşğul olan müəssisələrdə çalışan zəhmətkeşlərin də işlərini yüngülləşdirmiş olarıq.
Eləcə də paytaxtın bir sıra küçələrində zibil qutularının yaxınlığında istifadə olunmuş geyim, ayaqqabı, tekstil məhsullarının atılması üçün qutular yerləşdirilib. Sakinlərin bir çoxu bu qutuların yardım üçün olduğunu düşünsə də, əslində bu, belə deyil. Qutulara atılan geyimlər ehtiyac sahiblərinə yox, təkrar emala göndərilir.
Bütün bunlar deməyə əsas verir ki, ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir ki, bu da respublikamız üçün də olduqca aktualdır.
Hətta Azərbaycanda ilk dəfə Şuşada tullantı yığımı üçün yeraltı konteynerlər quraşdırılacaq. Hazırda “Təmiz Şəhər” ASC Şuşa şəhərində tullantıların idarə edilməsi ilə məşğuldur. Bu, tullantıların toplanması, daşınması və utilizasiyasını əhatə edir. Burada üzvi və qeyri-üzvi tullantılar ayrı-ayrılıqda yığılır və poliqonda basdırılır. Gələcək planlarda isə Şuşa şəhərində tullantıların idarə olunmasının müasir formada qurulacağı gözlənilir.
Beynəlxalq ekoloji standartlara və texniki normalara cavab verən yeni sanitar poliqonun inşası, bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin səmərəli şəkildə və müasir standartlara uyğun qurulması, tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması, milyonlarla insanın bu şəhəri görmək istəyi buranı gələcəkdə ölkəmizin əsas turizm mərkəzlərindən birinə çevirəcək. Bu isə öz növbəsində şəhərin ekoloji vəziyyətinin və tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun ən son texnoloji yenilikləri tətbiq etməklə qurulmasını zəruri edir.
Şəhərin tarixi hissəsi sayılan mərkəzində tullantı konteynerlərinin ətraf mühitə təsirini azaltmağa xidmət edən SMART tipli yeraltı konteynerlər, kənar küçələrə dolma səviyyəsini göstərən sensorlarla təchiz edilmiş konteynerlər, eləcə də bütün küçə və parklarda kiçik tutumlu urnaların yerləşdirilməsi nəzərdə tutulur. Tullantıların idarə edilməsində istifadə olunacaq texnikaların da ətraf mühitə minimum təsir etməsi əsas meyarlardan biri kimi nəzərə alınacaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23

