Sağlam həyatı şərtləndirən əsas amil
16.09.2023 [11:30]
Ekoloji mühitimizi qorumalıyıq!
Günel ABBAS
Qlobal iqlim dəyişikliyi, mürəkkəb texnologiyaya malik müasir istehsalat müəssisələrinin yaranması və bu zavodların fəaliyyəti zamanı havaya atılan zərərli tullantılar, başqa sözlə, hazırkı problemlər ekologiya və ətraf mühitin mühafizəsi məsələsinin aktuallığını bir qədər də artırır. Əlbəttə, əksər sahələrdə fəaliyyətin tam şəkildə elektrikli mühərriklərə keçidinin təmin edilməsi yenilənən dünyanın əsas hədəflərindən biridir və bu fakt danılmazdır. Bu məqsədlə, demək olar ki, bütün dövlətlər müvafiq layihələr hazırlayır, konsepsiyaların üzərində təkmilləşdirmə işləri aparırlar. Sevindirici məqam bu tədbirlərin intensivliyinin ilbəil artmasıdır. Lakin etiraf etmək lazımdır ki, tam şəkildə elektrikə (və ya digər alternativ vasitələrə) keçid olduqca mürəkkəb, eyni zamanda, uzun zaman tələb edən bir prosesdir. Digər bir tərəfdən, dünya düzəninin fərqli şəkil alması, bir çox ölkələrdə müharibələrin daha da alovlanması qarşıya qoyulan hədəflərə çatmaq üçün ciddi bir maneədir. Başqa sözlə, elm adamlarının uzun illərdir üzərində çalışdıqları, geniş araşdırmalar apardıqları layihələrin böyük bir hissəsi kağız üzərində qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədovun sözlərinə görə, ekologiya ətraf mühitin mühafizə edilməsi yalnız və yalnız hansısa dövlət və ya özəl qurumları düşündürməli deyil: “Bu işdə hər bir vətəndaş üzərinə düşən müəyyən öhdəliklərə məsuliyyətlə yanaşmalı, ekologiyanın qorunması üçün səy göstərməkdə maraqlı olmalıdır. Elə dünyadakı ekoloji məsələlərlə məşğul olan qurumların keçirdiyi təlimlərin də strateji məqsədi əsasən bundan ibarətdir. Qlobal çağırışlara hər zaman məsuliyyətlə yanaşan Azərbaycanda da ekologiya və ətraf mühitin mühafizəsi məsələsi bütün dövrlərdə prioritetlər sırasında olub. İstər aidiyyəti dövlət qurumları, istər özəl təşkilatlar, istərsə də vətəndaş cəmiyyətinin nümayəndələri ölkənin ekoloji mühitinin daim sağlam, təmiz qalması üçün davamlı olaraq tədbirlər, layihələr həyata keçirirlər. Dəniz sahilinin təmizlənməsi, plastik tullantıların, eləcə də digər zərərli tullantıların toplanılaraq müvafiq yerlərə təhvil verilməsi, ağacəkmə kampaniyalarının təşkil olunması kimi bir çox ekoloji tədbirlər deyilənlərin əyani nümunələrindəndir. Məlum olduğu kimi, bu gün Azərbaycanın müəyyən etdiyi prioritetlərdən biri də işğaldan azad edilmiş ərazilərdə
infrastrukturun qurulmasıdır”.
Ekoloq qeyd edib ki, bu tədbirlər çərçivəsində xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri də həmin ərazilərdə ekologiyanın qorunmasını təmin etmək, geniş yaşıllıq zonalarının yaradılmasıdır: “Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 43 min hektar təşkil edir. Həmin təbiət əraziləri Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, Qubadlı, Arazboyu, Laçın, Daşaltı Dövlət Təbiət yasaqlıqlarıdır. Hazırda həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər görülür. Həyata keçirilən çoxşaxəli tədbirlər sırasında işğaldan azad edilmiş ərazilərdəki reintroduksiya layihələri də var. Ötən ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonuna 33 baş ceyran buraxılıb. Nadir və nəsli kəsilməkdə olan növlərin reintroduksiyası layihəsi çərçivəsində, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də bioloji müxtəlifliyin bərpası istiqamətində gələcəkdə bəzi heyvan növlərinin reintroduksiyasının həyata keçirilməsi nəzərdə tutulub. Bununla bərabər, azad edilmiş ərazilərdə su bioresurslarının ehtiyatlarının artırılması məqsədilə Bəsitçay, Həkəri çaylarına, Xaçınçay və Suqovuşan su anbarlarına və Qaragölə indiyə kimi minlərlə çəki, qızıl xallı forel balıqlarının körpələri buraxılıb. Bu il də həmin fəaliyyətin davam etdirilməsi planlaşdırılır”.
A.Məmmədov bildirib ki , ümumiyyətlə, erməni vandallığının növbəti təzahürlərindən biri də işğal altında saxlanılan ərazilərdə genişmiqyaslı ekoloji terrorun həyata keçirilməsidir: “Son məlumatlara əsasən Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Erməni vandallığını sübut edən faktlardan biri də, keçmiş Sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsi və zəngin təbiət tarixinin bilərəkdən silinməsinə şərait yaradılmasıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

