Azad sahibkarlıq və liberal iqtisadiyyat...
02.11.2023 [11:17]
Ölkənin iqtisadi inkişafına təkan verən amillərdəndir
Azərbaycanda son illər liberal iqtisadiyyatın və azad sahibkarlığın təşviqi genişlənməkdədir. Xüsusilə son 5 ildə gizli iqtisadiyyata qarşı mübarizənin intensivləşməsini, məşğulluqda, kölgə iqtisadiyyatında leqallaşmanı müşahidə edirik. Təbii ki, bütün bunlar liberal iqtisadiyyat və azad sahibkarlıq üçün yeni imkanlar yaradır. Ölkə başçısının göstərişləri də məhz liberal iqtisadiyyatın dəstəklənməsi, sahibkarlar üçün yeni imkanların yaradılması, onların kredit resurslarına çıxış imkanlarının artırılması, investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlıdır. Liberal iqtisadiyyatda iqtisadi inkişaf birbaşa sahibkarlıq subyektlərinin məhz fəal iştirakı nəticəsində dəstəklənir və daha dayanıqlı olur. Ona görə də məqsəd ondan ibarətdir ki, iqtisadiyyatın liberallaşması həm də sahibkarların öz fəaliyyətlərini genişləndirməsi üçün yeni imkanlar yaratsın.
Bu gün regionlarda infrastrukturun genişləndirilməsi və bu istiqamətdə həyata keçirilən işlər bölgələrimizə sərmayələrin cəlb edilməsi üçün xüsusi zəmin yaradır. Artıq bölgələrimizdə yerli və xarici sərmayə hesabına həm yeni iş yerlərinin yaradılması, həm də yeni istehsal müəssisələrinin qurulmasını müşahidə edirik. Bu prosesin daha intensiv şəkildə davam edəcəyi gözlənilir. Çünki özəl sektorun Qarabağ və Şərqi Zəngəzura cəlb edilməsi də müşahidə olunur. Ona görə də həm bölgələrimizdə, həm də paytaxtda sahibkarların kompleks şəkildə iqtisadi inkişafda rolunun artması ilə bağlı tədbirlər davam etdirilir. Bütün bunlar isə ondan xəbər verir ki, Azərbaycanda liberal iqtisadiyyatın güclənməsi və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarların dövlət tərəfindən dəstəklənməsi prioritet olaraq qalmaqdadır.
İqtisadiyyatın azad, liberal olması vacibdir...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, hər bir ölkənin iqtisadi inkişafına təkan verən əsas elementlərdən biri azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılmasıdır. Deputat qeyd edib ki, iqtisadiyyatda, xüsusən də biznes mühitində rəqabətin yaranması, eləcə də ölkədə sabit və davamlı iqtisadi mexanizmin yaradılması üçün zəmin zəruri hesab edilir: “Azad sahibkarlıq, eləcə də liberal iqtisadiyyat iqtisadi inkişafın dayanıqlığı baxımından vacibdir. Çünki nəticə etibarı ilə iqtisadiyyatın azad, liberal olması olduqca vacibdir. Bu, birmənalı şəkildə iqtisadiyyatda rəqabətin güclənməsinə və özəl sektorunun payının artmasına imkan yaradır. Məşğulluğun genişlənməsi baxımından da bu vacib hesab olunur. Dayanıqlı inkişaf üçün liberal iqtisadiyyat əsas vasitədir. Ona görə də mövcud, xüsusilə də inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, liberal iqtisadiyyat inkişafın, eləcə də iqtisadiyyatın böyüməsinin əsas şərtlərindəndir.
Bu gün inkişaf etmiş, mərkəzləşmiş idarə sisteminə malik olmuş ölkələrdə belə liberal iqtisadiyyatın formalaşdırılması həyata keçirirlir. Bu da ondan xəbər verir ki, liberal iqtisadiyyat iqtisadi inkişaf, eləcə də inklüziv dayanıqlı inkişafın əldə edilməsi baxımından əsas vasitələrdən biridir”.
Liberal iqtisadiyyatın payının artmasını görəcəyik...
Deputat əlavə edib ki, Azərbaycanda liberal və ya azad iqtisadiyyata keçid mərhələli şəkildə həyata keçirilir: “2022-2026-cı illəri əhatə edən strategiyada da bu istiqamətlərdə fəaliyyətlərin genişləndirilməsi və özəl sektorun daha yaxından dəstəklənməsi nəzərdə tutulub. Düşünürəm ki, milli prioritetlər çərçivəsində iqtisadiyyatda özəl sektorun payının artmasını müşahidə edəcəyik.
Təbii ki, özəl sektorun iqtisadiyyatda ümumi payı yüksəkdir. Amma məşğulluq məsələsinə diqqət etsək, bu gün əmək müqavilələrinin 60 faizi dövlət sektorunun payına düşür. İqtisadiyyatın liberallaşması məşğulluq məsələsində özəl sektorun payının artmasına gətirib çıxaracaq. Avropa İttifaqında məşğulluğun 62, ümumi daxili məhsulun 64 faizini kiçik və orta sahibkarlar verir. Bunlar da liberal iqtisadiyyatda fəaliyyət göstərən sahibkarlardır. Ona görə də oxşar praktikaların Azərbaycanda daha geniş formada tətbiq edilməsi, liberal iqtisadiyyatın yaxından dəstəklənməsi vacibdir. Yeni strategiyalarla liberal iqtisadiyyatın payının artmasını da görəcəyik”.
Sahibkarlığın inkişafında mühüm addımlar atılır...
V.Bayramov vurğulayıb ki, bu gün ölkəmizdə sahibkarlıq həm inkişaf etməkdə, həm də şaxələnməkdədir: “Təbii ki, dövlətimiz sahibkarlığın inkişafı istiqamətində bir çox addımlar atır. Amma təəssüf ki, bəzən sahibkarlar bununla bir o qədər də maraqlanmır. Çünki çoxu atılan addımları bilmir və fikir vermirlər. Qeyd edim ki, dövlət daha çox kənd təsərrüfatının inkişafı istiqamətində çox böyük işlər görüb. Sahibkarlar da gərək bununla bağlı bir qədər diqqətli olsunlar”.
Y.BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08

