Regionda ilk dəfə!
30.12.2023 [10:57]
“Azexport” regionun ilk virtual sərgi və konfrans məkanını istifadəyə verib
Son illərdə Metavers mövzusunun populyarlaşmasının əsas səbəbi insanları məsafədən işləməyə, sosial uzaqlaşmaya və cəmiyyətdən təcrid etməyə sövq edən pandemiyadır. Metavers ilə insanlar evdən çıxmadan istənilən yerə baş çəkə, digər insanlarla ünsiyyət qurmaq imkanı əldə edirlər. Bundan əlavə, hazırda insanlar arasında qarşılıqlı əlaqələri daha da mükəmməl edə bilən texnologiyalar (blockchain, NFT), cihazlar (VR eynəklər) və ultra yüksəksürətli internet metavers konsepsiyasını daha da aktual edir. Metaversdə hansı ölkədən olmağın, hansı təhsilə sahib olmağın, cəmiyyətin elit təbəqəsinə aid olub-olmamağın fərqi yoxdur. Bütün avatarlar bərabərdir və hamının virtual məhsullara bərabər çıxışı var.
Yeri gəlmişkən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı tərəfindən Azərbaycanın və regionun ilk virtual sərgi və konfrans məkanı istifadəyə verilib. Mərkəzdən bildirilib ki, virtual sərgi zalında pilot olaraq 10 şirkət və media nümayəndələri üçün stendlər hazırlanıb. Bu stendlərdə məhsulların 3D forması ilə tanış olmaq və onlayn ticarət əməliyyatları aparmaq üçün müvafiq imkanlar yaradılıb.
Bununla yanaşı, hər stend üzrə təmsilçinin videogörüntülü və səsli olmaqla sərgi ziyarətçiləri ilə müzakirələrə qatılmaq fürsəti verilib. Bu, stendə yaxınlaşan sərgi ziyarətçiləri ilə daha rahat ünsiyyət qurmağa imkan verir. Virtual məkanda sərgilərin təşkili ilə yanaşı, yeni brendlərin təqdimatı, virtual görüşlərin təşkili, təlim və seminarların həyata keçirilməsi imkanları mövcuddur. Bunun üçün 500 nəfərlik rəqəmsal konfrans zalı yaradılıb. Virtual məkan zamandan və məkandan asılı olmadan dünyanın istənilən nöqtəsindən istifadəyə açıq olmaqla, “Made in Azerbaijan” brendli məhsulları daha geniş auditoriyaya çatdırmağa xidmət edir.
Qeyd edək ki, “MTradeVerse” platformasının dəstəyi ilə hazırlanmış rəqəmsal məkanın təqdimatında virtual ziyarətçilər sərgi və konfrans zallarında yaradılan imkanlarla tanış olublar. İştirakçılara yaradılan imkanlar barədə məlumat verilib. Növbəti mərhələdə platformaya əcnəbi ziyarətçilərin qatılması və sərgi ərazisinin genişləndirilməsi ilə yeni şirkət və məhsulların əlavə olunması nəzərdə tutulub.
Metavers nədir?
Metavers termini son bir neçə ildir ətrafda səs-küy salsa da, “metaverse” sözü əslində yazıçı Neal Stepensonun 1992-ci ildə yazdığı “Qar qəzası” elmi-fantastik romanında istifadə edilib. Stepenson öz kitabında metaversə real dünya ilə paralel şəkildə mövcud olan rəqəmsal dünya kimi istinad edib. Lakin 2022-ci ildə ekspertlər hələ də metaversin real həyata oxşar bir şeyə çevrilə biləcəyinə əmin deyillər.
“Metavers internetin və ümumilikdə, hesablamaların 3D versiyasıdır” - bunu metavers strukturları və potensialları ilə bağlı esselər yazan Mathew Ball “VICE” platformasına müsahibəsində bildirib.
“Bu iki texnologiya (internet və hesablama) ilk dəfə ortaya çıxdıqda kommunikasiya mətnə əsaslanırdı (e-poçtlar, mesajlar, istifadəçi adları, e-poçt ünvanları). Sonra yavaş-yavaş daha çox media əsaslı olmağa başladı (şəkillər, videolar, canlı yayımlar). İstifadəçi interfeysi və istifadəçi təcrübəsinin növbəti yüksəlişi 3D-dir. Əgər biz vəziyyətin bugünkü mobilliyini düşünsək, cibimizə kompüter yerləşdirib (mobil telefonlar) internetə hər zaman çıxa bildiyimizi hesaba qatsaq, metaversin həmişə kompüterin içində və internetin içində olduğunu düşünə bilərik”.
İnternetin 3D modeli
Bir çox mütəxəssis metaversə internetin 3D modeli kimi baxır - rəqəmsal həyatımızı yaşadığımız və fiziki dünyaya paralel olan, hamının avatarlar vasitəsilə əlaqə saxladığı bir yer kimi. Bəziləri terminin əsl mənasında metaversin, əslində, hələ mövcud olmadığını iddia edir.
“Metavers indiki mərhələdə real deyil və insanların yaşaya biləcəkləri virtual dünyaya daxil olmaq üçün gedə biləcəkləri məkana sahib olmayana qədər real olmayacaq”, - bunu kibertəhlükəsizlik üzrə ekspert İbrahim Baggili deyib.
Metavers video oyunlardan daha geniş olsa da, oyun dünyası artıq özünün ən elementar formasını mənimsəmiş kimi görünür. Məsələn “Fortnite” kimi onlayn şuter oyununu misal verə bilərik. Burada hər kəs digər oyunçuların avatarları vasitəsilə onlarla əlaqə saxlayır, şəxsi avatarları var, eyni zamanda oyundakı obrazları üçün geyimlər alanda virtual valyutadan istifadə edirlər. Hətta onların öz rəqs stilləri də var.
Ola bilsin ki, nəzərdə tutulan metaversə ən yaxın mövcud nümunə simulyasiya oyunu “Second Life”dır. İstifadəçilər burada alış-veriş edə, yemək yeyə, duş qəbul edə və real həyatda istədikləri hər şeyi edə bildiyi virtual reallığı təcrübədən keçirməyə imkan əldə edirlər.
Texnoloqların fikrincə, metavers virtual reallıq təcrübəsini növbəti səviyyəyə daşıyacaq və istifadəçilərə torpaq almaqdan tutmuş, rəqəmsal avatarlar vasitəsilə evlənməyə qədər hər şeyi etmək üçün şərait yaradacaq.
Günel ABBASOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18

