Tariximizin mühüm səhifəsi
30.11.-0001 [00:00]
İrəvan şəhəri qırğız nəşrlərində
Günel ABBASOVA
Ermənistanın bugünkü ərazisi XIX əsrin əvvəllərində - yaxın keçmişdə Azərbaycana məxsus olan İrəvan xanlığının torpaqları idi. Azərbaycan da daxil olmaqla türk xalqlarının qəhrəmanlıq eposu sayılan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində baş verib. Rusiya erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrünə keçid edilib.
1918-ci il mayın 29-da isə Şimali Azərbaycanda - keçmiş İrəvan xanlığının ərazisində Ermənistan dövləti yaradılıb. Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini - yüz illərlə öz varlığını qoruyub saxlamış nadir memarlıq inciləri olan 300-dən çox məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət yerlərini, qəbiristanlıqları yerlə-yeksan ediblər. Hətta ilk növbədə, İrəvandakı qədim məscidləri məhv ediblər.
Çox zaman ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri ilə rastlaşırıq. Ancaq bir çox erməni mənbələrində də həmin torpaqların bizə aid olduğu ilə bağlı məlumatlar var. Məsələn, erməni rəssamlarından Martiros Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə çəkdikləri rəsm əsərlərində Göy məscid İrəvan şəhərinin rəmzi kimi əks etdirilib. İrəvan rəsmilərinin özləri də bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara “qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı 200 ildən yuxarı bir dənə də olsun tarixi abidə göstərə bilmirlər. Bir məqamı da qeyd etmək lazımdır ki, qədim Azərbaycan torpağı olan müasir Ermənistanın ərazisi orta əsrlərdə Çuxursəd vilayəti adlanırdı. Azərbaycan dövləti olan İrəvan xanlığını yerli türk tayfalarının - Qaraqoyunlu, Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan xanlar idarə ediblər.
Yeri gəlmişkən, Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə tarix üzrə fəlsəfə doktoru, dosent, Respublika Dövlət mükafatı laureatı Hacı Həsənovun ümumi redaktorluğu ilə “XIX-XX əsrin əvvəllərində. İrəvan şəhərinin tarixindən” adlı kitabı qırğız dilinə tərcümə edilir.
Qeyd edək ki, AMEA A.A Bakıxanov adına Tarix institutu Elmi Şurasının qərarı ilə çap olunan kitab həmin institutun alimlər qrupu tərəfindən ərsəyə gəlib.
Monoqrafiya Azərbaycanın tarixi İrəvan şəhərinin - Rəvanqulu xan tərəfindən bünövrəsi qoyulmuş İrəvan qalasının XIX-XX əsrin əvvəllərindəki dövrünə həsr edilib. Əsərdə İrəvanın tarixini “erməniləşdirməyə”, onu “Erebuni” adlı mifik məskənlə bağlamağa çalışan saxtakarlar tənqid olunur, qala-şəhərin əsasının qoyulması ilə bağlı bəzi tarixi məsələlərə aydınlıq gətirilir. Həmçinin Azərbaycan və Anadolu türkcələrində, ingilis, rus və digər dillərdəki tarixşünaslıq əsərlərindən, habelə mötəbər qaynaqlardan toplanmış qiymətli məlumatlar əsasında İrəvan tarixinin mühüm sahələrinə işıq tutulur.
Kitabda İrəvan şəhər sənayesi, şəhər memarlıq xüsusiyyətləri və ticarəti barədəki faktlar əsasında onun klassik Azərbaycan şəhərləri arasında özünəməxsus yer tutduğu vurğulanır, şəhərin inzibati idarəçilik sistemi, demoqrafiyası araşdırılır. Eyni zamanda, çarizmin işğalçı İrəvan yürüşlərinə qarşı irəvanlıların qəhrəman mübarizəsi real faktlarla işıqlandırılır, romanovların mürtəce köçürmə siyasəti sayəsində burada reallaşdırılmış xristianlaşdırma-erməniləşdirmə proseslərinə tənqidi diqqət yetirilir.
Əsərdə İrəvan şəhərinin elmi-mədəni həyatının müxtəlif sahələri də nəzərdən keçirilir, onun Azərbaycan elm və mədəni mərkəzlərindən biri olduğu vurğulanır.
Qeyd edək ki, kitabı qırğız dilinə 1989-cu ildən SSRİ Jurnalistlər İttifaqının, Qırğızıstan jurnalistlər İttifaqının və habelə Beynəlxalq İdman Jurnalistləri İttifaqının üzvü, 2000-ci ildə “Manas janırıqı” (“Gxo Manasa”) TeleRadio kompaniyasının yaradıcısı və rəhbəri Temirbek Toktaqaziyev tərcümə edir.
Temirbek Toktaqaziyev xalq yazıçısı Çingiz Abdullayevin 3 kitabını da qırğız dilinə tərcümə edib.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun razılığı ilə kitabı qırğız və rus dillərində çap etməyi nəzərdə tutur. Kitabın qırğız və rus dillərində çap edilməsi ondan təkcə Türk dövlətlərində deyil, həm də bütün postsovet məkanında istifadə imkanlarını genişləndirəcək.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

