Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / QHT-nin inkişafı nə vəd edir?

QHT-nin inkişafı nə vəd edir?

10.02.2024 [11:00]

Demokratiya amili: İctimai nəzarət və vətəndaş həmrəyliyi

Vətəndaş cəmiyyəti institutları vətəndaş cəmiyyətinin formalaşması və inkişafında xüsusi əhəmiyyətə malikdir. Bu gün müəyyən inkişaf yolu keçən vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bir çox sahədə problemlərin həllinə kömək etməkdədir. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəallığı, vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq istiqamətləri və ictimai nəzarətin təşkilində  QHT-nin rolu böyükdür.

Ölkəmizdə də qeyri-hökumət təşkilatlarının yaranması və ictimai sektorun möhkəmlənməsi bilavasitə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını şərtləndirən faktorlardandır. Son dövrlərdə bütün demokratik və inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq, demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya inteqrasiya, Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılması və digər istiqamətlərdə fəaliyyətləri ilə böyük etimada sahib olublar.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə yüzlərlə qeyri-hökumət təşkilatları mövcuddur: “Yaxşı haldır ki, əksər QHT-lər vətəndaş cəmiyyətinin daha da mükəmməl formalaşması prosesində iştirak edirlər. Vətəndaş cəmiyyətinin əsas funksiyalarından biri də hüquqi dövlət quruculuğunda iştirakdır. Bu gün elə məsələlər var ki, onların icrasında vətəndaş cəmiyyəti öz sözünü deyir. Ölkəmizdə keçirilən bir sıra beynəlxalq səviyyəli tədbirlərdə vətəndaş cəmiyyəti gərəkən aktivliyi nümayiş etdirir. Məsələn,  “Avroviziya-2012” yarışmasını, Yaxud, Bakıda keçirilən ilk Avropa Oyunlarını misal gətirək. Hamımız müşahidə etdik ki, QHT-lər mötəbər beynəlxalq səviyyəli tədbirlərin həyata keçirilməsinə öz səlahiyyətləri çərçivəsində nə qədər iş gördülər. İctimaiyyətin maarifləndirilməsi, ictimaiyyətə düzgün məlumatların çatdırılması, hətta bəzi neqativ xarakterli hərəkətlərin qarşısının alınmasında da vətəndaş cəmiyyəti institutları fəal oldular”.

R.Zeyni qeyd edib ki, vətəndaş cəmiyyəti institutları dövlət, bazar və ailə ilə yanaşı, ortaq fəaliyyət sferalarında da mövcuddur: “Vətəndaş cəmiyyəti təşkilatları fərqli funksiyalarla cəmiyyətin inkişafına öz əvəzsiz töhfələrini verir. Bu təşkilatların fəaliyyəti ictimai siyasətlərin yaxşılaşdırılması və ehtiyaclara uyğunlaşdırılması, idarəetmədə və qərar vermədə əks mərkəzləşmə, yoxsulluğun azaldılması, ictimai iştirakçılığın təmin olunması, insan hüquqlarının qorunması, azad və ədalətli seçkilər, sağlamlıq, təhlükəsiz qida və ətraf mühitin formalaşmasına yönəlib. Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxalq vətəndaş cəmiyyətləri ilə əməkdaşlığı vacibdir. Bu, həm beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından mühümdür”.

Haqq səsimizi dünyaya çatdıra bilərik...

QHT sədri vətəndaş cəmiyyəti institutlarının hüquqi dövlət quruculuğundakı aktiv fəaliyyətinə də diqqət çəkib: “İctimai nəzarətin yaradılmasında məqsəd müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılmasına nail olmaq, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ölkə Prezidentinin apardığı mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi bir dövlət quruculuğu yolu keçir. Bu yolun başlanğıcında qarşılaşdığımız maneələr mərhələli şəkildə aradan qaldırılır və nəticədə sərbəst, hərtərəfli inkişafa geniş imkanlar açılır. Hüquqi dövlət quruculuğunun nizamlı xətt üzrə aparılmasına müsbət təkan verəcək bir neçə amil var ki, onlardan biri də ictimai nəzarətdir”.

O vurğulayıb ki, dövlət QHT-nin inkişafına dəstək göstərir və ölkənin ictimai-siyasi həyatında iştirakı üçün şərait yaradır: “QHT-nin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O cümlədən, haqq səsimizin dünyaya çatdırılmasında da

QHT-nin rolu qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərə QHT nümayəndələrinin səfərləri mütəmadi təşkil olunur. Təbii ki, QHT nümayəndələrinin də xarici auditoriyalara çıxmaq imkanları mövcuddur. Ona görə də onların Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərləri onlarda öz gözləri ilə mövcud reallığı görərək daha dolğun məlumatlar formalaşdırır. Hesab edirəm ki, QHT nümayəndələrinin, jurnalistlərin və xarici qonaqların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili genişlənməlidir. Çünki bütün dünya Azərbaycanın iqtisadi gücü, quruculuq bacarıqları və erməni vandalizmləri barəsində geniş məlumatlanmalıdır. QHT-nin kifayət qədər potensialı var ki, beynəlxalq təşkilatları, xüsusilə ATƏT-i, Avropa İttifaqını, BMT-ni və digər böyük təşkilatları bu istiqamətdə həm məlumatlandırsın, həm də onları Qarabağda quruculuq prosesinə, xüsusilə də ərazilərin minalardan təmizlənməsi prosesinə cəlb etsin”, - deyə R.Zeyni qeyd edib.

Müsahibimizin şərhindən də göründüyü kimi, ölkə rəhbərliyi tərəfindən vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar aparılır. Bu islahatların dövlətimizin daha da sürətlə inkişaf etməsinə, xalqımızın rifahının yüksəlməsinə güclü təkan verəcəyinə dərin zəmin yaradır.

Günel ABBAS

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31