Hüquq mədəniyyətinin inkişaf etdirilməsi
13.03.2024 [10:45]
Ombudsman insan hüquqları sahəsində maarifləndirmə işləri aparır
İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən həyata keçirilən preventiv tədbirlər sırasında cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, bərabərlik hüququnun təmininin və ayrı-seçkiliyin qarşısının alınmasının təbliği məqsədilə hüquqi maarifləndirmə işinin aparılması əsas istiqaməti təşkil edir.
Bu xüsusda Ombudsman tərəfindən əhalinin müxtəlif qrupları ilə yanaşı, dövlət orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyəti institutlarının və digər qurumların nümayəndələrinə, habelə hüquq müdafiəçilərinə ünvanlanmış insan hüquqları sahəsində maarifləndirmə işi həyata keçirilməkdədir.
Cəmiyyət üzvlərinin insan hüquqlarına dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müvafiq qurumlar tərəfindən keçirilən analoji tədbirlərdə məruzəçi və ya təlimçi qismində iştirak təmin olunur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş insan hüquq və azadlıqlarının təşviqi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, müvafiq dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər, beynəlxalq və yerli əhəmiyyətli əlamətdar günlər çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil edilir.
Ombudsman və Aparatın əməkdaşları tərəfindən dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Ombudsman Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri üçün təşkil olunan ixtisasartırma kursları və təlimlərdə ölkəmizin tərəfdar çıxdığı insan hüquqları sahəsində beynəlxalq müqavilələr və onlardan irəli gələn öldəliklərin həyata keçirilməsi perspektivləri barədə ətraflı məlumat verilir.
Gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərin, habelə ali təhsil müəssisələri tərəfindən istehsalat və elmi-tədqiqat təcrübəsi keçmək üçün göndərilən tələbə və magistrantların insan hüquqları sahəsində biliklərinin artırılması üzrə zəruri tədbirlər görülür.
İnsan hüquqları sahəsində tədris-metodiki vəsaitlər, bukletlər, lifletlər, broşürlər, yaddaş kitabçaları, plakatlar, digər çap məhsulları və məqalələr hazırlanır.
Hazırda Ombudsmanın insan hüquqları sahəsində maarifləndirmə istiqamətində fəaliyyətinin səmərəliliyinin artırılması, Ombudsman Aparatının və regional mərkəzlərinin, habelə digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquq və azadlıqlarının təbliği, eyni zamanda müvafiq dövlət proqramlarından, strategiyalardan, milli fəaliyyət planlarından, konsepsiyalardan və bu kimi digər sənədlərdən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən, ölkədə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən və Ombudsmanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinə üzvlüyündən irəli gələn aktual mövzulara həsr olunmuş tədbirlərin təşkili qarşıda duran vəzifələrdəndir.
Bununla əlaqədar Ombudsmanın 2024-cü il 12 fevral tarixli 4 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının 2024-cü il üzrə hüquqi maarifləndirmə sahəsində Tədbirlər Planı” təsdiq edilmiş və icra olunmaqdadır.
Yeri gəlmişkən, ötən gün Ombudsman Aparatının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə internat tipli ümumi təhsil müəssisələrinin rəhbər heyəti və əməkdaşları üçün start verilən “Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda təlim keçirilib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva təlimdə çıxış edərək bildirib ki, əsas vəzifələrimizdən biri insan hüquqları sahəsində maarifləndirmə işinin aparılmasıdır. Ombudsman diqqətə çatdırıb ki, insan hüquqlarının müdafiəsi məqsədilə maarifləndirmə, bilik və bacarıqların təkmilləşdirilməsi, müvafiq proqram və layihələrdən irəli gələn vəzifələrin həyata keçirilməsində müvafiq işlər görülür: “Son iki ərzində Ombudsman Aparatının fəaliyyətini tənzimləyən Konstitusiya qanununa bir sıra dəyişikliklər edilib. Bunlar uşaq hüquqlarının müdafiəsi, Milli Preventiv Qrupun yaradılması və digər məsələlərdir. Bu qəbildən təlimlər ilk dəfədir keçirilir. Biz çalışırıq ki, işimizi günün tələbləri səviyyəsində quraq və müxtəlif peşə fəaliyyəti ilə məşğul olan insanlarla birgə işləyək”, - deyə müvəkkil diqqətə çatdırıb.
Qeyd edək ki, 2023-cü ildən qüvvəyə minən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərə əsasən, yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik şəxslər Milli Preventiv Qrupun üzvü ola bilərlər.
Milli Preventiv Qrupun üzvləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 3 illik müddətə təyin edilir. Qrupun tərkibinə ixtisasca hüquqşünas, həkim, psixoloq və digər peşə sahibləri daxildir.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48

