Süni intellektin üstünlükləri
03.04.2024 [10:52]
Azərbaycanda yerli generativ süni intellekt hazırlanır
Günel ABBAS
Müasir dünyada texnologiyanın əhəmiyyəti gündən-günə artmaqdadır. Texnologiya artıq təkcə biznes işlərinin formatını dəyişdirmir, həm də insan zəkasının gördüyü işləri idarə etməyə real namizəd kimi göstərilir. Bunun ən gözəl nümunələrindən biri də “süni intellekt”dir. Süni intellekt əslində texnologiya və elmi bir araya gətirən bir anlayış kimi qarşıya çıxır. Süni intellekt texnologiyaları ilə əldə edilən ağıllı tətbiqlər bir çox sahədə xüsusi üstünlüklər təqdim edir. Bu üstünlüklərdən ən əhəmiyyətlisi insan zəkası üçün çox mürəkkəb ola biləcək problemləri həll etmək qabiliyyətidir. Süni intellekt insanların uzun müddət ərzində yerinə yetirə biləcəyi ən mürəkkəb işləri çox qısa müddətdə yerinə yetirə bilir. Bu üstünlük həm də süni intellektin istifadə olunduğu sahədə səmərəliliyi artırır. Digər bir üstünlük ondan ibarətdir ki, tapşırıqları yerinə yetirərkən yanlışlıq ethimalı sıfıra bərabərdir. Beləliklə, süni intellekt sayəsində yanlışlıq riskini minimuma endirərək daha yüksək dəqiqliyə malik ola bilərik.
Bu gün Çində süni intellekt texnologiyaları müxtəlif sektorlarda, o cümlədən səhiyyə sistemində geniş istifadə olunur. Aparıcı klinikaların arxiv məlumatları əsasında yaradılmış CDSS (Clinical Decision Support System) sistemi regionlarda həkim çatışmazlığını aradan qaldırmağa kömək edir. Həmin sistemdə həkimlər simptomları və müxtəlif yardım variantlarını görə bilirlər, bu isə müalicə prosesini tezləşdirir. Bu, xüsusilə işə təzə başlayan mütəxəssislər üçün daha əhəmiyyətlidir. Bundan başqa, süni intellekt əsaslı virtual assistent proqramı həkim müalicəsinə əlavə olaraq 7/24 iş rejimində konsultasiya xidməti göstərir. Bu zaman anonimliyə icazə verildiyindən xəstələr həssas məsələlərini söyləməkdə daha rahat olurlar. Real həkimdən fərqli olaraq, süni intellekt xəstənin sözünü kəsmir və ona narahatlığını ətraflı təsvir etməyə imkan verir.
Zaman keçdikcə ölkəmizdə də süni intellektdən müəyyən sahələrdə istifadə olunması istisna deyil. Hətta bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Yeri gəlmişkən, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin CGTN telekanalına müsahibəsində bildirib ki, rəqəmsal transformasiya hər bir iqtisadiyyat, o cümlədən indi yerli generativ süni intellekt hazırlayan Azərbaycan üçün vacibdir: “Analoji süni intellekt həlləri aparıcı “blue chips” şirkətlər - həm dövlət, həm də özəl sektorun şirkətləri tərəfindən tətbiq edilir. Bu, hər şeyin işıq sürəti ilə dəyişdiyi bir məkandır, ona görə də düşünürəm ki, bu sahəyə investisiyalar davam edəcək. Həmçinin təhsil və iqtisadiyyat arasında düzgün körpünün təmin edilməsi baxımından maarifləndirmənin artırılması zəruridir. İnsan kapitalı haqqında məlumat təkcə yarışda qalmaq üçün deyil, həm də onun ölkənin iqtisadi inkişafına və rifahına müsbət təsir göstərməsindən əmin olmaq üçün zəruri elementdir”, - nazir deyib.
Onun sözlərinə görə, Azərbaycan MDB məkanında və regionda IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzini (4SİM) yaradan ilk ölkə olub ki, bu mərkəz digər özəl, dövlət və hökumət qurumları ilə birgə xüsusən iqtisadiyyatda, eləcə də Azərbaycanın digər sahələrində rəqəmsallaşmanın sürətinin artırılması prosesinə rəhbərlik edir.
Qeyd edək ki, generativ süni intellekt sənaye avtomatlaşdırılmasını təkmilləşdirə, yeni proqram kodu hazırlaya və video, audio, şəkillərin və daha çox şeylərin avtomatik sintezi vasitəsilə nəqliyyat təhlükəsizliyini artıra bilər. Bu təşəbbüs Azərbaycan dilində səlis danışan və Azərbaycan kontentinə malik süni intellekt platformalarının inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
Analitiklər süni intellekt bazarının ölçüsü ilə bağlı müxtəlif təxminlərə malikdirlər. “MarketsandMarkets”in ən mühafizəkar hesablamalarına görə, 2023-cü ildə qlobal süni intellekt bazarının həcmi 150,2 milyard ABŞ dolları təşkil edib. “Next Move Strategy Consulting” qlobal süni intellekt bazarının 200 milyard ABŞ dollardan çox olduğunu təxmin edir. Ən optimist məlumatlar Hindistanın “Fortune Business Insights” konsaltinq şirkətindədir. Onun proqnozlarına görə, 2030-cu ilədək süni intellekt bazarı 2023-cü ildəki 515,31 milyard ABŞ dollarından 2 trilyon ABŞ dollara qədər artacaq. Eyni zamanda, analitiklərin fikrincə, orta illik artım tempi 21,6-36,8 faiz təşkil edəcək. “Goldman Sachs”ın proqnozuna görə, növbəti 10 il ərzində süni intellekt texnologiyalarının iqtisadi təsiri qlobal miqyasda 7 trilyon ABŞ dollara çata bilər.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32

