Musiqimizin bu gün doğulan günəşləri...
17.04.2024 [10:57]
Təqvimdə sadəcə, rəqəm kimi görünən günlər, əslində, bir insanın, bir ailənin, bir nəslin, bir ölkənin və bəzən dünyanın həyatında çox önəmli, unudulmaz anlarla assosiasiya olunur.
17 aprel tarixi də digər tarixlər kimi dünya və Azərbaycan üçün önəmli şəxsiyyətlərin doğuluşu ilə xarakterikdir. Yaratdıqları əsərlərlə Azərbaycan incəsənətində silinməz iz qoymuş iki görkəmli şəxsiyyət var ki, hər ikisi müxtəlif illərin bu günündə dünyaya göz açıblar.
Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Hacıbəyov soyadı təkcə azərbaycanlılara deyil, bütün dünyaya tanışdır, əlbəttə. Bəli, bu gün 140 illik yubileyi qeyd olunan Zülfüqar Hacıbəyov dahi bəstəkar Üzeyir Hacıbəyovun böyük qardaşı, onun və digər qardaşları Ceyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuş şəxsiyyətdir. Z.Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski də var.
O, ilk Azərbaycan operettası - “50 yaşında cavan” (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub.
Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən “Aşıq Qərib” operasında xalq rəvayətindən istifadə olunub. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatdırıb. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər səhnə həyatı qazana bilməyib.
XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.
O, 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib, 1935-ci ildə oğlu - Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə - “Almaz”a musiqi yazıb. Bəstəkarın son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat edib.
****
SSRİ xalq artisti, Azərbaycan operasının böyük nümayəndəsi Lütfiyar İmanov 1928-ci ilin bu günündə (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) doğulub.
İlk dəfə məktəbli olarkən 1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınayan Lütfiyar 18 yaşındaykən dram dərnəyinin rəhbəri təyin edilib. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləyib. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini, 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 1954-1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləyib. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt edən sənətkar 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində “La Skala” teatrında təcrübə keçib. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış edib. Pedoqoji fəaliyyətlə məşğul olan müğənni Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991-1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs deyib. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada “Milleniumun mahnısı” festivalında çıxış edib. “Karmen”, “Faust”, “Otello”, “Trubador”, “Aida”, “Riqoletto” və sar kimi klassik opera əsərlərində rollar oynayıb.
1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olub. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-nin Ali Sovetinin deputatı seçilib.
21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edən Lütfiyar İmanov Fəxri Xiyabanda dəfn olunub.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

