Qalada Etno Fest başlayır
30.05.2024 [16:12]
Sabah "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Qala Etno Fest”ə start veriləcək.
Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, üç gün davam edəcək və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda Qala Qoruğu ərazisində Azərbaycan xalqının qədim etnik ənənələrini təcəssüm etdirən böyüklər və uşaqlar üçün interaktiv fəaliyyətlər, sərgilər, ustad dərsləri və yarışlar təşkil olunacaq, Qala Etno Bazarın və “Qala tarixi fotorlarda” sərgisinin açılışı baş tutacaq.
Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. “Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında görüşlərin təşkili etno-mədəni mühitə xüsusi ab-hava qatacaq.
Sənətkarlıq və qədim peşələrlə maraqlananlar festival ərazisində böyüklər və uşaqlar üçün təşkil olunacaq duluzçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağac oyma, keramika rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərslərinə qatıla biləcəklər.
Qala Etno Fest çərçivəsində Qala qəsrində “Qala tarixi fotolarda” sərgisi ziyarəçilərə təqdim olunacaq. Ənənəvi və etno idman növlərinin həvəskarları isə oxatmada iştirak edib, mars güləşində, eyni zamanda nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak imkanı əldə edəcəklər. Tədbirdə uşaqların əyləncəli vaxt keçirməsi üçün etno və uşaq oyunları da təşkil olunacaq. Daha yaradıcı balaca ziyarətçilər isə rəsmlər çəkərək və “Rəsmini yarat” interaktiv fəaliyyətə qoşula biləcəklər.
Ənənəvi sənət növlərinin sərgiləndiyi karvansaray üslubundakı Qala Etno Bazar festival günlərindən etibarən ziyarətçilərinə qapılarını açacaq və etno bazarın qonaqları həm də ustad dərslərini izləyə biləcəklər.
Qala Etno Fest ziyarətçiləri üçün daha bir imkan təqdim edəcəkdir. Belə ki, tədbir iştirakçıları 25-26 may tarixlərində baş tutmuş IX Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin eksponatlarına "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Tullantıdan sənətə” muzeyində baxa biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17

