/ / Əskişəhərdə görkəmli Azərbaycan ədibi Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı olub
Əskişəhərdə görkəmli Azərbaycan ədibi Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı olub
24.06.2014 [09:51]
Türkiyənin Əskişəhər şəhərindəki Anadolu Universitetində fəaliyyət göstərən Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzində görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin qardaş ölkədə ilk nəşrinin təqdimatı olub.
Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, ədibin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil edildiyi 944 səhifəlik kitab Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü ilə “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanıb.
Əvvəlcə qonaqlara Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzinin fəaliyyəti barədə məlumat verilib, iştirakçılar Ulu öndərimizin zəngin həyat və fəaliyyətini əks etdirən nadir fotolar, müxtəlif kitab və jurnallar ilə tanış olublar.
Anadolu Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, Əskişəhər ictimaiyyətinin tanınmış nümayəndələrinin, türkiyəli Cavidsevərlərin və Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə keçirilən mərasim Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişi ilə başlanıb.
Mərasimi giriş sözü ilə açan Anadolu Universitetinin “Azərbaycan Proqramları”nın rəhbəri Azər Hətəmov böyük ədibimizin zəngin bədii yaradıcılığı, onun sovet repressiya maşınının qurbanı olan həyatı, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətəni Azərbaycana gətirilməsi, əsərlərinin nəşri və dünyada tanıdılması istiqamətində görülən işlərdən bəhs edib.
Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan rəhbərlik etdiyi təhsil müəssisəsində Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzinin fəaliyyət göstərməsinin əhəmiyyəti, Hüseyn Cavid şəxsiyyətinin böyüklüyü, ədibin yaradıcılığının türk dünyasının ədəbiyyatına gətirdiyi ucalıqdan danışıb. Ədibin əsərlərini türkdilli xalqların ortaq mədəni xəzinəsi adlandıran rektor əminliklə bildirib ki, Hüseyn Cavid yaradıcılığı bütün dövrlərdə sevilə-sevilə oxunacaq və bəşəri dəyərini həmişə saxlayacaq.
Tədqiqatçı alim, “Ədəbiyyat qəzeti” baş redaktorunun müavini, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan Hüseyn Cavid yaradıcılığının bəşəri mahiyyəti, müraciət etdiyi tarixi hadisələr, əbədi qəhrəmanlarının şəxsiyyəti, onun əsərlərində böyük duyğu və nəcib hisslərin tərənnümü barədə fikir və mülahizələrini bölüşüb.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova ədibin yaradıcılığındakı rəngarəngliyin onun dərin təfəkküründən və zəngin dünya görüşündən qaynaqlandığını diqqətə çatdırıb. Bildirib ki, Hüseyn Cavidin müraciət etdiyi mövzular tarixi, qəhrəmanları dünyəvi simalar olduğu üçün əsərləri həyatda əbədiyaşarlıq qazanıb. Hüseyn Cavid Azərbaycan xalqının dünya ədəbi xəzinəsinə bəxş etdiyi nadir şəxsiyyətdir.
Çıxışlarda qeyd olunub ki, keçmiş sovet dövründə əsərləri uzun illər yasaq edilən Hüseyn Cavidin Azərbaycan xalqına qaytarılması və əsərlərinin yayılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən ədəbi simalarının əsərlərinin yayılması və dünyada tanıdılması Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır. Hüseyn Cavidin əsərlərinin külliyyatının Türkiyədə nəşri bu sahədə həyata keçirilən çoxistiqamətli tədbirlərin tərkib hissəsidir.
Sonda Anadolu Universitetinin “Azərbaycan Proqramları”nın bakalavr məzunları Hüseyn Cavidin əsərlərindən parçalar oxuyublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15

