Kürdəmir və Tərtər məktəbliləri Şəkidə unudulmaz bir gün keçiriblər
26.08.2014 [09:32]
Kürdəmir və Tərtər məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Şəkinin bir sıra tarixi yerləri ilə tanış olublar.
AzərTAc xəbər verir ki, onların üz tutduqları ilk tarixi məkan Şəki xanlarının sarayı olub. Aksiya iştirakçılarına məlumat verilib ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Şəkinin bənzərsiz mədəniyyət abidələrinə heyran qalan böyük türk şairi və yazıçısı Nazim Hikmət vaxtilə belə yazıb: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə, təkcə Şəki xanlarının sarayını dünyaya göstərmək bəs edərdi...”.
Sarayla tanışlıqdan məmnun qalan tur-aksiya iştirakçıları tarixi abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Məktəblilər sonra Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində olublar. 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Buradakı qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Onlara məlumat verilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlmişdi.
Tur-aksiya iştirakçıları “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisini gəziblər. Daha sonra Şəki sənətkarlarının əl işlərinə tamaşa ediblər və ərazidəki yay teatrında təşkil olunmuş maraqlı konsert proqramını izləyiblər.
XVIII əsrin sonunda Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da məktəblilərin ürəyincə olub.
Şəkinin dəyərli tarixi abidələrindən biri Kiş kəndindəki qədim alban məbədidir. Abidəni maraqla seyr edən tur iştirakçılarına məlumat verilib ki, o, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub və erkən orta əsrlərdə tikilən ilk günbəzli məbəddir.
Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları həmin gün Şəkinin digər tarixi məkanlarına da baş çəkiblər, şəhərin görməli yerləri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55

