“Jara-2017”də Alla Puqaçova gecəsi
01.08.2017 [09:58]
Beynəlxalq Musiqi Festivalının dünya şöhrətli müğənni Alla Puqaçovaya həsr edilmiş musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub
İyulun 29-da “Sea Breeze” istirahət mərkəzində daha bir unudulmaz gün yaşanıb. Dünya şöhrətli müğənni, rus estradasının primadonnası, SSRİ Xalq artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Alla Puqaçovanın yaradıcılıq gecəsi gözəl və sürpriz ifalarla zəngin olub.
AZƏRTAC xəbər verir ki, “Jara-2017” Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən konsert proqramı İnna Malikova və Aleksandr Revvanın dueti ilə başlayıb.
Oleq Qazmanov, Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte, Stas Mixaylov, Anjelika Aqurbaş, “Fabrika”, Jasmin, Dima Bilan, Valeri Meladze, Qlyukoza, LOBODA, Layma Vaykule, Aleksandr Panayatov və başqaları Alla Puqaçovanın repertuarından sevilən mahnıları səsləndiriblər. EMİN A’Studio qrupu ilə birlikdə oxuyub.
Azərbaycanın zəngin mədəniyyətə malik ölkə olduğunu, builki festivalın çox möhtəşəm keçdiyini vurğulayan Filip Kirkorov “Na nebe” mahnısını ilk dəfə olaraq Bakı tamaşaçıları qarşısında ifa edib.
Stas Mixaylov bu məkana çox gözəl, xeyirxah insanların toplaşdığını qeyd edib, “Jara”nın ənənəyə çevrilməsini arzulayıb və bu festivalda hər il məmnuniyyətlə iştirak etməyə hazır olduğunu bildirib.
Aparıcı Azərbaycan musiqi sənətindən, bu sənətə bəslənilən ciddi münasibətdən danışıb, bu torpaqda Müslüm Maqomayev, Polad Bülbüloğlu kimi sənətkarlar yetişdiyini vurğulayıb.
Dima Bilan Bakıya, onun gözəl insanlarına qibtə etdiyini bildirib və azərbaycanlı Nigar Camalla duet oxuyub.
Sonra səhnəyə Albina Canabayeva, Alessandro Safina çıxıblar. Emiliya Yaqubova Alla Puqaçovanın repertuarından “Starinnıye çaşı” mahnısını ifa edib. EMİN ilə uzun illərdir dostluq etdiyini, “Jara”nın dünya səviyyəsində təşkil edildiyini deyən Vladimir Vinokur görkəmli müğənninin çox sevilən mahnılarından birini səsləndirib.
Maksim Qalkin Alla Puqaçovanın məşhur “Arlekino” mahnısını ifa edərək yüksək qonaqpərvərliyə, bu möhtəşəm tədbirə və gecəyə görə təşkilatçılara təşəkkürünü bildirib, hər dəfə Bakıya böyük həvəslə gəldiklərini deyib.
Daha sonra səhnəyə çıxan EMİN və Qriqori Leps Müslüm Maqomayevin repertuarından “Every night, every day” mahnısını oxuyublar. EMİN hər kəsi oktyabrın 25-də Moskvada “Crocus City Hall”da Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunacaq tədbirə dəvət edib.
EMİN festivalın təşkilinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də bütün təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.
Nəhayət, tamaşaçıların səbirsizliklə gözlədikləri an: hərarətli alqışlar altında səhnəyə qədəm qoyan Alla Puqaçova “Prosto”, “Ptitsa pevçaya”, “Xoçetsya”, “Sçastlivıye dni” və digər mahnılarını ifa edib, habelə Maksim Qalkinlə birgə “Eto lyubov” mahnısını oxuyub.
Gecə iştirakçıların birlikdə ifa etdikləri “Pod odnim flaqom” mahnısı və atəşfəşanlıqla yekunlaşıb.
Alla Puqaçova “Jara”nı gözəl ölkədə gözəl festival adlandırıb.
Görkəmli müğənni Alla Puqaçovaya həsr edilmiş musiqi gecəsinin fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30

